Icma.az
close
up
RU
Azərbaycana gələn turistlər azalıb RƏSMİ

Azərbaycana gələn turistlər azalıb RƏSMİ

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 182 ölkəsindən 1477,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilib. Gələnlərin 26,1 faizi Rusiya Federasiyası, 17,1 faizi Türkiyə, 8,1 faizi Hindistan, 7,9 faizi İran, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4,1 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,2 faizi Pakistan, 2,3 faizi Çin, hər birindən 2,0 faiz olmaqla İsrail və Özbəkistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla Belarus və Küveyt, 12,5 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 66,5 faizini kişilər, 33,5 faizini qadınlar təşkil etmişdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə Tacikistandan gələnlərin sayı 1,9 dəfə, İsraildən - 1,7 dəfə, Çindən - 1,6 dəfə, Yaponiyadan - 42,9 faiz, Qırğızıstandan - 36,0 faiz, İordaniyadan - 28,7 faiz, Qazaxıstandan - 20,6 faiz, Özbəkistandan -19,8 faiz, Niderlanddan -16,3 faiz, Pakistandan - 16,1 faiz, Kanadadan - 15,8 faiz, ABŞ-dan - 15,6 faiz, Almaniyadan -13,2 faiz, İtaliyadan - 10,9 faiz, Cənubi Koreyadan - 10,8 faiz artmışdır. 

2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,0 faiz artaraq 61,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,3 faiz azalaraq 237,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,0 faiz azalaraq 522,7 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 4,1 faiz artaraq 656,8 min nəfər təşkil etmişdir.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,5 faizi hava, 23,1 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir. 
2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,8 faiz azalaraq 1188,9 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 0,8 faiz, Gürcüstana gedənlərin sayı 25,9 faiz artmış, Türkiyəyə gedənlərin sayı 4,2 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə  28,5 faiz azalmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 40,6 faizi Türkiyəyə, 15,7 faizi Rusiya Federasiyasına, 11,2 faizi Gürcüstana, 8,9 faizi İrana, 23,6 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 64,7 faizini kişilər, 35,3 faizini qadınlar təşkil etmişdir.

2025-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,8 faizi hava, 28,2 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Avqust 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri