Icma.az
close
up
RU
Turistlər Azərbaycana nə məqsədlə gəlir?

Turistlər Azərbaycana nə məqsədlə gəlir?

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, Azərbaycanın turizm potensialı mövsümi asılılıqdan çıxıb və ölkə ilboyu turistlər üçün cəlbedici olan məkana çevrilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Təhlil.az” teleqram kanalı məlumat yayıb.

Məhz bunun nəticəsidir ki, 2025-ci ilin I rübü soyuq aylar olmasına baxmayaraq, ölkəmizə turizm səfəri həyata keçirən xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% və ya 8 810 nəfər artaraq 331 783-ə çatıb. Onların 64,9%-ni kişilər, 35,1%-ni isə qadınlar təşkil edib. Həmçinin, bu dövrdə ölkəmizə səfər edən turistlərin 98,5%-i hava, 1,5%-i isə su yolu ilə Azərbaycana gəlib. Su yolu ilə gələnlər əsasən Türkmənistan və Qazaxıstan vətəndaşları olub.

Xatırladaq ki, 2024-cü ilin I rübündə ölkəmizə 322 973 nəfər turist gəlib. Bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 44,2% və ya 98 993 nəfər çox deməkdir.

Cari ilin yanvar-mart aylarında ölkəmizə səfər edən xarici turistlərin 61,81%-nin və ya 205 087 nəfərinin əsas məqsədi istirahət və əyləncə olub.

İşgüzar məqsədlə ölkəmizə turizm səfəri edən xarici ölkə vətəndaşlarının sayı 72 485 nəfərə bərabər olub ki, bu da ümumi turist sayının 21,85%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycana dost və qohumlarına baş çəkmək üçün gələn xarici turistlərin sayı 42 846 nəfər olub. Onlar isə I rübdə ölkəmizə səfər edənlərin 12,91%-ni təşkil edib. 11 365 nəfər və ya xarici turistlərin 3,43%-i ölkəmizə digər məqsədlərlə səfər edib. Həmin turistlər arasında Azərbaycana müalicə və tranzit məqsədilə gələnlərin sayı çoxluq təşkil edib.

Cari ilin ilk 3 ayında ölkəmizə ən çox turist şimal qonşumuz olan Rusiyadan gəlib. Onların sayı 91 358 nəfər olub ki, bu da ümumi turist sayının 27,5%-nə bərabər olub.

2-ci sırada Hindistan qərarlaşıb. I rübdə ölkəmizə gələn turistlərin 15%-ni Hindistandan gələn turistlər təşkil edib. Qeyd olunan dövrdə Azərbaycana səfər edən Hindistanlı turistlərin sayı 49 779-a bərabər olub.

40 332 turist sayı ilə qardaş ölkə Türkiyə üçüncü sırada yer alıb. Yanvar-mart aylarında ölkəmizə turizm səfəri edən türklərin sayı ümumi turistlərin 12,2%-ni təşkil edib.

Sonrakı sıralarda Qazaxıstan, Gürcüstan, Pakistan və Səudiyyə Ərəbistanından olan turistlər yer alıb. Digər ölkələrin hər birindən ölkəmizə səfər edənlərin sayı isə 10 mindən az olub.

Keçirdiyi gecələmələrin statistikasına uyğun olaraq deyə bilərik ki, cari ilin yanvar-mart aylarında ölkəmizə gələn turistlərin böyük hissəsi (57,81%) paytaxt Bakı şəhərinə səfər edib.

Qusar rayonu 8,07% ilə ikinci sırada yer alıb. “Şahdağ” qış-yay turizm kompleksinin həmin ərazidə yerləşməsi Qusarı daha da cəlbedici bölgəyə çevirib.

Üçüncü sırada 4,49% ilə Abşeron rayonu yer alıb. Bunu isə turistlərin Bakıya daha yaxın olmaq üçün yerləşməsi ilə əlaqələndirmək olar.

Növbəti ən çox turist cəlb edən bölgəmiz isə 3,86%-ə bərabər olan göstərici ilə Quba rayonudur. Qubanın Qusar və Şahdağa yaxın yerləşməsi, xüsusilə qış aylarında buranı turistlərin qış istirahəti üçün ideal məkana çevirir.

Beşinci sırada isə ölkəmizin turizm mərkəzlərindən biri sayılan Qəbələ rayonu (3,8%) yer alır. Qəbələ rayonunda da qış-yay turizm kompleksinin (Tufandağ) olması turistlərin səfərinə təsir edən əsas amillərdən biridir.

2025-ci ilin I rübündə ölkəmizə səfər edən xarici turistlərin ümumi xərclərinin həcmi 600,7 milyon manat təşkil edib. Bu xərclərin 278 milyon manatı nəqliyyat xərcləridir. Ölkəmizə quru yolu ilə gediş-gəliş bağlı olduğundan bu göstəricinin yüksək olması anlaşılandır. Qeyd edək ki, nəqliyyat xərcləri ümumi xərclərin 46,29%-ni təşkil edib.

Nəqliyyat xərclərindən sonra ən çox vəsait yerləşmə üçün sərf edilib. Daha dəqiq desək, cari ilin I rübündə xarici turistlərin yerləşmə xərcləri 125 milyon manat təşkil edib. Turistlərin əsasən paytaxt Bakıya səfər etməsi və paytaxtda əsasən 5 ulduzlu otellərin çox olmasını nəzərə alsaq, bu xərc başadüşüləndir. Qeyd edək ki, turistlərin yerləşmə xərcləri ümumi xərclərin 20,81%-nə bərabər olub.

Cari ilin I rübündə turistlərin qidalanmaya çəkdiyi xərclərin həcmi 108,6 milyon manat olub. Bu da bütün xərclərin 18,08%-ni təşkil edib.

Alış-veriş üçün xərclənən vəsait 61,2 milyon manata və ya ümumi xərclərin 10,19%-nə bərabər olub. 27,8 milyon manat həcmindəki xərclərə isə nəqliyyat vasitələrinin icarəsi, idman, əyləncə və s. daxil olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:259
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 May 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri