Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışırlar
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.
Onun sözlərinə görə, parlamentlərin bugünkü fəaliyyətinə uzun illərdir formalaşmış parlamentarizm ənənələrinin təsiri böyükdür:
“Bu ənənəyə misal olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin parlament təcrübəsini qeyd etmək olar”.
Spiker hazırda bəzi ölkələrin parlamentlərinin hansısa siyasi qüvvələrdən təsirlənməsindən təəssüfləndiyini bildirib:
“AŞPA və Avropa Parlamenti kimi qurumlar Azərbaycana qarşı böhtan xarakterli iş aparır, ölkəmizin daxili işlərinə müdaxilə etməyə çalışırlar. Bunun səbəbi Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, müstəqil siyasət yürütməsidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 07 Dekabr 2024 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















