Icma.az
close
up
RU
BİZİM TƏQVİM: Yanvarın 16 da baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Yanvarın 16 da baş vermiş tarixi hadisələr

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qafqaz uğrunda savaş, Səfəvi – Osmanlı (İran-Тürkiyə) müharibəsi 1732-ci il 16 yanvar tarixində başa çatıb. Qarşılıqlı anlaşma şəraitində sülh müqaviləsi imzalanıb. Bununla da çoxəsrlik münaqişənin daha bir mərhələsi sonlanıb.
Bəs, 16 yanvarda daha hansı hadisələr baş verib?
1. 16 yanvar 1778-ci ildə Fransa ABŞ-ın müstəqilliyini tanıyıb.
2. Məşhur ixtiraçı, fransız kimyaçısı və fiziki Cozef Lui Qey-Lüssak  1804-cü ilin 16 yanvarında hidrogenli şar balonunun içərisində 7016 metr yüksəkliyə qalxıb. Bu rekord 50 il boyu təkrarlanmayıb.
3. ABŞ-da spirtli içkilərin istehsalını, satılmasını və qəbul edilməsini qadağan edən qanun 1920-ci ilin 16 yanvarında qüvvəyə minib.
4. Rusiyada Sosialist inqilabının fəallarından biri və Leninin silahdaşı olan İosif Stalin 1928-ci il 16 yanvarda SSRİ-nin baş katibi vəzifəsini ələ keçirdi. Bundan sonra Stalin iqtidar mübarizəsinə girən və Lev Trotskinin də olduğu müxalif siyasətçiləri ölkə xaricinə sürgünə göndərmək barədə qərar verdi. Qeyd edək ki, 20 yanvarda sürgünə göndərilən Trotski həyat yoldaşı və oğlu ilə birlikdə fevralın 14-də Türkiyəyə gəlib və 4 il yarım İstanbulda yaşayıb.
5. 16 yanvar 1956-cı ildə Misir müstəqillik əldə edib.
6. Liviyada 1969-cu il Azad Zabitlər Hərəkatının lideri Muammer Qəddafi çevrilişlə hakimiyyəti ələ keçirdi. Yeni konstitusiya qüvvəyə mindikdən sonra o, 1970-ci ilin 16 yanvarında baş və müdafiə naziri vəzifələrini də boynuna götürdü. 40 ildən artıq ölkəni təkbaşına idarə edən Qəddafi 2011-ci ildə ölkədə çıxan qiyamdan sonra saxlandığı Sirte şəhərində linç edilərək öldürüldü.
7. Linç heç bir ədalətli mühakimə olmadan insanlara verilən cəzadır.
8. 1973-cü ilin 16 yanvarında “Luna -21” kosmik gəmisi Ay səthinə uğurla eniş edib.
9. 16 yanvar 1979-cu ildə İran şahı ailəsi ilə birgə Misirə qaçıb.
10. 1991-ci ilin 16 yanvarında ABŞ və müttəfiqləri Küveyti işğal edən İraqa qarşı"Səhra fırtınası" hərəkatına başladılar. Hərəkatda ilk olaraq hava əməliyyatı və mərmi hücumları həyata keçirildi.
11. Birinci Körfəz Müharibəsi olaraq tarixə düşən "Səhra fırtınası" hərəkatının başlaması ilə İraq Ordusu da İsraili “Scud” raketi atəşinə tutdu.  
12. 1992-ci ilin 16 yanvarında Salvadorda vətəndaş müharibəsi sona çatıb.
16 yanvarda həm də bu tarixi şəxsiyyət xatırlanır:
1. 16 yanvar 1905-ci ildə yazıçı Üm-əl-Banin (1905–1994) anadan olub. Neft milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsidir. Azərbaycanın sovetləşməsindən sonra ailəsi ilə Fransaya mühacirət edib, fransız dilində yazıb: “Qafqaz günləri”, “Sonuncu ümidin çağırışı” və s.
2. Azərbaycanda kibernetika və hesablama texnikası sahəsində görkəmli mütəxəssis Böyükağa Əzimov 1924-cü ildə anadan olub. 1951-ci ildən neftçıxarma sahəsində elektron hesablama maşınlarının tətbiqi laboratoriyasına başçılıq edən alim 1961-1966-cı illərdə Azərbaycan Respublikası Nazirlər Sovetində elmi-tədqiqat işləri üzrə əlaqələndirmə komitəsinin sədri, “Texniki tərəqqi uğrunda” jurnalının baş redaktoru olub. (1924-1995)
3. 16 yanvar 1944-cü ildə tanınmış ədəbiyyatşünas, türkoloq, ictimai xadim Aydın Məmmədov (1944 – 20.4.1991) dünyaya gəlib. Ali Sovetin deputatı olub. Deputat həmkarı Dilarə Əliyeva ilə birlikdə Qax rayonu ərazisində avtomobil qəzasında həlak olub.
4. 1913-cü ilin 16 yanvarında akademik, Aqrar elmləri doktoru, professor Cəbrayıl Hüseynov anadan olub.
5. Azərbaycanın Milli Qəhrəmanı Rövşən Abdullayev 16 yanvar 1969-cu ildə anadan olub.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:316
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Yanvar 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri