Icma.az
close
up
RU
Yuxularımız və biz

Yuxularımız və biz

Icma.az bildirir, Sia Az portalına istinadən.

“Yuxuların yarısı səsli, yarısı isə səssiz film kimidir, şüuraltına yeriyir, uzun gecələrin şirin röyasına çevrilir”.

Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova deyib. Onun sözlərinə görə, yuxular gün ərzində, ümumiyyətlə keçirdiyimiz stres, travma və gərginliyin yatan zaman şüuraltında ona verilən cavab reaksiyalarıdır, yəni heç bir yuxu gələcəkdən bəhs etmir. Sadəcə bəzən real həyatda həll olunmayan problemlər gecə yatarkən, bütün bədənin rahatlandığı zaman beyin öz işini davam etdirir və yuxuda bir sıra problemləri həll etməyə başlayır.

Psixoloq həmçinin qeyd edib ki, çox vaxt yuxuda görülənləri xatırlamaq çətin olur: “Bu, bəlkə də ortaq problemdir, gecə görülən yuxular səhər oyananda yaddan çıxır. Mütəxəssislər bunun səbəbləri olduğunu bildirirlər. "Yuxular beyin fəaliyyətinin ən güclü zamanında bir hormondan asılı olaraq - noradrenalinin azalması nəticəsində görülür. Bəzən yatıb yuxu görməməyin səbəbi qanda noradrenalinin yüksəlməsidir. Yuxu iki hissədən ibarətdir. Həmin hissələr göz hərəkətlərinə görə adlanır. Yuxu zamanında müəyyən aralıqda gözlər tez-tez qırpılmaya və göz yuvalarına doğru hərəkət etməyə başlayar və bunu REM mərhələsi adlandırırlar. NREM mərhələsində isə göz qapaqlarının hərəkəti baş vermir, həmin mərhələ təxminən 90 dəqiqə ərzində baş verir və sonra REM mərhələsinə girir”.

“Araşdırmalar göstərir ki, gerçək həyatda başvermə ehtimalı az olan vəziyyətlərlə əlaqədar görülən yuxuların sonradan xatırlanması mümkün deyil. Adətən 80 faiz hallarda REM mərhələsində görülən yuxular xatırlanır, 10 faiz hallarda isə NREM mərhələsində görülən yuxular xatırlanır. Hansı mərhələdə oyanmaqdan asılı olaraq yuxuların xatırlanma prosesi daha yüksək olur. Deyirlər ki, ətirlər yuxunu idarə edə bilir. Ona görə də yastığa lavanda və qızılgül yağı damcılatmaq yuxunu xoş və şirin edə bilər”, - deyə psixoloqYeganə Əskərova izah edib.

Afət Tahirqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Yanvar 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

13 İyul 2026 13:30see450

Argentina İsveçrə matçında daha bir qol CANLI YENİLƏNİR

12 İyul 2026 06:32see332

Ramin Nurəhmədov yeni vəzifəyə təyin olundu

12 İyul 2026 11:35see324

Zelenski silah çatdırılmasının sürətindən narazıdır

12 İyul 2026 00:33see308

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

13 İyul 2026 15:43see229

Trabzondan İstanbula uçan təyyarə sərnişinə görə geri qayıtdı

12 İyul 2026 02:54see227

Tramp Ukraynanın uzaqmənzilli zərbələrindən təsirlənib

12 İyul 2026 02:21see207

Aygün Kazımovanın 26 il əvvəl başına gələn hadisə gündəm oldu (Video)

12 İyul 2026 01:03see202

Bakı Qazax yolunda avtobus qəzası: DYP dən açıqlama

12 İyul 2026 11:20see190

Goranboyda azyaşlı ot tayasına od vurdu

12 İyul 2026 04:25see186

Enerji içkiləri ilə bağlı VACİB XƏBƏRDARLIQ!

12 İyul 2026 15:11see181

Vens: “Razılaşmanın əldə olunmaması məğlubiyyət demək deyil”

12 İyul 2026 11:47see179

Tarixdə 1 milyard dollar gəlir gətirən ilk bioqrafik film oldu “MAYKL” REKORD VURDU

13 İyul 2026 03:31see177

“Neftçi” Portuqaliyadan futbolçu gətirir

12 İyul 2026 01:06see177

ABŞ İrana quru əməliyyatı hazırlaya bilər Ekspert

12 İyul 2026 16:52see169

“Barselona” Fermin Lopeslə bağlı şad xəbər aldı

13 İyul 2026 05:14see167

İran üçün böyük plan AKTUAL

12 İyul 2026 11:50see163

Maldiniyə İtaliya Futbol Federasiyasında vəzifə verildi

12 İyul 2026 00:19see162

13 19 iyul tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

13 İyul 2026 00:18see161

SEPAH: Hörmüz boğazı növbəti göstərişədək bağlanıb

12 İyul 2026 03:41see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri