Icma.az
close
up
RU
Blinken Azərbaycanın daxili işlərinə kobud müdaxilə edir BƏYANAT

Blinken Azərbaycanın daxili işlərinə kobud müdaxilə edir BƏYANAT

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qərbi Azərbaycan İcması ABŞ Dövlət katibi Antoni Blinkenin və digər ABŞ rəsmilərinin Azərbaycanın daxili işlərinə artıq tendensiya halını almış kobud müdaxilə cəhdlərini kəskin şəkildə pisləyir.
Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd edilib.
Bəyanatda deyilir: “Təəssüflə vurğulamaq istərdik ki, biz bu illərdə ABŞ-ın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini, etnik təmizləmə siyasəti həyata keçirməsini, biz Qərbi azərbaycanlıları deportasiya etməsini pislədiyini görmədik.
ABŞ rəsmiləri torpaqları işğal edilmiş Azərbaycanın, yüz minlərlə məcburi köçkünün, minlərlə itkin ailəsinin deyil, işğalçı Ermənistanın, Azərbaycan cəmiyyətində heç bir nüfuzu olmayan, rüsvay olmuş bir qrup marginal elementin yanında yer aldı. Vətən müharibəsindən sonra bütün bunların, xüsusilə ölkələrin ərazi bütövlüyü və suverenliyinə münasibətdə ABŞ-ın fərqli yanaşmasının bir daha şahidi olduq.
 

ABŞ-ın dinc yolla öz dədə-baba yurdlarına qayıdış xəttini seçən Qərbi Azərbaycan İcmasının elə həmin Antoni Blinkenə ünvanladığı məktuba heç bir reaksiya vermədiyini, lakin Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsində iştirak edən və bu günün özündə də Ermənistanda Azərbaycanın suverenliyini təhdid edən separatçılara qucaq açdığını, viza verdiyini, ABŞ-ın müxtəlif təsisatlarında çıxış etmək imkanı yaratdığını gördük.


Özünü dini azadlıqlara hörmət edən ölkə kimi qələmə verən, “mötəbər” hesabatlar hazırlayaraq ölkələri müxtəlif uydurma siyahılara daxil edən, Qarabağda “erməni irsi”nin vəziyyəti ilə bağlı narahatçılığını ifadə edən ABŞ-ın Azərbaycan xalqının Ermənistan ərazisində zəngin mədəni irsinin dağıdılmasını, təhrif edilməsini pislədiyini eşitmədik. Bütün bunlara görə də, ABŞ Azərbaycan cəmiyyətində olan-qalan nüfuzunu da itirdi.
ABŞ “insan hüquqları” mövzusunu, yalan xəbər mediasını, “müstəqil” QHT-ləri Azərbaycana qarşı silah kimi istifadə etməkdənsə, qoy, özü ən əsas beynəlxalq insan hüquqları konvensiyalarına qoşulsun, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı hesabatlarında yer almış polis tərəfindən həddindən artıq gücün tətbiq edilməsi, hüquq-mühafizə orqanlarının irqi əsasda məlumatlar toplaması (racial profiling), strukturlaşdırılmış irqçilik kimi praktikalara son qoysun, silah zorakılığı problemini həll etsin, məhbuslara verilən işgəncə hallarını və digər qanunsuz əməlləri araşdırsın”.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Dekabr 2024 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri