Blogerin evindən oğurluq etmək istəyən şəxs tutuldu VİDEO
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazindəki mənzillərin birindən 2000 manat dəyərində samovar oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Anar Babayev müəyyən olunaraq saxlanılıb.
Bakupost.az -ın məlumatına görə, araşdırmalarla A.Babayevin ötən günlərdə paytaxtın Yasamal rayonu ərazisində bloger Nail Kəmərlinin mənzilindən oğurluğa cəhd edən şəxs olması da müəyyən edilib.
Faktlar üzrə hazırda istintaq araşdırması aparılır.
Məlumatı DİN Mətbuat Xidmətindən təsdiqləyiblər.

Məşhur azərbaycanlı blogerin evindən oğurluq etmək istədilər ANBAAN VİDEO
02 Dekabr 2024 14:58
Nail Kəmərlinin evindən oğurluq etmək istəyən şəxs saxlanıldı VİDEO
04 Dekabr 2024 22:06
Nail Kəmərlinin evindən oğurluq edən şəxs tutuldu
04 Dekabr 2024 23:30
Nail Kəmərlinin evindən oğurluq edən şəxs TUTULDU
04 Dekabr 2024 22:32

