Icma.az
close
up
RU
BMqT: Bu il Mərkəzi Aralıq dənizində həyatını itirən qanunsuz miqrantların sayı 1000 nəfər çatıb

BMqT: Bu il Mərkəzi Aralıq dənizində həyatını itirən qanunsuz miqrantların sayı 1000 nəfər çatıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 13 noyabr, AZƏRTAC

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) bəyan edib ki, bu il Mərkəzi Aralıq dənizini keçməyə cəhd edərkən ölən miqrantların sayı 1000 nəfəri keçib. Təşkilat əlavə edib ki, həyatını itirənlərin sayı hər yeni faciə ilə artmaqda davam edir.

AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, noyabrın 8-də Liviya sahillərində qayığın batması nəticəsində 40-dan çox insanın öldüyü ehtimal olunur. Liviya hakimiyyəti noyabrın 3-də Zuvaradan yola düşən gəminin dalğalı dənizdə batması hadisəsindən sonra Əl-Buri neft yatağı yaxınlığında axtarış-xilasetmə əməliyyatına başlayıb.

BMqT bildirib ki, sağ qalanların sözlərinə görə, qayıqda 49 miqrant və qaçqın, o cümlədən 47 kişi və 2 qadın olub. Yola düşdükdən təxminən altı saat sonra yüksək dalğalar mühərrikin sıradan çıxmasına səbəb olub. Altı gün dənizdə üzəndən sonra yalnız yeddi kişi sağ qalıb, onların dördü Sudandan, ikisi Nigeriyadan və biri Kamerundandır. Digər 42 nəfər itkin düşüb.

Təşkilatın məlumatına görə, onun komandaları sağ qalanlara çatdıqdan sonra onları təcili tibbi yardım, yemək və su ilə təmin ediblər. Açıqlamada deyilir: “Surman və Lampeduza sahillərində digər ölümcül hadisələrdən bir neçə həftə sonra baş verən bu faciəli insident Mərkəzi Aralıq dənizi marşrutu boyunca miqrantların və qaçqınların qarşılaşdığı davamlı təhlükələri vurğulayır”.

BMqT regional əməkdaşlığın gücləndirilməsi, təhlükəsiz və qanuni miqrasiya yollarının genişləndirilməsi və daha çox insan itkisinin qarşısının alınması üçün effektiv axtarış-xilasetmə səyləri çağırışını təkrarlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see199

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see148

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see131

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri