Icma.az
close
up
RU
BLOQERLƏR AZƏRBAYCANA, TURİSTLƏR GÜRCÜSTANA... Milyonlarla vəsait xərclənsə də nəticə niyə yoxdur?

BLOQERLƏR AZƏRBAYCANA, TURİSTLƏR GÜRCÜSTANA... Milyonlarla vəsait xərclənsə də nəticə niyə yoxdur?

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Turizm Agentliyi növbəti dəfə Azərbaycanı tanıtmaq adı ilə xarici jurnalist və bloqerlər üçün böyük məbləğdə vəsait ayırdığını açıqlayıb.

Belə ki, təkcə son tenderlər çərçivəsində Türkiyədən olan bloqerlər üçün 753 min manat, Rusiya və Belarusdan olanlar üçün 728 min manat, Çin və Hindistandan olanlar üçün 1,4 milyon manat, Avstriya, İsveçrə və Almaniya üçün isə 363 min manat vəsait nəzərdə tutulub. Xatırladaq ki, agentlik ötən ilki dövrdə də eyni məqsədlər üçün 5 milyondan artıq vəsait xərcləyib.

Ayrılan vəsaitin həcmi kifayət qədər böyük olsa da, rəsmi statistikaya baxdıqda gördüyümüz tablo o qədər də ürəkaçan deyil. Məsələn, 2025-ci ildə Azərbaycana 189 ölkədən 2 milyon 570 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, 2024-cü illə müqayisədə 2,1 faiz azalma deməkdir. Azərbaycan pandemiyadan sonrakı dövrdə turizm sektorunu hələ də 2019-cu ilin səviyyəsinə tam qaytara bilməyib.


Rəsmi statistikaya əsasən, 2019-cu ildə Azərbaycana gələn xarici turistlərin ölkədə xərcləmələri 3 milyard manata yaxın təşkil edib. 2020-ci ildə turist xərcləri 415 milyon manata enib, 2021 və 2022-ci ildə 1,9 milyard 2023-cü ildə isə 2,4 milyard manat olub. Yalnız 2024-cü ildə COP-29 tədbiri ilə əlaqədar bu rəqəm yenidən artaraq 5,1 milyard manata çatıb.

Sadə müqayisə metodu ilə — yəni 2019 səviyyəsinin sonrakı illər üçün baza kimi götürülməsi ilə — 2020–2024 dövrü üzrə turizmdə yaranmış “potensial itki”ni hesablamaq mümkündür. Əgər hər il 2019-cu ildəki kimi 3 milyard manatlıq turizm gəliri əldə edilsəydi, beş ildə ümumi göstərici 15 milyard manat olardı. Lakin faktiki xərcləmələr cəmi 11,727 milyard manat təşkil edib. Bu isə həmin dövrdə (2020-2024) sektorun təxminən 3,27 milyard manat zərərə uğradığını göstərir.

Müqayisə üçün qeyd edək ki, Gürcüstan ötən il 8 milyondan çox turist qəbul edib. Yəni qonşu ölkə daha az PR xərci ilə, daha açıq və əlçatan siyasət hesabına Azərbaycanı bir neçə dəfə üstələyib. 2024-cü ilin göstəricilərinə əsasən Gürcüstan turizm sahəsində kifayət qədər güclü mövqedə olub. Həmin il ölkənin turizmdən əldə etdiyi gəlirlər təxminən 4,4 milyard ABŞ dolları təşkil edib. Artım dinamikası 2025-ci ildə də davam edib və Gürcüstan ili müsbət göstəricilərlə başa vurub. İlkin məlumatlara görə, turizm gəlirləri 4,7 milyard dollara yaxın olub, sektor üzrə isə təxminən 6 faiz artım qeydə alınıb. Bu göstəricilər Gürcüstanın pandemiyadan sonra turizm bazarını bərpa etməklə yanaşı, onu genişləndirdiyini göstərir.

Bəs pandemiyadan artıq 6 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bizdə niyə turizm sahəsində ciddi bir dəyişiklik baş verməyib?

Əvvəla onu qeyd edək ki, bu “tanıtım səfərləri”nin real məzmunu çox zaman Azərbaycan regionlarını, tarixi-mədəni irsini və ya əlçatan turizm imkanlarını deyil, Bakının mərkəzindəki bahalı restoranları, lüks otelləri və eyni tipli yemək videolarını əhatə edir. Xaricdən gətirilən bloqerlərin paylaşdıqları kontentlərin böyük hissəsi adi turist üçün əlçatmaz qiymətlər, elit məkanlar və süni parıltı üzərində qurulur. Bu isə ölkəni kütləvi və davamlı turizm məkanı kimi yox, yalnız bahalı vitrin kimi təqdim edir. Belə olan halda da bu cür turizmin təşviqi adını təşkil olunan səfərlərin effektivliyi sual altına düşür.

Digər tərəfdən, turizmin başlıca elementlərindən biri həmin ölkənin nə qədər əlçatan olması ilə bağlıdır. Azərbaycan illərdir quru sərhədlərini bağlı saxlayır. Halbuki region ölkələri ilə avtomobil və dəmir yolu əlaqələri turizmin əsas hərəkətverici qüvvələrindən biridir. Turistin böyük hissəsi məhz əlçatan və ucuz nəqliyyat imkanlarını əsas götürür. Azərbaycan səfər üçün isə hava nəqliyyatından savayı alternativ yoxdur.

Yaranmış vəziyyəti illərdir fürsətə çevirən AZAL-ın qiymət siyasəti isə yəqin ki, hər kəsə məlumdur. Dövlət şirkəti olmasına baxmayaraq, AZAL region üzrə ən baha aviabilet təklif edir. Nəticədə potensial turist üçün Azərbaycan nəinki Avropa ölkələri, region ölkələri ilə müqayisədə belə dəfələrlə baha qiymətə aviabiletlər satır.

Bu barədə turizm eksperti Ceyhun Aşurov “AzPolitika”-ya şərhində bildirib ki, hazırda Azərbaycanın turizm siyasətini həyata keçirən əsas qurum Dövlət Turizm Agentliyidir:"Əlbəttə, ölkəyə turistlərin cəlb olunması və Azərbaycanın beynəlxalq səviyyədə tanıdılması baxımından Agentlik əsas oyunçulardan biridir. Xarici ölkələrdə – Çin, Türkiyə, İsrail və digər bazarlarda turizm potensialının tanıdılması müəyyən xərclər tələb edir. Bir çox ölkələr bu istiqamətdə aktiv fəaliyyət göstərir, əsas hədəf bazarlardan daha çox turist cəlb etmək üçün müxtəlif təqdimat və təbliğat işləri aparır, əlaqələr qurur. Bütün bunlar isə maliyyə xərcləri tələb edir".

Ekspert qeyd edir ki, bu xərcləmələrin nə dərəcədə effektiv olduğunu dəqiq ölçmək çətin olsa da, dünyanın hər yerində hər hansı bir məhsulun tanıdılması üçün reklam xərclərinin qaçılmaz olduğu məlumdur:"Son dövrlər bloqerlərin, yutuberlərin müxtəlif ərazilərə cəlb edilməsi, onların səfərlər edərək çəkiliş aparması daha çox trendə çevrilib. Bu şəxslər sosial şəbəkələrdə geniş auditoriyaya malik olduqları üçün getdikləri yerlər barədə izləyicilərdə müəyyən təsəvvür formalaşdırırlar. Bu üsul kifayət qədər effektiv hesab olunur, çünki dünyada bu cür insanların səfər etdikləri yerləri nümayiş etdirməsi tamaşaçılar üçün maraq doğurur".

Ekspert qeyd edib ki, 2025-ci ildə Azərbaycanda turizm sahəsində təxminən 2 faizə yaxın azalma müşahidə olunub:"Həmçinin otellərin doluluq səviyyəsində 30 faizə yaxın enmə qeydə alınıb. Bu isə regionda mövcud olan müharibə və gərginliklərin ölkəyə gələn turistlərin sayının azalmasına təsir göstərdiyini ortaya qoyur. Quru sərhədlərin qapalı olması hazırda turizmə, otellərin doluluğuna və turizmdən əldə olunan gəlirlərə o qədər də ciddi təsir göstərmir. Bu amil ölkəyə giriş-çıxış sayına təsir etsə də, faktiki olaraq turist kimi ölkədə pul xərcləyən seqmentə ciddi təsir etmir".

Ekspert qeyd edir ki, burada əsas məsələ beynəlxalq hava limanlarının daha səmərəli işləməsi, Azərbaycanın bir turizm destinasiyası kimi daha əlçatan və əlverişli olmasıdır:"Bir turist üçün gedəcəyi məkanla bağlı təhlükəsizlik məsələləri və maraq dairəsi müəyyənləşdikdən sonra qərarına ilk təsir edən amil səfərin neçəyə başa gəlməsidir. Məsələn, gediş-gəliş biletlərinin ucuz olub-olmaması, viza tələbinin mövcudluğu və ya olmaması mühüm rol oynayır. Nə qədər çox səbəb və nə qədər az maneə varsa, həmin yerə səyahət bir o qədər əlverişli olur və nəticədə turistlər ora daha çox gedir, pul xərcləməyə meyilli olurlar".

İqtisadçı Natiq Cəfərli “AzPolitika”-ya açıqlamasında bildirib ki, ölkədə turist sayının azalmasının əsas səbəbi AZAL-ın qiymət siyasəti deyil. Onun sözlərinə görə, AZAL-ın qiymət siyasətində son dövrlər müəyyən pozitiv məqamlar da müşahidə olunur.


Ekspert vurğulayıb ki, əsas problem quru sərhədlərinin bağlı qalmasıdır: "Quru sərhədləri bağlı olduğu müddətdə turizmin inkişafından danışmaq mümkün deyil. 2019-cu ildə Azərbaycana 3,6 milyon turist gəldiyi halda, ötən il bu rəqəm təxminən 2 milyon nəfər az olub".

Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını turist axınının azalmasında başlıca səbəblərdən biri kimi dəyərləndirib.

Bütün bunları nəzərə aldıqda deyə bilərik ki, milyonlarla vəsaitin bloqerlərin restoranda nə yediyini göstərən videolarına xərclənməsi turizmin inkişafı deyil, sadəcə görüntü yaratmaqdır. Çünki turizm real siyasət tələb edir - açıq sərhədlər, ucuz və əlçatan nəqliyyat, regionlarda infrastruktur, kiçik sahibkarlığın dəstəklənməsi və davamlı strategiya. Bütün bu çatışmazlıqlar aradan qaldırılmadığı müddətcə isə bloqerlər Azərbaycana, turistlər isə yenə də Gürcüstana gedəcək…

E. Bəyməmmədli

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Yanvar 2026 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see324

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see277

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see222

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see193

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see175

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see149

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see141

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri