Icma.az
close
up
RU
Bloqqerlər və BİZ!

Bloqqerlər və BİZ!

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Mətbuat gününə sözardı...

Onlarla bizi ayırmaq lazımdırmı?- Məncə hə. Fəaliyyət formalarımız fərqlidir, eyni işi görmürük.

Bu günlərdə “özündən deyən” bir bloqqerin jurnalistika və jurnalistlər üzərində təkəbbürünü, aşağılayıcı davranışını, özünü “Bağdadın kor xəlifəsi” hesab etdiyini görəndən sonra bu fikirləri yazmaq qərarına gəldim...

Media adamlarının hamısı son aylarda bəzən açıq, bəzən pıçıltı ilə bunu müzakirə edir: “Niyə son vaxtlar bloqqerlər jurnalistlərdən hörmətli tutulur, hər yerdə ön sıralarda əyləşdirilir, hətta dövlət qurumları da öz işlərinin təbliğində onlarla əməkdaşlığa üstünlük verir???”

Son vaxtlarda belə bir tendensiya müşahidə olunur ki, ənənəvi media yeni mediaya uduzur, sosial şəbəkənin yaratdığı yeni media janrları- vətəndaş jurnalistikası və xüsusilə bloqerlik ənənəvi mətbuatı o dərəcədə sıxışdırıb və kölgədə qoyub ki, az qala biz bundan sonra yeni media janrlarına çata bilməyəcəyik.

Biz həqiqətənmi sosial mediaya uduzuruq?! Əgər ortada uduzmaq, geridə qalmaq adlı bir hal varsa, bu, sosial medianın mahiyyətinə yox, onun tempinə uduzmaqdır. Bütün əlində telefon olanlar vətəndaş jurnalistikası ilə məşğul ola bilər, onların içində daha çox baxış toplayanlar bloqqer adlana bilər və çox uğurlu məzmun təqdim edə bilərlər. Ümumiyytlə müasir dünya informasiyanın yayılmasının müxtəlif platformalarını təqdir və tələb edir, buna normal yanaşmaq lazımdır-çünki həm informasiyanın yayılması alətləri fərqlidir, həm də auyditoriya fərqlidir…..Auditoriyanın bütün kəsimlərinə xitab etmək üçün müxtəlif cinahların imkanlarından istifadə dövrün tələbidir.

Amma Jurnalistika bloqqerliklə eyni şey deyil. Onlar bir-birini əvəz etmir, fərqli funksiyalar daşıyırlar.

Jurnalistin əsas fərqi ondan ibarətdir ki, o:

-faktı yoxlayır, bir neçə mənbədən təsdiqləyir; (gecik, amma səhv xəbər vermə!)

-peşə etikası və hüquqi məsuliyyət daşıyır;

-cəmiyyət qarşısında cavabdehdir;

-məqsədi ilk növbədə ictimai marağa xidmət etməkdir.

Bloqqer isə:

-əsasən şəxsi mövqeyini, təcrübəsini və baxışını paylaşır;

-auditoriyasını özü formalaşdırır;

-fəaliyyəti daha çox şəxsi brend və izləyici maraqları üzərində qurulur;

-peşəkar jurnalistikanın etik standartlarına hər zaman tabe olmaya bilər.

Jurnalist bloqqer ola bilər, amma hər bloqqer jurnalistlik edə bilməz. Əlahəzrət fakta söykənmək, onu dəqiqləşdirmək və onun dəqiqliyinə görə məsuliyyət daşımaq jurnlaistikanın təməl prinsipidir, sosial şəbəkə eyforiyası və hay-küyünün isə fakt vecinə deyil.

"Bloqqerlik dəbə düşəndən ənənəvi jurnalistika ölür" fikri ilə razılaşaqmı? Məncə yox…Kino yarananda teatr öldü deyirdilər, televiziya yananda kino öldü deyirdilər, amma heç birisi ölmədi, sağlam rəqabət onları daha da inkişaf etdirdi və hər birinin təqdim etdiyi məzmuna görə tamaşaçısı var….

Söhbət bundan gedir ki, ənənəvi Jurnalistika ölmür, sadəcə transformasiya olunur. Tarix boyu qəzetdən radioya, radiodan televiziyaya, televiziyadan internetə keçid olub. İndi isə rəqəmsal platformalar və sosial media dövrünü yaşayırıq. Amma cəmiyyətin dəqiq, yoxlanılmış və etibarlı informasiyaya ehtiyacı heç vaxt aradan qalxmır.

Əksinə, saxta xəbərlərin çoxaldığı bir dövrdə peşəkar jurnalistikaya ehtiyac daha da artır.

Bloqqerlərin jurnalistlərə "sizə baxan yoxdur, bizə baxırlar, çünki biz sizdən operativik” yanaşması ədalətli deyil... Ona görə ki, baxış sayı peşəkarlığın yeganə meyarı deyil. Əgər belə olsaydı, ən yaxşı həkim ən çox izləyicisi olan həkim, ən yaxşı müəllim isə ən çox baxılan müəllim olardı.

İzləyici sayı auditoriyanın marağını göstərir, amma etibarlılığı, məsuliyyəti və peşəkarlığı göstərmir.

Peşəkar jurnalist bəzən milyonlarla baxış toplamayan, amma cəmiyyət üçün həyati əhəmiyyət daşıyan araşdırma hazırlayır. O araşdırmanın nəticəsində qanun dəyişə, mühüm faktı üzə çıxa və ya insanların həyatı xilas ola bilər. Bunun dəyərini "like" və "view" ilə ölçmək mümkün deyil.

Məncə, ən sağlam yanaşma budur: "Jurnalistlə bloqqer rəqib deyil. Hər ikisinin öz auditoriyası və öz funksiyası var. Amma jurnalistikanın üstünlüyü peşə standartları, məsuliyyət və ictimai etimaddır. Sosial şəbəkələrdə populyar olmaq peşəkar jurnalist olmağın ekvivalenti deyil."

Ümumiləşdirsək:

"Baxış sayı populyarlığı göstərir, etibar isə peşəkarlığın nəticəsidir. Jurnalistikanı yaşadan da məhz ETİBARDIR."

Bu fikir həm prinsipialdır, həm də bloqqerliyi kiçiltmir və lazımsızlaşdırmır. Axı bu gün məsuliyyətli və faydalı kontent hazırlayan bloqqerlər də var. Ona görə mövqeyi peşəkar standartlar üzərindən qurmaq daha güclü təsir bağışlayır.

Çoxları, hətta bəzi bloqqerlər özləri də bilmir ki:

-Jurnalistika peşədir, bloqqerlik isə fəaliyyət formasıdır. Bunları qarşı-qarşıya qoymaq doğru deyil.

-Bloqqer ilk növbədə öz auditoriyası qarşısında, jurnalist isə həm auditoriyası, həm də cəmiyyət qarşısında məsuliyyət daşıyır.

-Xəbəri hamı paylaşa bilər, amma xəbərə görə hüquqi və etik məsuliyyət daşımaq jurnalistikanın fərqidir.

-Baxış sayı etimadın sinonimi deyil. Bəzən ən vacib xəbər milyon baxış toplamır, amma milyonlarla insanın taleyinə təsir edir.

-Alqoritmlər populyarlığı ölçür, doğruluğu yox, jurnalistika isə həqiqətin arxasınca gedir.

-Bloqer jurnalsitdən daha çox pul qazana bilər, amma etibar qazana bilmir...

Dostlar, insanlar xəbəri ilk dəfə sosial şəbəkədə görə bilərlər. Amma o xəbərin doğru olub-olmadığını öyrənmək üçün yenə etibarlı media orqanına müraciət edirlər, etməlidirlər, media savadlılığı bunu tələb edir. Böhran anlarında, müharibədə, təbii fəlakətdə insanlar sensasiyaya yox, etibarlı mənbəyə üz tuturlar. Bu da peşəkar jurnalistikanın hələ də əvəzolunmaz olduğunu göstərir.

Bu günlərdə birgə iştirak etidyimiz tədbirdə gözəl həmkarım Şəfəq Mehralıyeva Bill Qeytsin 30 il əvvəl dediyi məşhur bir fikri ssələndirdi: “Kontent şahdır (Content is King, 03.01.1996, Bill Gates), kim yaxşı məzmun təqdim edirsə, ona baxırlar.”

Məncə kontent şah ola bilər, amma heç də həmişə fakta əsaslanmır.

Maraqlı bilirsiniz nədir, bloqqerlərin çoxunun paylaşımları 24 saatlıq hekayələrdə önə çıxır, onların çoxu hətta reklam müqaviləsi imzalayanda da məsələn, aylıq filan qədər "story" üçün anlaşırlar. 24 saatdan artıq yaşamaq statusu olmayan dayanıqsız kontentlər hansı məntiqlə daim baxılacaq və arxivdə qalan yazı və ya süjetdən üstün ola bilər? Bu mənə həmişə qəribə gəlir. Yalnız ona görə ki, o "story"yə baxanların sayı televiziya süjetinə, saytdakı reportaja baxanlardan daha çoxdur??? 1 sutkaya qüvvədən düşən paylaşım üçün neçə min manat ödəmək marketinq tələbatını və gözləntilərini qarşılayırmı, dəyər və gəlir yaradırmı? Keçici alqoritm qalıcı faktdan daha üstündürmü? Həqiqətən də bunun rəqəmsallaşma baxımından izahını bilirsinizsə, yazın mən də bilim...

İnsafən, bütün hallarda jurnalistikanının etibarlı mənbə üstünlüyü o demək deyil ki, müasir innovativ və rəqəmsal yayım platformalarından geri qalsınlar. Ənənəvi jurnalistikanın istehsal etdiyi məzmun da sosial şəbəkə vasitəsilə yayılmalı, ən müxtəlif kütlələrə çatmalıdır. Kim bundan istifadə etmirsə, o uduzur….Bloqqerə uduzmur haa, rəqəmsallaşmaının sürətinə və öz ləng tempinə uduzur….

Bir sözlə, hərəsinin öz çörəyi, öz oyun meydançası var, heç kim heç kimə yuxarıdan aşağı baxmamalıdır. Bir gün sosial şəbəkələri idarə edən qüvvələr “küsüb ya da hirslənib”)) serveri bağlayıb açarları da ciblərinə də qoyub hansısa adaya dincəlməyə gedəsi olsalar, dünya yenə də göstərən TV-yə, danışan radioya, yazan qəzetə, milli serverlərdə yerləşən saytlara möhtac qala bilər.

Səadət Məmmədova,
Azərbaycan Mətbuat Şurası sədrinin müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 İyul 2026 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see278

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see268

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see261

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see255

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see249

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see249

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see246

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see241

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see241

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see235

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see234

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see221

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see221

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see218

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see216

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see214

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see213

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see210

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see209

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri