Icma.az
close
up
RU
BİZİM TƏQVİM:Yanvarın 31 də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Yanvarın 31 də baş vermiş tarixi hadisələr

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1902-ci il yanvarın 31-də güclü yeraltı təkanlar Şirvanın qədim paytaxtı, Azərbaycanın siyasi və iqtisadi mərkəzlərindən biri Şamaxı şəhərini, demək olar ki, büsbütün dağıdıb. Təbii fəlakət nəticəsində minlərlə adam həlak oldu, 10 mindən çox insan Bakı və ölkənin digər bölgələrinə köçmək məcbutiyyətində qalıb.  
Bəs, 31 dekabrda dünyada nələr baş verib?
1. 1729-cu ilin 31 yanvarında İbrahim Müteferrikanın mətbəəsində basılan "Vankulu lüğəti" Türkiyədə ilk kitab oldu. Mehmet ibn Mustafa tərəfindən tərtib edilən ərəbcə-türkcə bu lüğət 2 dəri üzərində basılıb.
2. 31 yanvar 1905-ci ildə erməni yaraqlıları Cavanşir qəzası ərazisindəki Çıraqlı və Hacıqərvənd kəndlərində faciə törədiblər. Bu kəndlərdən olan 10 nəfər müsəlman qətlə yetirilib.
3. İkinci Dünya Müharibəsindən sonra – 1946-cı ilin 31 yanvarında qəbul edilən yeni konstitusiyaya əsasən Yuqoslaviya Federal Xalq Respublikası qurulub. Serbiya, Xorvatiya, Bosna-Herseqovina, Slovenya, Makedoniya və Çernoqoriya respublikaları və 2 muxtar bölgə Yuqoslaviyanın tərkibinə daxil idi.
4. 31 yanvar 1990-cı ildə İmişli rayonunun ərazisində “BBC” radiokorporasiyasının əməkdaşları, Böyük Britaniya vətəndaşları Bencamin Braun və Pek Rorini SSRİ ərazisində yerdəyişmə qaydalarını və sərhəd zonasında olmaq rejimini pozduqlarına görə yaxalanırlar. Axtarış zamanı onların üzərindən müxtlif məxfi sənədlər aşkaarlanır və götürülür.
5. 1990- cı ilin bu günündə silahlı ermənilər Gədəbəy rayonunun ərazilərinə hücum ediblər. Gədəbəy bölgəsinə - Şınıx zonasına edilən bu silahlı hücum nəticəsində 6 nəfər azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetiriblər. 
6. 31 yanvar 1991-ci ildə Dağıstanın Temirtau stansiyası yaxınlığında “Moskva-Bakı” qatarı partladılıb. Nəticədə 16 nəfər həlak olub, 20 nəfər yaralanıb.
7. 31 yanvar 1992-ci ildə Xramort, Fərrux kəndləri istiqamətində döyüş əməliyyatları keçirilib. Fərrux kəndi ermənilərdən azad edilsə də, ciddi itkilər olub.
8.  1992-ci ilin bu günündə erməni yaraqlıları Ağdam rayonunun Şelli, Abdal-Gülablı, Xıdırlı, Cinli, Əliağalı, Əhmədavar kəndlərinə hücum edirblər. Xain hücum nəticəsində 5 nəfər həlak olub, 53 nəfər yaralanıb. 
9.  Yunanıstan öz torpağı olduğu iddia etdiyi Kardak qayalıqlarına 1996-cı il 31 yanvarda “Türk SAT” qrupları çıxaraq Türkiyə bayrağını sancıb. Türkiyənin qərarlı mövqeyi qarşısında Yunanıstan geri addım atıb. ABŞ və NATO-nun da dövrəyə girməsiylə "Kardak böhranı" sona çatıb.
31 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadə 1884-cü ilin bu günü Bakıda dünyaya göz açıb. 1918-1920-ci illərdə Milli Şuranın sədri, Azərbaycan parlamentinin üzvü olan Məhəmməd Əmin Sovet Rusiyasının 1920-ci il aprel çevrilişindən sonra həbs olunub, sonra Stalin tərəfindən azad edilərək Moskvaya aparılıb. 1922-ci ildə mühacirət edən M.Ə.Rəsulzadə Türkiyədə İstambulda “Əsrimizin Səyavuşu” və “Azərbaycan Cümhuriyyəti keçmişdə və indi” əsərlərini yazıb. 1952-ci ildən paytaxt Ankarada onun baş redaktorluğu ilə “Azərbaycan” jurnalı buraxılıb. Məhəmməd Əmin Rəsulzadə 1955-ci ildə Ankarada vəfat edib və şəhərin Əsri Məzarlığında dəfn olunub. (1884-1955)
2. Hər iki Azərbaycanın tanınmış şairi Əli Tudə 1924-cü ilin 31 yanvarında dünyaya gəlib. Hələ 13 yaşından onun şeirləri almanax və qəzetlərdə dərc edilib. Cənubi Azərbaycanda Milli Hökumət qurularkən Maarif Nazirliyində müdir işləyən Ə.Tudənin ana dilində kitabların tərtib olunmasında böyük xidməti olub.  Bakıya köçəndən sonra da ədəbi fəaliyyətini davam etdirən Əli Tudə 40-a qədər kitab yazıb, əsərləri xarici dillərə tərcümə olunub. (1924-1996)
3. SSRİ və Azərbaycan SSR-nin Xalq artisti Ələsgər Ələkbərov 31 yanvar 1963-cü ildə dünyasını dəyişib.
4. Azərbaycan boyakarı, qrafiki və əməkdar rəssamı Ələkbər Rzaquliyev 1974-cü ilin bu günündə vəfat edib.
5. Azərbaycan Respublikasının Xalq rəssamı Oqtay Şıxəliyev 31 yanvar 2012-ci ildə dünyasını dəyişib.
6. Azərbaycanın Mill Qəhrəmanı Təbriz Xəlilbəyli 1992-ci ilin bu günündə şəhid olub. Təbriz Azərbaycanın Xalq şairi Xəlil Rzanın oğludur.
7. Tanınmış jurnalist Mirzə Mikayılov (Mirzə Xəzər) 2020-ci ilin bu günündə vəfat edib.
8. Azərbaycanın Xalq artisti Mübariz Tağıyev 31 yanvar 1948-ci ildə anadan olub.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://bizim.media
archiveBu xəbər 31 Yanvar 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see356

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see326

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see308

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see251

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see246

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see242

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see225

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see204

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see204

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see191

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see187

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see182

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see181

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see177

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see173

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see169

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see165

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see153

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri