Icma.az
close
up
RU
BMT çərçivəsində mühüm konvensiya qəbul ediləcək

BMT çərçivəsində mühüm konvensiya qəbul ediləcək

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

2024-cü il noyabrın 25-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Hüquq məsələləri üzrə Komitəsinin (Altıncı Komitə) təşəbbüsü əsasında Assambleya 79-cu sessiya çərçivəsində 99 dövlətin konsensusu əsasında tarixi qətnamə qəbul edərək, 2027-2028 illərdə “İnsanlıq əlehinə cinayətlərin qarşısının alınması və onların cəzalandırılması haqqında” Beynəlxalq Konvensiya layihəsi ilə bağlı bütün zəruri hazırlıq işlərinin tamamlanmasını və yeni universal müqavilənin qəbul edilməsini qərara aldı. 

Məlum olduğu kimi, insanlıq əlehinə cinayətlərə həsr edilən ayrıca beynəlxalq müqavilənin olmaması, beynəlxalq cinayətlər kateqoriyasına daxil olan bu əməllərlə bağlı beynəlxalq hüquqda ciddi boşluq yaratmışdır. Əğər soyqırım beynəlxalq hüquq əlehinə cinayət kimi 1948-ci il dekabrın 9-da qəbul edilən Konvensiyada təsbit edilmişdirsə və öz növbəsində, müharibə cinayətləri 12 avqust 1949-cu il tarixli dörd Cenevrə konvensiyaları və onların 1977-ci il 8 iyunda qəbul edilən I və II saylı Əlavə Protokollarına uyğun olaraq beynəlxalq humanitar hüququn ciddi pozuntuları qismində beynəlxalq cinayətlər kimi tövsif edilirsə, insanlıq əlehinə cinayətlərlə bağlı qlobal hüquqi aktın olmaması bu əməllərlə mübarizədə qeyrı-müəyyən vəziyyət yaradır. Mövcud hüquqi durumu nəzərə alraq, BMT-nin Beynəlxalq hüquq komissiyası 2013-cü ildə özünün 65-ci sessiyasında “İnsanlıq əlehinə cinayətlər” mövzusunu  uzunmüddətli işlər proqramına daxil etdi. Komissiyanın qənaətinə görə, insanlıq əlehinə cinayətlərin qarşısının alınması, bu əməlləri törədən şəxslərin cəzalandırılması və həmin beynəlxalq cinayətlərlə mübarizədə dövlətlərarası əməkdaşlığın həyata keçirilməsi məsələlərini tənzimləyən qlobal konvensiyanın olmaması ümumiyyətlə müasir beynəlxalq hüquq sistemində və xüsusi olaraq beynəlxalq cinayət hüququ, beynəlxalq humanitar hüquq və insan hüquqlarının beynəlxalq hüququ sahələrində çatışmayan əhəmiyyətli elementdir. BMT-nin Beynəlxalq hüquq komissiyasındakı müzakirələr zamanı qeyd olunduğu kimi, soyqırım və müharibə cinayətlərinə aid öhdəliklərdən fərqli olaraq insanlıq əlehinə cinayətlərə dair konkret və adekvat beynəlxalq standartların olmaması bu cinayətlərlə bağlı cinayət təqibinin səmərələliyinə və operativliyinə ciddi neqativ təsir göstərir.

İkinci dünya müharibəsindən sonra insanlıq əlehinə cinayətlərin hüquqi cəhətdən irimiqyaslı kodifikasıyası 1998-ci ilin iyun-iyul aylarında Romada keçirilən diplomatik konfransda qəbul olunan və 1 iyul 2002-ci ildə qüvvəyə minən Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsində həyata keçirilsə də, nəzərə almaq lazımdır ki, bir sıra dövlətlər (Azərbaycan Respublikası, Türkiyə,  ABŞ, Çin, İsrail, Rusiya Federasiyası, Hindistan və s.) bu məhkəmə orqanının iştirakçısı deyildir və qeyd edilən cinayətlərin milli qanunvericilikdə təsbit edilməsi onların hüquqi öhdəliklərinə daxil deyildir. Ancaq buna baxmayaraq,  Azərbaycan Respublikasının Cinayət Məcəllləsi insanlıq əlehinə cinayətlərın geniş kodifikasıyasını həyata keçirmişdir.

Beynəlxalq cinayətlərin təqibində ciddi hüquqi boşluğun aradan qaldırılması üçün yeni konvensiyanın qəbulu və həmin hüquqi aktdan irəli gələn öhdəliklərin implementasiyası insanlıq əlehinə cinayətlərlə mübarizə üçün başlıca şərtdir.

Hazırda BMT-nin Beynəlxalq hüquq komissiyası özünün 71-ci sessiyasında insanlıq əlehinə cinayətlərə dair maddələr layihəsini ikinci oxunuşda qəbul edərək, yeni konvensiya üçün zəruri hüquqi baza yaratmışdır və belə bir sənəd beynəlxalq miqyasda bütövlükdə bəşəriyyətə qarşı törədilən bu əməllərlə mübarizə mexanizmini əsaslı şəkildə təkmilləşdirəcək.

Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Yanvar 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri