Icma.az
close
up
RU
“Dinimizin adı “Quran” deyil, İslamdır” Hicab taxmaq vacibdir?

“Dinimizin adı “Quran” deyil, İslamdır” Hicab taxmaq vacibdir?

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son zamanlar sosial şəbəkələrdə hicabın “Qurani-Kərim”də olmadığı barədə bir sıra məlumatlar əks olunur. Videolarda özünü ekspert, ilahiyyatçı adlandıran şəxslər Quranda hicabla bağlı ayələrin olmadığını, qeyd edilən məlumatların isə yanlış yozulduğunu dilə gətirirlər.

Bəs söylənilən fikirlərin əsası varmı? Hicab taxmaq barədə “Quran”da nə deyilir?

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ilahiyyatçı Fazil Əhmədin sözlərinə görə, son 10 ildə Azərbaycan və Türkiyədə belə bir tendensiya yayılıb:

““Quran”da bir şey varsa, vardır, yoxsa, yoxdur. Bu səhv tendensiyadır. “Qurani-Kərim”də hicab barəsində bir cümlə, ayə qeyd olmasa belə, hicab islamda vacibdir. Bir şeyin vacib olmasını tək “Quran” müəyyən etmir. Real misallar çəkim. 1400 ildir, hər gün insan ölümü var. Müsəlmanlar arasında ölən insana qüsl verilir, kəfənə bükürlər, sonra xüsusi qaydada dəfn edirlər. Bununla bağlı “Quran”da ayə yoxdur. Hicab barəsində yenə 3-4 ayə var. Ölünü dəfn etmək, qüsl vermək, kəfənə bükmək barədə isə ayə yoxdur. Bilirik ki, insanlar övladlarını evləndirən zaman dini kəbin kəsirlər. Ölkəmizdə də bu var. Ancaq kəbinin kəsilmə qaydası “Quran”da yoxdur. Bəqəsə surəsi 183-cü ayədə bildirilib ki, müqəddəs Ramazan ayında oruc tutmaq bizə vacibdir. Orucu pozan məsələlər “Quran”da yoxdur. Sıx toz, tüstü, siqaret, tünd ətir orucu pozur. Bunların heç biri “Qurani-Kərim”də yer almır. Bizim dinimizin adı “Quran” deyil, İslamdır”.

F.Əhməd qeyd edib ki, bir mövzunun İslamda olub-olmamağı müzakirəyə çıxarıla bilər, amma “Quran”da olub-olmaması deyil: ““Qurani-Kərim”də olmayan bir çox məsələlərə hər iki məzhəbdən(sünni, şiə) olanlar riayət edir. Nəzərə alsaq ki, iki məzhəb arasında bir çox mövzularda fikir ayrılığı yaşanır. Bir insanın hicab taxması, bir insanı kəfənə bükülməsi fərqi nədir? Fərqi budur ki, biri ölü, biri diridir. Hicab barəsində ayə var. Ölünün kəfənə bükülməsi barədə ayə var? Bəs 1400 ildir müsəlmanlar nəyə əsasən buna riayət edirlər? “Qurani-Kərim”də necə yerdə qeyd edilir ki, Allaha itaət edin və onun Rəsuluna. Allaha itaət edin, yəni “Quran”da yazılanlara, Rəsuluna dedikdə isə yəni “Quran”da yazılanların izahına itaət hesab edilir. Misal çəkdiyim ölünü kəfənə bükmək kimi məsələlər də “Quran”da yazılmasa da Peyğəmbər bunu izah edib. Müsəlmanlar isə 1400 ildir buna riayət edir. Namazın xırdalıqları belə müqəddəs kitabda yoxdur. Bu o deməkdir ki, biz namaz qılmamalıyıq? Xırdalıqların “Quran”da olmaması, İslamda olmaması anlamına gəlmir. Nisa surəsi 59-cu ayə kimi bir sıra ayələr var ki, “Peyğəmbərə itaət edin” deyə əmrlər var. “Quran” buyurur ki, namaz qıl. Namazların rükətləri və s. qaydalarla bağlı məlumatlar, azanın deyilmə qaydası “Quran”da yoxdur. Hicab da elə. Hicab barəsində Quranda ayə olmasaydı belə, İslamda vacibdir. Peyğəmbər vacib bilib. Quranda qeyd olunur ki, baş örtüklərinizi sinənizin üzərinə gətirin, insanlar cümlənin sadəcə zahirinə baxırlar. Özlərindən fikir irəli sürürlər. Halbuki ayəni başa düşmək üçün insanlar gedib neçə il təhsil alır. Quranın tərcüməsini açıb oxuyurlar, öz zehinlərində nəyi nəzərdə tuturlarsa onu bu cür izah edirlər. Bu böyük təhlükədir. Hicab Peyğəmbər tərəfindən də vacib olanda bəzi qadınlar sadəcə baş hissəni bağlı saxlayırdılar. Boyun, sinə nahiyəsi açıq qalırdı. Hicab sinənin üzərini örtmürdü. Ayədə bununla bağlı bildirildi. Yoxsa bəziləri elə deyirlər ki, guya başı açıq saxlayıb, sinə tərəfini örtmək nəzərdə tutulur. Xeyr. İslamla bağlı illərlə təhsil alanlar var. Sadəcə tərcümə ilə olsaydı, onda elan edərdilər ki, İslamın bütün möhtəviyyatı, mahiyyəti tərcümələrdir. Qeyri-mümkündür. Tərcümə Qurani Kərimi, İslamı başa düşməkdə 10 faiz rol oynayır ya oynamır. Bəlkə də bu qədər də deyil. Quranda bildirilir ki, zəkat verin. Zəkat hansı mallara düşür deyə bu barədə Quran izah etmir. Ən gözəl göstərici də budur ki, bu mövzuda 14 əsrlik, hətta bir-biri ilə fikir ayrılığı olan ənənəvi məzhəblərin də fikir ayrılığı yoxdur. Bu mühüm məsələdir. Bəzi həqiqətlər bununla sübut olunur ki, iki ənənəvi məzhəbə əsasən də bu belədir. Bunun özü böyük göstəricidir. Kimsə indi çıxıb özünü savadlı sanıb “Məncə” deyir. “Məncə” Qurana ziddir. Hədis mövcuddur ki, kimsə Quranı öz rəyi əsasında yozsa ağzı bağlı cəhənnəmə atılar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:429
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Yanvar 2026 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri