Icma.az
close
up
RU
BİZİM TƏQVİM: Yanvarın 9da baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Yanvarın 9da baş vermiş tarixi hadisələr

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

9 yanvar 1905-ci ildə çar II Nikolayın göstərişi ilə paytaxt Sankt-Peterburqdakı Qış Sarayının qarşısına toplanan minlərlə fəhlə, uşaq və qadın Romanovlar ordusu tərəfindən gülləyə tutulub.
Rusiya tarixinə "Qanlı bazar" adı ilə düşən hadisədə 139 adam həyatını itirib. Bundan sonra fəhlələr ümumi tətil elan ediblər. 
Bəs, 9 yanvarda daha hansı hadisələr baş verib?   
1. 1768-ci ilin bu günündə Londonda ilk dəfə olaraq Filip Astley müasir sirk təşkil edib.

2. 9 yanvar 1792-ci ildə Türkiyə və Rusiya arasında Yassı sülh sazişi imzalanıb.

3. 1919-cu ilin bu günündə İstanbul. ADR-in xarici işlər naziri Əlimərdan bəy Topçubaşovla görüş zamanı Qacarlar dövlətinin xarici işlər naziri müşaverel məmalik Əliqulu xan “Azərbaycanın problemlərindən çıxış yolu” kimi Qacarlar dövləti ilə birləşməyi məsləhət görüb.
4. 1921-ci ilin bu günündə Yunan Türk müharibəsi çərçivəsində Əskişəhər yaxınlığında Birinci İnönü döyüşü baş verib
5. 9 yanvar 1939-cu ildə Fransium radioaktiv elementi alınıb.
6. 1951-ci ilin bu günündə BMT-nin Nyu-Yorkdakı mənzil qərargahı rəsmi mərasimlə açılıb.
7. 9 yanvar 1960-cı ildə  Sovet İttifaqının texniki dəstəyi ilə Misirdə Asuan bəndinin tikintisinə başlanılıb. Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy burada tərcüməçi kimi çalışıb.
8. Panama kanalı və ətrafının idarəsi ilə bağlı yerli xalq və ABŞ hökuməti arasında yaranan anlaşılmazlıq 1964-cü ilin 9 yanvarında silahlı qarşıdurmaya çevrilib. Hadisələr zamanı 21 panamalı və 3 Amerika əsgəri ölüb.
9. 1992-ci ilin 9 yanvarında Serbiya Respublikası müstəqilliyini elan edib.
10. 9 yanvar 1996-cı ildə Salman Raduyevin başçılıq etdiyi dəstə Dağıstanın Kizlyar şəhərində 3000-dən çox insanı xəstəxanaya toplayaraq girov götürüb.
11.  2005-ci ilin 9 yanvarında Mahmud Abbas Fələstin Muxtariyyətinin başçısı seçilib.
12.  9 yanvar 2007-ci ildə Stiv Cobs San-Fransiskoda iPhone smartfonunu ictimaiyyətə təqdim edib.
9 yanvarda kimlər xatırlanır?
1. 1949-cu ilin bu günündə Xalq artisti İlham Namiq Kamal- Əhmədov anadan olub. Aktyor, teatr rejissoru, "İlham" Miniatür teatrının direktoru və bədii rəhbəri olan İlham Namiq həm də  ADMİU-nun "Musiqili teatr aktyoru" kafedrasının müdiridir. 
2. Azərbaycan Milli Qəhrəmanı Mətləb Quliyev 1959-cu ilin bu günü Beyləqanda dünyaya gəlib.
3. Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi və Azərbaycan Pedoqoji İnstitutunu bitirən M.Quliyev 1992-ci ilin ilin avqustundan Ağdam bölgəsində erməni-rus birləşmələrilə döyüşdə şücaət göstərib və qəhrəmancasına həlak olub. (1959-1992)
4. Türkiyə xalqının Milli Qurtuluş Savaşını "Türkün odla imtahanı", "Alovdan köynək" romanlarında əbədiləşdirən yazıçı Xalidə Edip Adıvar 1964-cü ilin 9 yanvarında 80 yaşında İstanbulda dünyasını dəyişib. O, həyat yoldaşı Adnan Adıvarla birgə Qurtuluş Savaşında iştirak edib, onbaşı, çavuş rütbələrini almış, müharibədki bir çox hadisələrin canlı şahidi olub. (1884 - 1964)   
5. 1991-ci ildə Azərbaycanın Qarabağ torpağının Laçın-Şuşa yolunda “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri Salatın Əsgərova və üç rus hərbçisi erməni silahlıları tərəfindən qətlə yetirildi.

6. 9 yanvar 1992-ci ilin bu günündə Nazim Quliyev şəhid olub. Ölümündən sonra o Azərbaycanın Milli Qəhrəmanı fəxri adını alıb.        
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Yanvar 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see444

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see355

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see353

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see323

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see310

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see309

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see309

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see303

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see297

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see293

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see279

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see268

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see264

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see258

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see258

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see250

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see249

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri