Blondie qrupu uzun fasilədən sonra yeni albomunu elan etdi
Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Amerika yeni dalğa musiqisinin tanınmış nümayəndələrindən olan "Blondie" "High Noon" adlı yeni studiya albomunu təqdim etməyə hazırlaşır. Qrupun növbəti albomu həm əvvəlki musiqi irsini, həm də kollektivin bu günə aid yaradıcılıq maraqlarını bir yerə toplayır..
Kulis.az xəbər verir ki, 13 mahnıdan ibarət "High Noon" albomunun 2027-ci il fevralın 26-da işıq üzü görməsi planlaşdırılır. Albomun ilk sinqlı olan "Spectral Eyes"dinləyicilərə təqdim edilib. Mahnının müəlliflərindən və ifaçılarından biri "The Smiths" qrupunun keçmiş gitaristi Conni Marrdır.
Qrupun solisti və əsas mahnı müəllifi Debbi Harri yeni işi "Blondie"nin müxtəlif dövrlərini və musiqi təsirlərini bir araya gətirən layihə kimi xarakterizə edib. Onun sözlərinə görə, albom qrupun keçmişini təkrarlamaqdan daha çox, indiki yaradıcı mövqeyini və həyat təcrübəsini əks etdirir.
Yeni albomda Conni Marrla yanaşı, Glen Metlok, "Beirut" qrupunun solisti Zak Kondon, eləcə də "Lucius" qrupundan Cess Vulf və Holli Lesiqin iştirakı gözlənilir. Layihənin prodüseri Con Konqletondur. O, "Blondie"nin əvvəlki studiya albomu "Pollinator" üzərində də çalışıb. Həmin albom 2017-ci ildə buraxılmışdı.
"High Noon" üzərində işə 2022-ci ildə başlanıb və layihə qrupun uzun illər zərb alətlərində çıxış etmiş Klem Börkunun 2025-ci ildə vəfatından əvvəl tamamlanıb.
1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində geniş populyarlıq qazanan "Blondie" "Heart of Glass", "Call Me", "The Tide Is High" və "Rapture" kimi mahnıları ilə musiqi tarixində xüsusi yer tutub. Xüsusilə "Rapture" pop musiqi hit-paradlarında rep elementlərinin önə çıxması baxımından əhəmiyyətli nümunələrdən biri sayılır.
Tənqidçilərin bəyənmədiyi qorxu filmi prokatın lideri oldu Mollanəsrəddinçi “Şeypur” jurnalı "Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 16 Oktyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















