Icma.az
close
up
RU
Bizim özümüzün mental dəyərlərimizdə çox yaxşı cəhətlər var MÜNASİBƏT BİLDİRİLDİ

Bizim özümüzün mental dəyərlərimizdə çox yaxşı cəhətlər var MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Mental dəyərlərimizdən irəli gələrək, Azərbaycan valideyni, ata-anası, hətta baba-nənələri belə, yenicə doğulmuş uşaqlara həddindən artıq böyük təzyiqlər və təsirlər göstərirlər. Bunun müsbət və mənfi tərəfləri vardır. Nə qədər qəribə səslənsə də, müsbət tərəfləri artıq get-gedə arxa plana keçməyə başlayır. Dünyanın hər yerində belədir ki, valideyndən çox ictimai təsisatlar yəni, bağçalar, uşaq mərkəzləri, natamam orta məktəb, tam orta məktəb, ali məktəb, texniki peşə məktəbləri, liseylər və s. bu kimi öyrətmə-pedaqoji müəssisələr hər hansı bir gənc nəslin formalaşmasında, tərbiyələnməsində, gələcəkdə cəmiyyət üçün yararlı vətəndaş kimi böyüməsində çox böyük rol oynayır". Bu sözləri SİA-ya açıqlamasında yazıçı, kulturoloq Aydınxan Əbilov deyib.

Onun sözlərinə görə, uşaq və yaxud yeniyetmənin istəyindən asılı olmayaraq, onu 15 müəllimin yanına hazırlığa göndərirlər. “Mütləq həkim olmalısan, polis olmalısan, hüquqşünas olmalısan” deyib, diqtələr edirlər. Bu da həmin insanın peşəkar bir peşə sahibi kimi formalaşmasında çox mənfi izlər buraxır.

Əgər gənc nəsil nümayəndəsi o sahəni sevmirsə, o sahəyə getmirsə, ona təzyiq göstərmək əlbəttə ki, düzgün deyil. Hər dəfə abituriyentlər imtahan verən zaman uğursuz nəticə əldə etdikdə və ya uğursuzluğa düçar olanda, onlar nə qədər depressiyaya düşürlər, nə qədər gərginlik yaranır. Sonra isə öz həyatlarında, iş yerlərində, təhsil müəssisələrində bu gərginliyi, depressiv xüsusiyyətləri başqalarına ötürürlər.

Bəlkə boşanmaların böyük səbəbi bundadır. Bəlkə də özləri gələcəkdə valideyn olanda yenə də öz uşaqlarına onların natamamlıq kompleksindən irəli gələn təzyiqləri göstərməyə başlayırlar. Ana-atadan, baba-nənədən aldığı təzyiqləri öz uşaqlarına göstərməyə başlayırlar. Təəssüflər olsun ki, hər dəfə Azərbaycanda bir neçə abituriyent məhz vaxtında uğur qazana bilmədiyinə görə özünə qəsd edir. Bu da istər-istəməz həm Azərbaycan cəmiyyətində, həm də gənclər arasında, eləcə də nəsillərarası münaqişələrə səbəb ola bilir. Bunun qarşısını almaq mümkündürmü?

Yazıçı, kulturoloq qeyd edir ki, aparıcı pedaqoji və o cümlədən estetik, etik, mədəni və kulturoloji dəyərləri və texnologiyaları götürmək şərti ilə pedaqoji bilikləri mənimsəmək, dünyada uğur qazanmış ölkələr və cəmiyyətlərdəki təcrübələrdən yararlanmaq lazımdır: "Azərbaycanda da mental dəyərləri müəyyən mənada qorumaq şərti ilə tətbiq etmək lazımdır. Yəni şagirdləri və yaxud yeni nəsil nümayəndələrini təzyiqlə, şiddətlə deyil, həvəsləndirməklə, yönləndirməklə, onların azadlığına və bir şəxsiyyət kimi qəbul edilmələrinə hörmət edərək, hansısa bir peşə sahibi olmağa və ya ailə qurmağa kömək etmək daha önəmlidir. Bilirsiniz, artıq 9 yaşından sonra yox, 6 aylıqdan sonra doğulmuş bir insanın şəxsiyyət kimi formalaşmağını müasir pedaqoji biliklər qəbul edir. Psixoloji texnologiyalar bunu təsdiqləyir. Hətta bəzi psixoloqlar və ailəşünaslar hesab edirlər ki, ana bətnində artıq 3 aylığından etibarən dölün müəyyən şüuru formalaşır, genetik kodları işə düşür. Məhz həmin vaxtdan etibarən şəxsiyyət kimi formalaşdırılması və uşağa bir şəxsiyyət kimi yanaşılması vacibdir. Ona heç bir təzyiq göstərmədən, amma sərbəstlik deyil, azadlıq verərək tərbiyələndirmək tövsiyə edilir.

Azərbaycanda bu varmı? Biz 18 yaşında, hətta bəzən 20 yaşında əsgərlikdən gəlmiş gəncin belə sözünü kəsirik, qızların öz həyatını qurmasına qəti etiraz edirik, 15 yaşında ərə verməyə çalışırıq. Kitab almaq, diplom sahibi olmaq, universitetə daxil olmaq əvəzinə qızlara cehiz almağı təşviq edirik, onları ərə getməyə motivasiya veririk. Oğlanlarımıza “sən kişisən, fəhlə də işləyə bilərsən, eybi yox, dərs oxuma, kitab oxuma” deyirik. İndi məlum olub ki, təxminən 160 min tələbə qıza rəğmən, cəmi 70 min tələbə oğlan hər il ali məktəblərə daxil olur. Bu isə böyük bir cəmiyyət üçün ciddi problemlər yarada bilər. Necə ki, artıq bu problemləri yaşayırıq. Bütün bunlar olmasın deyə, Azərbaycan cəmiyyətinə təklif edirik ki, bir qədər dünyaya açıq olsunlar, dünya alimlərinin, filosoflarının, ailəşünaslarının təklif etdiyi texnologiyalara önəm versinlər. Bizim özümüzün də mental dəyərlərimizdə çox yaxşı cəhətlər var".

Müəllif: Zeynəb Cəfərli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Mart 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see239

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see179

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see164

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see163

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see158

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see153

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see147

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri