Icma.az
close
up
RU
BMT Baş katibindən islahatlar mesajı...

BMT Baş katibindən islahatlar mesajı...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Antonio Quterreş: Sülh, inkişaf və humanitar yardımla bağlı təkmilləşdirməyə ehtiyac var

Birləşmiş Millətlər Təşkilatının (BMT) strukturlarında islahatların aparılması məsələsi uzun müddətdir ki, dünya ölkələrinin gündəmindədir. Xüsusilə, beynəlxalq müstəvidə mövcud qlobal problemlər  BMT Təhlükəsizlik Şurasında yeniliklərin edilməsini ciddi zərurətə çevirib. Bu zərurəti BMT-nin Baş katibi Antonio Quterreş də etiraf edib. Baş katib rəhbərlik etdiyi təşkilatın modernləşdirilməsinə davam edən təkanların bir hissəsi olaraq, BMT-nin effektiv, qənaətcil və xidmət etdiyi insanlara cavabdeh olmasını təmin etmək məqsədilə islahatlara üstünlük verdiyini deyib.

“İslahatlar təkcə daxili proseslərlə bağlı deyil”

BMT-nin Nyu-Yorkdakı baş qərargahında jurnalistlərə məlumat verən A.Quterreş vurğulayıb ki, islahatlar təkcə daxili proseslərlə bağlı deyil, həm də sülh, inkişaf və humanitar yardımda nəzərəçarpacaq təkmilləşdirməyə nail olmaq məqsədi daşıyır. Bütün bunlar dövlət vəsaitlərinin ağıllı və şəffaf şəkildə istifadəsini təmin edir. O əlavə edib: “Bu səylər özlüyündə son deyil. Onlar həyatları bizdən asılı olan insanlara daha yaxşı xidmət etmək haqqındadır. Söhbət bütün dünyada zəhmətkeş vergi ödəyicilərindən gedir”.

BMT-nin bu il 80 illiyi tamam olur və “UN80” təşəbbüsü təşkilatın strukturlarını, prioritetlərini və XXI əsr üçün əməliyyatlarını yeniləməyi hədəfləyən Gələcək Paktı və “BMT 2.0” proqramı daxil olmaqla davamlı səylərə əsaslanır. A.Quterreş bununla bağlı deyib: “Birləşmiş Millətlər Təşkilatı kimi mürəkkəb və mühüm təşkilati sistemin məqsədlərinə səmərəli şəkildə nail olmaq üçün fəaliyyətimizin məqsədəuyğunluğunu qiymətləndirmək baxımından ciddi və müntəzəm yoxlama aparılması vacibdir. BMT-nin 80 illik yubileyində daha təcili tədbirlərə və ambisiyaya ehtiyac olduğunu dərk edərək, bütün səylərimizi genişləndirmək lazımdır”. BMT rəhbəri bildirib ki, “UN80” təşəbbüsü çərçivəsində Baş katibin müavini Qay Rayderin rəhbərlik etdiyi xüsusi işçi qrup üç əsas istiqamət üzrə təkliflər hazırlayacaq. Bunlara səmərəliliyin və təkmilləşdirmənin müəyyən edilməsi, üzv dövlətlərin mandatlarının icrasının nəzərdən keçirilməsi və daha dərin struktur dəyişiklikləri, proqramın yenidən qurulmasının strateji cəhətdən nəzərdən keçirilməsi daxildir. “Birləşmiş Millətlər Təşkilatındakı büdcələr sadəcə balansda olan rəqəmlər deyil, onlar bütün dünyada milyonlarla insanın ölüm-dirim məsələsidir”, -deyə Quterreş vurğulayıb.

Baş katib, həmçinin Baş Assambleya sədrinin rəhbərliyi altında əldə edilmiş irəliləyişlə bağlı bütün üzv dövlətlərlə yaxından və müntəzəm olaraq məsləhətləşmələr apararaq irəliyə doğru istiqamət götürmək və konkret təkliflər təqdim etməyi öhdəsinə götürüb. O əlavə edib: “Mənim məqsədim səlahiyyətlərimə aid olan sahələrdə mümkün qədər tez hərəkət etmək və üzv dövlətləri özlərindən asılı olan bir çox qərarları nəzərdən keçirməyə çağırmaqdır. Hazırda BMT-nin fəaliyyətinə ehtiyac böyükdür və məqsəd aydındır: insanlara xidmət edən və XXI əsrə uyğunlaşdırılmış daha güclü və daha effektiv Birləşmiş Millətlər Təşkilatı formalaşdırmaq”.

Beynəlxalq güclərin inhisarında olan təşkilat

BMT Təhlükəsizlik Şurası 1945-ci ildə yaradılıb. Quruma beş daimi üzv - ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və 10 qeyri-daimi üzv daxildir. Ümumiyyətlə, BMT daxilində islahatlardan və təşkilatın beynəlxalq hadisələrə, proseslərə effektiv təsir mexanizmlərinin yaradılmasından bəhs olunarkən bir sıra məqamlara nəzər salmaq lazımdır. Bunlar, ilk növbədə, BMT Nizamnaməsində və Təhlükəsizlik Şurasının strukturunda dəyişikliklərin edilməsidir. Qeyd etdiyimiz kimi, ötən dövr ərzində dünyada  baş verən hadisələr BMT-də islahatların zəruri olduğunu bir daha  təsdiqləyir. Çünki təşkilat faktiki olaraq hegemon güc mərkəzlərinin geosiyasi inhisarındadır. Xüsusilə də, Təhlükəsizlik Şurasında yer alan daimi üzvlər istədikləri vaxt hansısa qərara veto qoya bilirlər. Onlar veto hüququndan istifadə edərək subyektiv şəkildə öz maraqlarına uyğun olmayan məsələlərin qəbulunu əngəlləyirlər. Burada beynəlxalq hüququn subyekti, BMT-nin üzvü olan digər müstəqil dövlətlərin  rəyləri, mövqeləri, demək olar ki, nəzərə alınmır. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasında hərbi-siyasi və strateji-təhlükəsizlik məsələləri ilə əlaqədar qərar qəbul edərkən ikili standartlara yol verilir. Bu barədə kifayət qədər nümunə var. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal icra edilməsi, sülhə məcburetmə mexanizmlərinin tətbiqi ilə əlaqədar Bosniya və Herseqovina, Yuqoslaviya, Liviya və digər presedentlər mövcuddur.

“Dünya beşdən böyükdür” çağırışına Azərbaycandan dəstək

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında islahatların aparılması təklifi ilə ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. BMT Baş Assambleyasının tribunasından “Dünya beşdən böyükdür!”, - deyən Ərdoğan bu yöndə təşəbbüslərini müxtəlif platformalarda da səsləndirib. Türkiyə Prezidentinin fikrincə, BMT Təhlükəsizlik Şurasının inklüziv islahatı təcili ehtiyacdır. “Beş ölkə arasında bəşəriyyətin taleyini tələyə salan hazırkı nizam davamlı deyil”, - deyə Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Nəzərə almaq lazımdır ki, üzv ölkələrin iştirakçılığı və beynəlxalq hüququn təmin olunması ilə dünyada sülh və iqtisadi rifah naminə əməkdaşlıq BMT-nin əsas missiyalarından biridir və məhz sadalanan meyarlar qlobal səviyyədə  uzunmüddətli təhlükəsizliyin əsasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin yenidən işlənməsini təklif edib. İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvü olan ölkələrin də bu qurumda daimi təmsilçiliyinin vacibliyini vurğulayıb.

Artıq dünyanın bir çox dövlətləri BMT-də islahatların aparılmasının zəruriliyini açıq şəkildə vurğulayırlar. Çünki BMT-nin dünyada nüfuzunu qorumaq naminə islahatların alternativi yoxdur.

Nardar BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Mart 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see210

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see202

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see192

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see173

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see161

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see142

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see139

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see137

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see137

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see136

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see134

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see133

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see133

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see133

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see128

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see127

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see125

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see124

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see123

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri