Icma.az
close
up
RU
BMT Baş katibi: Bəşəriyyətin rifahı dənizlərdə təhlükəsizliyin təmin edilməsindən asılıdır

BMT Baş katibi: Bəşəriyyətin rifahı dənizlərdə təhlükəsizliyin təmin edilməsindən asılıdır

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 may, AZƏRTAC

BMT-nin Baş katibi Antonio Quterreş dünya güclərini beynəlxalq dəniz hüququna riayət etməyə və geosiyasi rəqabəti aradan qaldırmağa çağırıb, həmçinin artan təhdidlərin qlobal ticarəti, dəniz ekosistemlərini və davamlı sülhü təhlükə altına atdığı barədə xəbərdarlıq edib.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, mayın 20-də keçirilən BMT Təhlükəsizlik Şurasının yüksəksəviyyəli müzakirəsində çıxış edən Antonio Quterreş qeyd edib: “Dəniz məkanları həm ənənəvi təhdidlər, həm də yeni təhlükələrlə – pirat hücumları, silahlı soyğunlar, insan alveri, terrorizm, kiberhücumlar və ərazi mübahisələri kimi artan təzyiqlərlə üzləşir, okeanlar və dənizlər ölkələrə aydın SOS siqnalı göndərir”.

Qədim zamanlardan dəniz yollarının xalqlar arasında möhkəm əlaqə vasitəsi olduğunu qeyd edən Baş katib əlavə edib: “Ancaq dəniz məkanları getdikcə daha çox gərginliklə üzləşir, bu sahədə təhlükəsizliyin təmin edilməsi qlobal sülh və təhlükəsizlik baxımından zəruridir”.

Baş katib 2025-ci ilin əvvəlində dənizlərdə pirat hücumlarının kəskin artmasına işarə edərək bildirib ki, Beynəlxalq Dəniz Təşkilatının (IMO) hesabatında bu halların ötən ilin eyni dövrü ilə müqayisədə 47,5 faiz artdığı göstərilir.

O, həmçinin Yəməndəki husi qüvvələrinin Qırmızı dəniz və Ədən körfəzində gəmiçiliyə davam edən hücumlarını, Qara dənizdəki naviqasiya fasilələrini və Qvineya körfəzi, Aralıq dənizi və Atlantik okeanı boyunca narkotik və insan alveri ilə məşğul olan cinayətkar şəbəkələrin artması faktını vurğulayıb. “Biz birlikdə bu cinayətlərə və dəniz təhlükəsizliyini təhdid edən və okean mühitimizi pisləşdirən digər fəaliyyətlərə qarşı mübarizə aparmalıyıq. Bəşəriyyətin rifahı naminə çox iş görməliyik. Birləşmiş Millətlər Təşkilatı sistemi gələcək nəsillər üçün dinc, təhlükəsiz və firavan dəniz məkanlarını təmin etmək məqsədilə üzv dövlətləri dəstəkləməyə hazırdır”, -deyə Antonio Quterreş bildirib.

İclasda Yunanıstan Gəmi Sahibləri Birliyinin prezidenti Melina Travlos BMT TŞ üzvlərinə ciddi xəbərdarlıq edib: qlobal gəmiçilik sistemi dayanarsa, dünya iqtisadiyyatı cəmi 90 gün ərzində çökəcək. O, beynəlxalq ticarətin 90 faizinin və hər il 12 milyard tondan çox yükdaşımaların dəniz nəqliyyatı vasitəsilə həyata keçirildiyi faktını qeyd edərək bildirib ki, gəmiçilik qlobal rifahın etibarlı keşikçisidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri