Icma.az
close
up
RU
BİZİM TƏQVİM: 6 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 6 dekabrda baş vermiş tarixi hadisələr

Icma.az bildirir, Bizim media portalına istinadən.

6 dekabr- Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günüdür. 1881-ci ilin həmin günü Bakıda Azərbaycanda ilk telefon xətti işə salınıb. Peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli Sərəncamına müvafiq olaraq təsis edilib.
Bəs, dekabrın 5-də dünyada dünyada daha nələr olub?
1. 1492-ci ildə Xristofor Kolumbun birinci ekspedisiyası Haiti adasını kəşf edib. Haitinin adı taino hindilərinin dilindən “Dağlıq ölkə” kimi tərcümə olunur.
2. 6 noyabr 1865-ci ildə vətəndaş müharibəsinin başa çatmasından sonra ABŞ Konstitusiyasına köləliyi qadağan edən 13-cü maddə əlavə olundu. Köləlik əleyhinə olan ABŞ prezidenti Abraham Linkoln qanunun qüvvəyə mindiyini görə bilmədi. Həmin il Linkoln 18 apreldə sui-qəsd nəticəsində həyatını itirdi.
3. 6 dekabr 1907-ci ildə ABŞ-ın Monongah şəhərində mədən qazının partlaması nəticəsində 362 şaxtaçı öldü.
4. 6 dekabr 1917-ci ildə çar Rusiyasının müstəmləkəsi Finlandiya müstəqilliyini elan edib.
Finlandiya 1809-cu ildə Rusiya-İsveç müharibəsi gedişində İsveç Krallığının nəzarətindən çıxarılaraq muxtar knyazlıq statusu ilə Rusiyaya birləşdirilmişdi. Oktyabr inqilabından sonra bolşeviklər Finlandiyanın müstəqilliyinə razı oldular.
5. 6 dekabr 1950-ci ildə Çin Koreya müharibəsinə qatıldı. BMT qüvvələrinin nəzarətindəki Pxenyan şəhəri Şimali Koreya ordusu tərəfindən ələ keçirildi.
6. 6 dekabr 1959-cu ildə Türkiyə ilk dəfə bir ABŞ prezidentini qonaq etdi. Prezident Ayzınhover rəsmi səfərlə Türkiyəyə gəldi.
7. 6 dekabr 1971-ci ildə Hindistanın Pakistandan müstəqilliyini elan edən Banqladeşi rəsmi olaraq tanıması iki ölkə arasında diplomatik və hərbi böhrana səbəb oldu.
8. 6 dekabr 1997-ci ildə “Antonov” tipi rus yük təyyarəsi Serbiyanın hava məkanında düşdü; 67 nəfər həyatını itirdi.


9. 6 dekabr 2002-ci ildə Avropa Komissiyası tütün yetişdirməkdən imtina edib, başqa bitkilərin yetişdirilməsini mənimsəyən hər bir fermerə təqribən 300 min avro ödəmək barədə qərar qəbul edib.
10.  6 dekabr 2008-ci ildə Afinada 15 yaşındakı gəncin vurularaq öldürülməsi nəticəsində küçələrdə etiraz aksiyaları başladı. Günlərlə davam edən nümayişlərdə yüzlərlə insan yaralandı.
11.  6 dekabr 2017-ci ildə ABŞ prezidenti Donlad Tramp Qüdsü İsrailin paytaxtı olaraq tanıdıqlarını və səfirliyini Qüdsə köçürəcəklərini açıqladı. İslam ölkələrinin reaksiya göstərdikləri qərardan sonra İstanbulda toplantı keçirən İslam Əməkdaşlıq Təşkilatı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıdığını elan etdi.
Dekabrın 5-də bu şəxsiyyətlər xatırlanır:
1. 6 dekabr 1940-ci ildə Əməkdar artist, teatr xadimi, dramaturq Mirmahmud Kazımovski (1882-1940) vəfat edib. Kiçik pyes, vodevil və musiqili komediyalar yazıb. “Bakılılar” (1938), “Kəndlilər” (1939) filmlərində çəkilib.
2. 6 dekabr 2004-cı ildə Xalq artisti, tanınmış aktyor Muxtar Avşarov (15.2.1914 – 2004) vəfat edib. Gəncə Dram, Akademik Milli Dram teatrlarında çalışıb, filmlərdə çəkilib.
3. 6 dekabr 2006-cı ildə görkəmli xanəndə, Xalq artisti Baba (Mirzəyev; 7.11.1940 – 2006) dünyasını dəyişib. Opera tamaşalarında (“Leyli və Məcnun”, “Aşıq Qərib”, “Əsli və Kərəm” və s.) əsas partiyaları ifa edib.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Dekabr 2024 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri