Icma.az
close
up
RU
BİZİM TƏQVİM: 26 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 26 dekabrda baş vermiş tarixi hadisələr

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

1991-ci ilin bu günündə Azərbaycan Respublikasının Xankəndi şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib və burada separatçı rejim yaradılıb. Həmin tarixdə Xankəndidən sonuncu azərbaycanlı ailələr qovulub və 1989-cu ildən soydaşlarımıza qarşı aparılan etnik təmizləmə başa çatdırılıb. Ancaq Azərbaycan xalqının iradəsi sayəsində 19 sentyabr 2023-cü ildə Xankəndi sonuncu separatçıdan azad edildə və Azərbaycanın suveren hüquqları bərpa olundu.
Bəs, dekabrın 26-da dünyada daha nələr olub?
1. 1825-ci ilin 26 dekabrında Rusiyada Dekabristlər üsyanı baş verib. Dekabristlər üsyanı rus feodal təhkimçi mühitinin cəmiyyətdə doğurduğu ədalətsizliyin və rus milli şüurunun oyanmasının nəticəsi idi. Dekabristlər üsyanı rus inqilabi fikrinin formalaşmasına, həmçinin Avropada gedən respublika hərəkatına müəyyən təsir göstərmişdi.
2. 26 dekabr 1898-ci ildə fransız alimləri Pyer və Mari Küri radium elementini kəşf etdilər. Bununla əlaqədar onlar 1903-cü ildə Nobel Fizika Mükafatını qazandılar.
3. 26 dekabr 1905-ci ildə Cənubi Afrikanın Pretoria bölgəsində 3106 karat dəyərində "Cullinan" almazı tapıldı. 9 parçaya bölünən almazdan əldə edilən 530 karatlık dünyanın ən böyük brilyantı Böyük Britanya kral tacına yerləşdirildi.  
4. 1975-ci ilin bu günü SSRİ (keçmiş Sovetlər) dünyanın ilk süpersonik təyyarəsi olan “Tu-144”ü xidmətə çıxardı.  
5. “Time” jurnalının hər il yayınladığı “İlin adamları” siyahısına 1982-ci ilin 26 dekabrında ilk dəfə insan olmayan bir obyekt düşdü: bu, fərdi kompüter idi.
6. 26 dekabr 1991-ci ildə SSRİ Ali Soveti Müstəqil Dövlətlər Birliyinin yaranması ilə əlaqədar ittifaqın mövcudluğuna son qoyulması haqqında bəyannamə qəbul edib. Həmin gün Kreml üzərindən SSRİ-nin qırmızı bayrağı endirildi və beləliklə, ittifaq dağıldı. SSRİ-nin dağılması ilə 15 ölkə müstəqillik qazandı.
7. 2003-cü il 26 dekabr tarixində İranın Kirman əyalətində 6,6 bal gücündə zəlzələ baş verdi ki, çoxu Bəm şəhərindən olmaqla təxminən 20 min adam həyatını itirdi. 
26 dekabrda həm də bu şəxsiyyətlər xatırlanır:
1.Dünya elminin korifeylərindən olan İngiltərə alimi İsaak Nyuton 1642-ci ilin bu günü anadan olub.  İsaak Nyuton “Başlanğıclar” əsərində ilk dəfə Yer və Goy mexanikasının vahid sistemini yaradıb (1642-1727).
2. Böyük rus bəstəkarı, simfonik musiqinin inkişafında böyük xidmətləri olan Aleksandr Skryabin 1872-ci il 26 dekabrda anadan olub. A.Skryabinin sözsüz xor partiyaları, “Misteriya”, “Prometey”, “İlahi poema” kimi simfonik əsərləri dünya musiqisinin incilərindən sayılır (1872-1915).
3. Osmanlı dövründə antik Troya şəhərini gün üzünə çıxaran və tapdığı Troya xəzinələrini xaricə qaçıran alman həvəskar arxeoloq Henrix Şliman 1890-cı ilin bu günü Napolidə ölüb.
4. Misir xalqının istiqlaliyyət qazanmasında əvəzsiz xidmətləri olan, respublikanın görkəmli dövlət və siyasi xadimi Ənvər Sadat 1918-ci ilin 26 dekabrında dünyaya gəlib (1918-1981)
5. 26 dekabr 1910-cu ildə yazıçı Yusif Şirvan (1910–1979) anadan olub. “Şəfəq”, “Buludlar dağılır” və s. romanların müəllifidir. Rusca ədəbiyyatdan tərcümələr edib.
6. 26 dekabr 1919-cu ildə Xalq artisti, rəqqasə Əminə Dilbazi (1919 – 30.4.2010)  anadan olub. “Çinar”, “Sevinc” qızlar ansambllarını yaradıb. 
7. 26 dekabr 1950-ci ildə  Xalq artisti Nuriyyə Əhmədova (1950 – 10.10.2015)  anadan olub. Musiqili Komediya Teatrında çalışıb, “Bəxt üzüyü”, “Bağ mövsümü”, “Həm ziyarət, həm ticarət”  və s. filmlərdə çəkilib.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Dekabr 2024 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see376

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see346

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see333

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see276

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see272

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see247

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see246

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see225

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see208

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see206

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see200

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see189

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see185

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see185

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see175

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see175

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see174

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see170

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri