Icma.az
close
up
RU
Biz qayıtmalıydıq və qayıtmışıq

Biz qayıtmalıydıq və qayıtmışıq

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev bu gün təkcə Azərbaycanın deyil, bütün regionun siyasi mənzərəsini formalaşdıran aparıcı liderə çevrilib. Onun hər bir qərarı ölkəmizi daha da yüksəklərə aparır, dövlətçiliyimizi daha da gücləndirir. Mayın 28-də Liderlərin - Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin Laçın Beynəlxalq Hava Limanının açılışında iştirakı, həmçinin Türkiyə-Azərbaycan-Pakistan üçtərəfli Zirvə görüşü Azərbaycanın ərazi bütövlüyünün bərpası və regionda sabitliyin təmin olunması baxımından simvolik əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev mayın 28-də Laçında səfəri çərçivəsində çıxış edib. Çıxışı zamanı ölkə başçısı bir sıra məqamlara toxunub. Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür. Azərbaycan, Türkiyə və Pakistan liderləri tərəfindən verilmiş mesajlarda aydın şəkildə ifadə olunur ki, üç qardaş ölkə birgə layihələr, siyasi həmrəylik və iqtisadi tərəfdaşlıqla yeni bir inteqrasiya mərhələsinə qədəm qoyur. “Biz qayıtmalıydıq və qayıtmışıq”, – deyən dövlət başçısı, azad edilmiş torpaqlarda həyata keçirilən bərpa və quruculuq işlərinə də geniş yer ayırdı. Artıq Laçın, Şuşa, Füzuli, Zəngilan, Qubadlı və digər bölgələrdə həyat canlanır – xəstəxanalar, məktəblər, hava limanları, yollar, tunellər salınır, minlərlə insan doğma yurduna qayıdır. Laçında belə bir yüksək səviyyəli tədbirin keçirilməsinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyatın bərpası və beynəlxalq əməkdaşlığın inkişafı baxımından simvolik əhəmiyyət daşıdığını vurğulayan Prezident İlham Əliyev bəzi məqamları diqqətə çatdıraraq bildirdi ki, “Bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır.Azərbaycan dövləti və xalqı bu ədalətsizliklə, bu işğalla heç vaxt barışmayıb. Biz güc toplayırdıq, beynəlxalq müstəvidə daha güclü mövqelərə sahib olurduq. Beynəlxalq təşkilatlar çərçivəsində öz haqq işimizi aparırdıq. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanımaqla münaqişənin həlli üçün siyasi və hüquqi zəmin yaratmışdır. Biz, eyni zamanda, güclü iqtisadiyyat qurmuşuq və məhz bunun nəticəsində ordu quruculuğuna lazımi həcmdə vəsait ayırmışıq. Güclü siyasi iradə, güclü iqtisadiyyat və güclü ordu faktorları bizi Qələbəyə aparan amillərdir.

28 May Müstəqillik günündə Laçın Beynəlxalq Hava Limanının açılışı, sadəcə, mühüm bir nəqliyyat layihəsi deyil, həm də dövlətimizin gücünün, iradəsinin və strateji baxışının rəmzidir. Çətin dağlıq ərazidə tikilən bu hava limanı – Qayıdışın, İnkişafın və Suverenliyin göylərə yüksələn simvoludur. Laçın səmasında uçan hər bir təyyarə, əslində, bir xalqın qələbəsini, bir liderin imzasını daşıyır. Prezident İlham Əliyev qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən bu tarixi mərasimi təkcə bayram yox, həm də dünyaya ünvanlanan siyasi, mədəni və mənəvi mesaj kimi təqdim etdi. Səhnədə səslənən mahnılar, verilən bəyanatlar bir daha üç ölkənin mədəni yaxınlığını, strateji birliyini nümayiş etdirir.“Bizim gücümüz birliyimizdədir” – bu, Azərbaycanın dostlarına çağırışı, düşmənlərinə isə xəbərdarlığıdır.

Anar Məmmədov,

YAP Gədəbəy rayon təşkilatının əməkdaşı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 İyun 2025 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri