Icma.az
close
up
RU
Türkiyə və Pakistan liderlərinin paradda iştirakı regionda baş verən proseslər fonunda dərin geosiyasi məna daşıyır ŞƏRH

Türkiyə və Pakistan liderlərinin paradda iştirakı regionda baş verən proseslər fonunda dərin geosiyasi məna daşıyır ŞƏRH

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 10 noyabr, AZƏRTAC

Zəfər Günü münasibətilə keçirilən hərbi parad Azərbaycanın son illərdə regionda formalaşdırdığı yeni siyasi və təhlükəsizlik mühitinin nümayişi kimi qiymətləndirilə bilər. Bu parad, şübhəsiz ki, təkcə hərbi potensialın deyil, həm də ölkənin diplomatik nüfuzunun, müttəfiqlik əlaqələrinin və strateji tərəfdaşlıq modelinin siyasi simvolu kimi tarixdə qalacaq.

AZƏRTAC xəbər verir ki, bunu Əməkdar jurnalist Anar Yusifoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə və Pakistan liderlərinin Bakıya səfəri, paradda Azərbaycan Prezidenti ilə birgə iştirak etmələri, regionda baş verən proseslər fonunda dərin geosiyasi məna daşıyır: “Hər üç dövlətin eyni mərasimdə bir araya gəlməsi, beynəlxalq münasibətlərdə yeni bir təhlükəsizlik və əməkdaşlıq formatının möhkəmlənməkdə olduğunu göstərir. Bu, həm siyasi koordinasiya, həm də ideoloji yaxınlıq baxımından, Cənubi Qafqazda və daha geniş mənada Avrasiya məkanında yeni tarazlığın formalaşdığını ifadə edir.

Azərbaycan Prezidentinin vurğuladığı kimi, Azərbaycan öz gücü və iradəsi hesabına ərazi bütövlüyünü təmin edib və bundan sonra da regionda sülhün və sabitliyin təminatçısı rolunu davam etdirəcək. Bu bəyanat həm də postmünaqişə dövründə dövlətin prioritetlərini müəyyənləşdirən strateji istiqamətlərin konturlarını nümayiş etdirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı iki mühüm tezis üzərində qurulmuşdu: Bunlardan birincisi, Qarabağ uğrunda mübarizənin bütün türk dünyası üçün ortaq dəyər olması, ikincisi isə Ankara ilə Bakının müttəfiqliyinin artıq regional çərçivədən çıxaraq beynəlxalq təhlükəsizlik sisteminin mühüm komponentinə çevrilməsidir. Bu, “bir millət, iki dövlət” prinsipinin praktik xarakter daşıdığını və qarşılıqlı hərbi-siyasi inteqrasiyanın dərinləşdiyini göstərir.

Pakistan liderinin iştirakı isə bu formatın daha geniş coğrafiyaya açılmasına işarədir. Pakistanın həm Cənubi Asiyada, həm də İslam dünyasında nüfuz sahibi olması, onun Azərbaycanla eyni platformada dayanmasını geosiyasi baxımdan əhəmiyyətli edir. Bu, Azərbaycanın beynəlxalq müstəvidə çoxvektorlu siyasət yürütmək imkanlarını artırır, Qlobal Cənubun siyasi mövqeləri ilə Qafqaz regionu arasında strateji körpü yaradır”.

Bildirib ki, hərbi paradın özü həm də Azərbaycan Ordusunun son illərdə keçdiyi struktur islahatlarının, müdafiə sənayesinin inkişafının və texnoloji modernləşmənin nəticələrini əyani şəkildə göstərdi. Bu, həm hərbi güc nümayişi idi, həm də regional təhlükəsizlik sistemində yeni reallıqların təsdiqi. Türkiyə ilə ortaq təlimlər, istehsal sahəsində əməkdaşlıq və strateji əlaqələr Azərbaycanın müdafiə qabiliyyətini keyfiyyətcə yeni mərhələyə yüksəldir.

“Zəfər Günü paradı həm simvolik, həm də praktiki baxımdan yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Simvolik tərəfi ondan ibarətdir ki, bu tədbir müstəqil dövlətçilik ideyasının, milli iradənin və suveren qərarvermə prinsipinin təsdiqidir. Praktiki tərəfi isə ondan ibarətdir ki, bu hadisə regionda yeni diplomatik münasibətlər modelinin formalaşmasına təkan verir. Azərbaycan artıq yalnız regional aktor deyil, həm də müxtəlif güc mərkəzləri arasında əlaqələndirici, balans yaradan bir dövlət kimi çıxış edir.

Zəfər paradı göstərdi ki, Azərbaycan yeni qələbələr qazanmağa, Zəfəri qorumaq, inkişaf etdirməyə qadirdir, qüdrətlidir. Biz təkcə silahla yox, ədalətlə də güclüyük!”, - deyə Əməkdar jurnalist vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Noyabr 2025 01:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri