Icma.az
close
up
RU
Bizim üçün Qarabağ ın qələbə qazanması daha sərfəli idi, lakin hər cür gedişata hazır idik

Bizim üçün Qarabağ ın qələbə qazanması daha sərfəli idi, lakin hər cür gedişata hazır idik

Icma.az, Apasport portalına istinadən məlumat verir.

"Zirə"nin və Azərbaycan milli komandasının qapıçısı Aydın Bayramov Apasport.az saytına müsahibə verib. 

- “Zirə” mövsümü 2-ci pillədə başa vuraraq komanda tarixində ilk dəfə 74 xal toplamış oldu. “Zirə” üçün mövsümü necə dəyərləndirərdiniz? 
- Çox yaxşı mövsüm alındı. Şükürlər olsun ki, qarşıya qoyulan tapşırıqların öhfəsindın gələ bildik. Çıxdığımız bütün matçlarda sonuna qədər mübarizəmizi apardıq. Klub adına uğurlu nəticələr üçün əlimizdən gələni etdik. 

- Öz performansından nə dərəcədə razı qaldın? Demək olar ki, əsas heyətdə sən oynadın....
- Bu haqda bir şey deyə bilmərəm. Özüm öz performansımı dəyərləndirsəm, düzgün olmazdı. Mən məşqlərimi edib, oyunlarıma fokuslanırdım ki, komandama kömək edim. 

- Yeni mövsümlə bağlı düşüncələrin necədir? Legioner limitinin tətbiq olunmayacağını nəzərə alsaq, daha çox Tyaqo Silvanın oynamaq ehtimalını necə dəyərləndirirsən? Yoxsa, istənilən halda, şans veriləcəyini düşünürsən? 
- Sağlam rəqabət olacaq. Rəqabət isə həmişə inkişaf deməkdir. Bunun hamımıza xeyri dəyəcək. Əsas olan odur ki, komandamız uğur qazansın. 
- “Zirə” 2-ci yeri tutsa da, ölkə kubokundakı nəticəyə görə Avropa Liqasına deyil, Konfrans Liqasına vəsiqə qazandı. Ümumiyyətlə, “Sabah”ın kubokun finalında “Qarabağ”ı məğlub edəcəyini gözləyirdin?
- Bu futboldur. Hər şey ola bilər. Əlbəttə ki, bizim üçün "Qarabağ"ın qələbə qazanması daha sərfəli idi. Lakin hər cür gedişata hazır idik.

- İstənilən halda komanda Konfrans Liqasında mübarizə aparacaq və sizin növbəti məğlubiyyət lüksünüz olmayacaq. Bu haqda fikrin necədir?
- Təbii ki, çətin olacaq. Hər oyuna final matçı kimi çıxacağıq. Qarşıda hazırlaşmaq üçün bir aydan çox vaxtımız var. Uğurlu nəticə qazanmağa çalışacağıq. 
- “Zirə”nin artıq 48 potensial rəqibi var. Düzdür, bu qədər rəqiblər arasından seçim edib, hamısı haqqında fikir bildirmək çətindir. Amma siyahıya baxanda hansı rəqiblə qarşılaşmamaq istərdiniz?
- Rəqib seçmək düzgün olmazdı. Əsas öz hazırlığımıza konsentrasiya olmalıyıq. Püşkatmada rəqibimiz bilindikdən sonra isə onlar haqda düşünüb, bir söz demək olar.

- Latviya və Macarıstanla görüşlər üçün millinin heyətində yer almışdın. Həmin görüşlərdə meydana çıxacağını ehtimal edirdin, şans gözləyirdin yəqin? Səncə, nəyə görə milli qalib gələ bilmədi heç bir oyunda?
- Düzdür, milliyə gedəndə ilk növbədə qürur hissi keçirirdəm ki, buradayam vı ölkəmi təmsil edirəm. Hər bir futbolçu kimi mən də oynamaq üçün çalışıram, bunun üçün can atıram, şams gözləyirəm. Geri qalanı isə məşqçilər korpusunun qərarıdır. Bizə də düşən ona hörmətlə yanaşmaq, meydanda və ya meydandan kənarda komandaya xeyir verməyə çalışmaqdır. Çünki milli hamımızıb qürurudur. Çoxlu qol epizodu yaratdıq hər iki matçda. Sadəcə istifadə edə bilmədik.

Berezutski “Sabah”ı tərk etdi - RƏSMİ AFFA qalibləri mükafatlandırdı “Şamaxı” futbolçusu ilə müqavilə yeniləyib "Zirə" futbolçusu ilə müqavilə müddətini uzadıb “Zirə” 2 futbolçusu ilə yollarını ayırıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://apasport.az
archiveBu xəbər 15 İyun 2025 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see258

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see225

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see219

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see206

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see180

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see172

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see167

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see156

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see146

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see141

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see136

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see133

Ukrayna cəbhədə PUA lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib Forbes dən detallar

12 Dekabr 2025 18:13see130

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see129

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see128

Millimizin üzvü əməliyyat edildi

12 Dekabr 2025 12:41see128

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see127

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see126

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see124

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri