Blokda yayılan qoxu dəhşətli cinayəti ortaya çıxdı 10 gün sonra... FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Kastamonunun İnönü məhəlləsində yerləşən bir binada yayılan pis qoxudan sonra cinayət faktı üzə çıxıb.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, Arnavut küçəsindəki mənzildən gələn iyə görə 112 Təcili Yardım Xidmətinə edilən zəng nəticəsində hadisə yerinə polis və yanğınsöndürən qruplar cəlb olunub. Onların mənzilə daxil olmasından sonra 28 yaşlı hamilə qadının meyiti tapılıb.
Araşdırmalar nəticəsində meyitin Elif Civilə məxsus olduğu müəyyənləşib. Onun bədənində çoxsaylı bıçaq yaraları aşkarlanıb. Məhkəmə-tibbi ekspertiza qadının təxminən 10 gün əvvəl öldürüldüyünü təsdiqləyib.
Hadisə yerində istintaq qrupları tərəfindən genişmiqyaslı araşdırmalara başlanılıb. İlkin ehtimallara görə, gənc qadın vəhşicəsinə qətlə yetirilib. Cinayətin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil.
Hadisə ilə bağlı istintaq davam edir.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 22 Aprel 2025 08:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















