Icma.az
close
up
RU
BİZİM TƏQVİM: Martın 7 də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Martın 7 də baş vermiş tarixi hadisələr

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

7 mart dünyada telefonun yarandığı gündür. Onun ixtiraçısı isə Aleksandr Qrehemdir. İlk telefon stansiyası Konnektikutda istifadəyə verilməyə başladı. Aleksandr  telefonda salamlamaq üçün alman dənizçilərinin leksikonundakı "Ahoy" sözündən istifadəni təklif edib.
Sonra isə Tomas Edison ənənəvi "Hello" ("Salam") sözünü təklif edir. Bu söz formasını dəyişərək, dilimizə "Alo" kimi daxil olub. Dünyanın ilk "telefonçu qadınlar"ı Emma və Stella Natt bacıları oldu.
Telefonçuların aylıq məvacibi həmin vaxtlar 10 dollar idi və bu məbləğ o dövr üçün yaxşı məbləğ hesab olunurdu. 1880-cı ildə Bell yoldaşı ilə "fotofon" adlı simsiz telefon ixtira edirlər.
Bəs, 7 martda daha hansı hadisələr baş verib?
1. 1917-ci ilin bu günü musiqi tarixinin ilk caz valı ABŞ-da satışa çıxarılıb.
2. 7 mart 1933-cü ildə “Monopoliya” oyunu yaradılıb.
3. 1969-cu ilin 7 martında Qolda Meir İsrailin ilk qadın baş naziri olub.
4. 7 mart 1979-cu ildə Amerika Birləşmiş Ştatlarının “Voyager I” kosmik gəmisi Yupiter və Uran kimi Saturnun da halqalara malik olduğunu kəşf edib və şəkillərini Yer kürəsinə göndərib.
5. 1979-cu ilin bu günü Türkiyə ilə SSRİ arasında neft müqaviləsi imzalanıb.
6. 7 mart 1984-cü ildə Şimali Kıbrısın bayrağı Şimali Kipr Türk Cümhuriyyəti Məclisi tərəfindən təsdiq olunub.
7. 1989-cu ilin 7 martında Salman Rüşdinin "Şeytan ayələri" kitabına görə  İran Böyük Britaniya ilə diplomatik əlaqələrini kəsib.
7 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Martın 7-si Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi, ustad sənətkar Aşıq Ələsgərin xatirə günüdür. Bütün Qafqazda və türk xalqları arasında geniş şöhrət qazanmış Aşıq Ələsgər 105 yaşında vəfat edib. (1821-1926)
2. 7 mart Dağıstan xalqının Rusiya imperiyasına qarşı milli-azadlıq hərəkatının lideri Şeyx Şamilin xatirə günüdür.
3. 1990-cı ilin 7 martında Türkiyənin “Hürriyyət” qəzetinin Baş redaktoru, jurnalist və yazıcı Çetin Emeç və sürücüsü Əli Sinan Ercan sui-qəsd nəticəsində öldürülüb.
4. Azərbaycan SSR xalq rəssamı Salam Salamzadə 7 mart 1908-ci ildə anadan olub.
5. Azərbaycan futbolu tarixində ən yaxşı məşqçilərdən biri, keçmiş futbolçu, idman ustası Ruslan Abdullayev 7 mart 1944-cü ildə doğulub.
6. Azərbaycanlı aktrisa, Xalq artisti Xuraman Hacıyeva 1945-ci ilin bu günündə dünyaya göz açıb.
7. Bu gün tanınmış jurnalist, elm xadimi və ictimai xadim, Azərbaycan SSR Əməkdar jurnalisti, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi Nəsir İmanquliyevin anım günüdür. Görkəmli naşir 1998-ci ilin 7 martında dünyasını dəyişib. 
8. Azərbaycanlı monumentalçı heykəltəraş, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov 2020-ci ilin bu günündə dünyasını dəyişib.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Mart 2026 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış

22 İyul 2026 16:55see446

Azərbaycanda bu peşələrə tələbat ARTIR 8 aya iş sahibi olmaq mümkün olacaq

22 İyul 2026 12:33see403

Asif İbrahimov: Hazırda bazarlar neftdən çox müharibəyə reaksiya verir

23 İyul 2026 14:47see324

Məşhurların Bodrum tətili Aktrisanın suya düşməsi gündəm oldu

22 İyul 2026 19:46see251

Premyer Liqa klubundan Qarnaçoya 50 milyon avroluq təklif Çelsi satacaqmı?

23 İyul 2026 01:30see241

ABŞ administrasiyası diplomatiyaya qapını bağlamaq istəmir

23 İyul 2026 15:33see222

Bu ixtisasları seçənlər işsiz qala bilər

22 İyul 2026 11:35see205

Azərbaycan Mədəniyyəti 2040 Konsepsiyası çərçivəsində 84 genişmiqyaslı tədbirə nəzarət mexanizmi yaradılıb

23 İyul 2026 11:35see201

İspaniyada DÇ 2026 çempionlarını POMİDORLA mükafatlandırdılar VİDEO

23 İyul 2026 01:02see195

“Mənim işim insan öldürməkdir” 24 qətl törədən “Saşa Soldat”ın inanılmaz taleyi

22 İyul 2026 20:17see187

“Kəpəz” Benito ilə danışıq aparır

22 İyul 2026 23:56see177

İngiltərə klubunun baş məşqçisi casusluqda ittiham olunur

22 İyul 2026 19:46see175

“Liverpul”un potensial həmsahibləri Vinisius və Oliseni transfer etmək istəyirlər

23 İyul 2026 00:50see174

“Qarabağ“ın rəqibinin futbolçusu: “Bizim üçün heç heçə məğlubiyyətə bərabərdir“

22 İyul 2026 12:33see170

Ət niyə od tutub yanır?

23 İyul 2026 13:49see167

5 dəqiqəlik üsulla stressi idarə edin

23 İyul 2026 15:05see167

Sabah bu rayonda qazın verilməsində fasilə olacaq

22 İyul 2026 19:32see162

Braqa dan qələbə, Başakşehir dən heç heçə

23 İyul 2026 02:45see162

Müstəmləkəçiliyə qarşı mübarizə əzmimiz

23 İyul 2026 11:13see161

“Kəpəz”də portuqaliyalı forvard

22 İyul 2026 21:12see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri