Icma.az
close
up
RU
BİZİM TƏQVİM:28 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:28 dekabrda baş vermiş tarixi hadisələr

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

1918-ci il dekabrın 28-də Fətəli xan Xoyskinin rəhbərlik etdiyi 3-cü hökumət kabinetinin təşkili başa çatdı. Elə həmin gün Avropaya - Paris Sülh konfransına nümayəndə heyəti seçildi. Heyətə paralmentin sədri Əlimərdan bəy Toçubaşov rəhbər təyin olundu.
Nümayəndə heyətinə Paris Sülh Konfransında Azərbaycan Cümhuriyyətinin de-fakto tanınmasına nail olmaq, Azərbaycanın milli mənafeyi və süverenliyini qorumaq səlahiyyətləri verilmişdi.  
Bəs, dekabrın 28-də dünyada daha nələr olub?
1. 1065-ci ilin bu günü İngiltərə kralı Eduard tərəfindən paytaxt Londonda Vestminster iqamətgahının əsası qoyulub. Bu bina sonralar ingilis monarxlarının tacqoyma mərasimlərinin keçirildiyi yerə çevrilib.
2. 28 dekabr 1612-ci ildə İtaliya alimi Qalileo Qaliley Neptun planetini kəşf etdi, ancaq onu ulduz deyə tanıtdı.   
3. 1878-ci il dekabrın 28-də İngiltərənin Dandi şəhəri yaxınlarında bir dəmiryolu körpüsü qatar keçidi zamanı çökdü, 75 adam boğularaq həyatını itirdi.
4. Lümer qardaşlarının çəkdiyi "Qatarın La Ciotat stansiyasına gəlişi”, “Körpənin savaşı” və “Nalbənd" filmləri 1895-ci ilin bu günü Parisdə ilk dəfə tamaşaçılara təqdim edildi. Bundan sonra 28 dekabr Ümumdünya Kino Günü olaraq qeyd edilməyə başlandı.   
5. İnsan haqları müdafiəçisi və yazıçı Aleksandr Soljenitsin sovet həbsxanalarından bəhs edən "Qulaq arxipelaqı" adlı əsərini 1973-cü il 28 dekabr tarixində yayınladı. 
6. 28 dekabr 1991-ci ildə Xankəndi şəhəri və ətraf əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Əslində Azərbaycanın Qarabağ bölgəsinin mərkəzi şəhəri olan Xankəndinin əhalisinə qarşı etnik təmizləmə 1989-cu ildən başlanıb.
Erməni silahlı quldurları bu şəhərdə yaşayıb-işləyən azərbaycanlıları təqib edib, zorla ev-eşiyindən qovub. 1991-ci il dekabrın 26-dan 28-dək isə etnik təmizləmə və işğal xüsusi amansızlıqla həyata keçirilib, həmin vaxtdan Xankəndi tamamilə separatçıların və Ermənistandan gəlmiş silahlıların əlinə keçib. 
Bu, Kərkicahan qəsəbəsinin işğalı ilə başlanılıb. İşğal qurtardıqdan sonra isə şəhərin bir hissəsi və meşə əraziləri yandırılıb.  Xankəndinin işğalı nəticəsində 34 nəfər şəhid olub, 150 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Şəhid olanlardan 3-ü qadın, 2-si isə azyaşlı uşaq olub. İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, on dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyektləri dağıdılıb.Xankəndi 19 sentyabr 2023-cü ildə işğaldan azad olunub.
7. 28 dekabr 2005-ci ildə Azərbaycan Respublikasının yeni manatının təqdimatı olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısının 2005-ci il 7 fevral tarixli “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanına əsasən, 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikasında milli valyutanın - manatın denominasiyası həyata keçirilib. Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulub.
8. 2010-cu ilin bu günündə Azərbaycanda ən böyük infrastruktur layihələrindən biri - Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Uzunluğu 262 kilometrdən çox olan Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi nəticəsində Bakı əhalisinin 75 faizinin təmiz, keyfiyyətli, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun su ilə fasiləsiz təmin edilməsi mümkün olub.
28 dekabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. "Hörümçək adam", "Hulk" və "X adam” kimi fantastik romanlarıyla tanınan amerikalı (ABŞ) yazıçı Sten Li 1922-ci ilin bu günü anadan olub (1922 - 2018).
2. 28 dekabr 1991-ci ildə Bakının “Mayak” radiosunun əməkdaşı Leonid Lazareviç Azərbaycanın  Qarabağın Kərkicahan kəndində reportaj hazırlayarkən erməni gülləsinə tuş gəlib və dünyasını dəyişib (1967 - 1991).
3. 2004-cü ilin 28 dekabrında, "Ölüm tuneli", "Vulkan sevgilim" başda olmaqla, bir çox məşhur əsərin müəllifi, amerikalı yazıçı Süzen Sontaq 68 yaşında həyatdan köçüb. (1933 - 2004)
4. 28 dekabr 1900-cü ildə tanınmış hüquqşünas, professor Vahid Qəhrəmanov (1900-1978) anadan olub.
5. 28 dekabr 1920-ci ildə Əməkdar elm xadimi, professor Firudin Köçərli (1920 - 3.6.2005) anadan olub.
6. 28 dekabr 1936-cı ildə görkəmli müğənni, Azərbaycan və SSRİ Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür. Azərbaycan musiqisinin dünyada təbliği və tanınmasına böyük töhfələr verib.
7. 28 dekabr 1937-ci ildə ədəbiyyatşünas alim, professor Əliyar Səfərli anadan olub. 1994-1998-ci illərdə Azərbaycanın İran İslam Respublikasında səfiri işləyib.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Dekabr 2024 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see370

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see318

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see285

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see284

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see267

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see265

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see262

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see257

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see247

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see247

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see245

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see236

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see231

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see228

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see224

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see222

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see218

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see194

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri