BMT: Bir milyon suriyalı geri qayıda bilər
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Prezident Bəşər Əsədin hakimiyyətinin süqutundan sonra 2025-ci ilin birinci yarısında Suriyaya təxminən bir milyon insanın qayıdacağı gözlənilir.
Bakıvaxtı.az "Milliyet"ə istinadən xəbər verir ki, bu, Birləşmiş Millətlər Təşkilatının prezident Bəşər Əsəd hökumətinin devrilməsindən sonra suriyalıların geri qayıtması ilə bağlı yaydığı bəyanatda yer alıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Rema Jamous Imseis Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib ki, gələn ilin yanvar-iyun ayları arasında təxminən bir milyon suriyalı öz vətənlərinə dönə bilərlər.
"Bizim Suriyaya həyati əhəmiyyətli humanitar yardım dəstəyini artırmaq üçün əsasımız var", -deyə İmseis qeyd edib.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 17 Dekabr 2024 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















