BMT Baş Assambleyası kölə ticarətini insanlığa qarşı cinayət kimi tanıdı...
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
...BMT Baş Assambleyası, Qananın təklif etdiyi, kölə ticarəti zamanı afrikalıların kölələşdirilməsini "bəşəriyyətə qarşı ən ağır cinayət" kimi tanıyan qətnaməni demək olar ki, yekdilliklə dəstəkləyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Rossiyskaya Gazeta” yazır.
Qətnamədə kölə ticarəti üçün üzr istənilməsinin, eləcə də maliyyə kompensasiyasının nəzərdən keçirilməsi tələb olunur - pullar təzminat fonduna bağışlanmalıdır.
Lakin sənəddə konkret kompensasiya məbləği göstərilmir. Qətnaməni 123 ölkə dəstəkləyib, yalnız ABŞ, İsrail və prezidenti Xavyer Miley yəhudi olan və İsraili dəstəkləyən Argentina əleyhinə səs verib.
AB üzv dövlətləri də daxil olmaqla əlli iki ölkə bitərəf qalıb. Birləşmiş Krallıq da daxil olmaqla bir sıra ölkələr müasir qurumların keçmiş səhvlərə görə məsuliyyət daşıya bilməyəcəyini bildiriblər.
BMT Təhlükəsizlik Şurasının qətnamələrindən fərqli olaraq, Baş Assambleyanın qətnamələri beynəlxalq ictimaiyyəti narahat edən məsələləri əks etdirsə də, heç bir hüquqi qüvvəyə malik deyil.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 26 Mart 2026 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















