Icma.az
close
up
RU
Maaşlardan tutulan vergi artırılır

Maaşlardan tutulan vergi artırılır

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gələn il yanvarın 1-dən fiziki şəxslərin aylıq gəlirlərindən tutulan gəlir vergisinin dərəcələri artırılır. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yeni vergi dərəcələri 2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək tətbiq olunacaq. Dəyişikliklərə görə, 2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 5 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125 manat və 2500 manatdan artıq hissənin 10 faizi, aylıq gəlir 8000 manatdan çox olduqda isə 675 manat və 8000 manatdan artıq hissənin 14 faizi gəlir vergisi kimi tutulacaq.

İqtisadçı ekspert Xalid Kərimlinin dediyinə görə, 2028-ci il yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən 7 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 175 manat və 2500 manatdan artıq hissənin 10 faizi, aylıq gəlir 8000 manatdan çox olduqda isə 725 manat və 8000 manatdan artıq hissənin 14 faizi gəlir vergisi kimi tutulacaq: "Gəlir vergisi dərəcələrinin artırılması işləyən vətəndaşlara təsir edəcək, işləməyən şəxslərə isə aidiyyəti olmayacaq. Qeyd edim ki, xüsusilə qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanların əməkhaqlarından tutulan gəlir vergisinin dərəcəsi 2 faiz bəndi artırılır. Bu dəyişiklik işəgötürənlərə deyil, birbaşa işçilərin maaşlarına təsir göstərəcək".

İqtisadçı qeyd edib ki, əvvəllər hökumət tərəfindən işçilərin əməkhaqlarına tətbiq olunan gəlir vergisi güzəştləri onların maaşlarından vergi tutulmasını əhəmiyyətli dərəcədə azaltmışdı. Lakin həmin güzəştlərin müddəti başa çatdığından vergi dərəcələrinin mərhələli şəkildə artırılması nəzərdə tutulur: "1000 manat əməkhaqqı alan işçinin gəlir vergisi hazırda 24 manatdır. 2027-ci ildən bu məbləğ 40 manata yüksələcək. İşçinin aylıq itkisi 16 manat olacaq. 1500 manat maaş alan şəxsin ödədiyi vergi 39 manatdan 65 manata qalxacaq. Aylıq fərq 26 manat təşkil edəcək. 2000 manat əməkhaqqı alan işçinin vergisi 54 manatdan 90 manata yüksələcək. Onun aylıq gəliri 36 manat azalacaq. 2500 manat maaş alan şəxsin gəlir vergisi isə 69 manatdan 115 manata çatacaq. Bu halda aylıq fərq 46 manat olacaq. Başqa sözlə, əməkhaqqı dəyişməz qalarsa, göstərilən işçilərin illik gəlir itkisi müvafiq olaraq 192, 312, 432 və 552 manat təşkil edəcək. Burada vacib məqam ondan ibarətdir ki, 3 faizdən 5 faizə yüksəliş bütün əməkhaqqı alanlara aid deyil. Dəyişiklik neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində əmək müqaviləsi ilə çalışan şəxslərə aiddir. Dövlət sektorunda və neft-qaz sahəsində çalışan işçilər üçün isə gəlir vergisinin ümumi dərəcələri tətbiq edilir. Onların vergiyə cəlb olunması ayrıca qaydalarla tənzimlənir. Bundan başqa, 2500 manatadək aylıq gəliri olan və əsas iş yerində çalışan şəxslər üçün 200 manatlıq gəlir vergisi güzəşti saxlanılır".

Xalid Kərimli bildirib ki, bu artım birdən-birə deyil, mərhələlərlə həyata keçiriləcək: "Belə ki, 2027-ci ildən gəlir vergisi 3 faizdən 5 faizə yüksələcək. 2028-ci ildə isə daha 2 faiz bəndi artaraq 7 faizə çatacaq. Nəticədə gəlir vergisi birbaşa işçilərin əməkhaqlarından tutulacağı üçün onların əlinə çatan xalis maaşın məbləği bir qədər azalacaq. Başqa sözlə, dəyişiklik işəgötürənin deyil, işçinin gəlirinə təsir edəcək. Mövcud qanunvericiliyə əsasən, gəlir vergisinin artırılması 2027-ci ildə başa çatmayacaq. Belə ki, 2028-ci il yanvarın 1-dən etibarən 2500 manatadək aylıq gəlirə tətbiq olunan vergi dərəcəsi 7 faizə çatdırılacaq. Bununla da özəl qeyri-neft-qaz sektorunda çalışanlar üçün gəlir vergisi üç mərhələdə dəyişəcək. 2027-ci il - 5 faiz, 2028-ci ildən - 7 faiz. Gəlir vergisinin artırılması ilk növbədə işçinin xalis əməkhaqqına təsir göstərir. Çünki bu vergi işçinin gəlirindən hesablanır və işəgötürən tərəfindən tutulub dövlət büdcəsinə köçürülür. Bu baxımdan, əməkhaqqı məbləği dəyişmədikdə vergi artımının birbaşa maliyyə yükünü işçi daşıyır. İşəgötürənin gəlir vergisi üzrə əlavə öhdəliyi yaranmır. Lakin dəyişiklik biznesin əməkhaqqı siyasətinə dolayı təsir göstərə bilər. Xüsusilə işçilərlə xalis əməkhaqqı əsasında razılaşan şirkətlər əvvəlki ödəniş səviyyəsini qorumaq üçün əməkhaqqının ümumi məbləğini artırmaq məcburiyyətində qala bilərlər".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Noyabr 2026 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see349

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see293

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see292

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see279

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see270

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see267

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see256

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see255

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see245

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see235

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see233

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see229

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see228

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see228

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see226

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see210

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see203

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see200

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see192

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri