Icma.az
close
up
RU
BMT çərçivəsində yeni Beynəlxalq konvensiya qəbul ediləcək Deputatın yazısı AzPolitika onlayn siyasiictimai qəzet

BMT çərçivəsində yeni Beynəlxalq konvensiya qəbul ediləcək Deputatın yazısı AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Nizami Səfərov,

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

2024-cü il noyabrın 25-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Hüquq məsələləri üzrə Komitəsinin (Altıncı Komitə) təşəbbüsü əsasında Assambleya 79-cu sessiya çərçivəsində 99 dövlətin konsensusu əsasında tarixi qətnamə qəbul edərək, 2027-2028 illərdə “İnsanlıq əlehinə cinayətlərin qarşısının alınması və onların cəzalandırılması haqqında” Beynəlxalq Konvensiya layihəsi ilə bağlı bütün zəruri hazırlıq işlərinin tamamlanmasını və yeni universal müqavilənin qəbul edilməsini qərara aldı.

Məlum olduğu kimi, insanlıq əlehinə cinayətlərə həsr edilən ayrıca beynəlxalq müqavilənin olmaması, beynəlxalq cinayətlər kateqoriyasına daxil olan bu əməllərlə bağlı beynəlxalq hüquqda ciddi boşluq yaratmışdır. Əğər soyqırım beynəlxalq hüquq əlehinə cinayət kimi 1948-ci il dekabrın 9-da qəbul edilən Konvensiyada təsbit edilmişdirsə, və öz növbəsində, müharibə cinayətləri 12 avqust 1949-cu il tarixli dörd Cenevrə konvensiyaları və onların 1977-ci il 8 iyunda qəbul edilən I və II saylı Əlavə Protokollarına uyğun olaraq beynəlxalq humanitar hüququn ciddi pozuntuları qismində beynəlxalq cinayətlər kimi tövsif edilirsə, insanlıq əlehinə cinayətlərlə bağlı qlobal hüquqi aktın olmaması bu əməllərlə mübarizədə qeyrı-müəyyən vəziyyət yaradır. 

Mövcud hüquqi durumu nəzərə alraq, BMT-nin Beynəlxalq hüquq komissiyası 2013-cü ildə özünün 65-ci sessiyasında “İnsanlıq əlehinə cinayətlər” mövzusunu uzunmüddətli işlər proqramına daxil etdi. Komissiyanın qənaətinə görə, insanlıq əlehinə cinayətlərin qarşısının alınması, bu əməlləri törədən şəxslərin cəzalandırılması və həmin beynəlxalq cinayətlərlə mübarizədə dövlətlərarası əməkdaşlığın həyata keçirilməsi məsələlərini tənzimləyən qlobal konvensiyanın olmaması ümumiyyətlə müasir beynəlxalq hüquq sistemində, və xüsusi olaraq beynəlxalq cinayət hüququ, beynəlxalq humanitar hüquq və insan hüquqlarının beynəlxalq hüququ sahələrində çatışmayan əhəmiyyətli elementdir. BMT-nin Beynəlxalq hüquq komissiyasındakı müzakirələr zamanı qeyd olunduğu kimi, soyqırım və müharibə cinayətlərinə aid öhdəliklərdən fərqli olaraq insanlıq əlehinə cinayətlərə dair konkret və adekvat beynəlxalq standartların olmaması bu cinayətlərlə bağlı cinayət təqibinin səmərələliyinə və operativliyinə ciddi neqativ təsir göstərir.

İkinci dünya müharibəsindən sonra insanlıq əlehinə cinayətlərin hüquqi cəhətdən irimiqyaslı kodifikasıyası 1998-ci ilin iyun-iyul aylarında Romada keçirilən diplomatik konfransda qəbul olunan və 1 iyul 2002-ci ildə qüvvəyə minən Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsində həyata keçirılsə də, nəzərə almaq lazımdır ki, bir sıra dövlətlər (Azərbaycan Respublikası, Türkiyə, ABŞ, Cin, İsrail, Rusiya Federasiyası, Hindistan və s.) bu məhkəmə orqanının iştirakçısı deyildir və qeyd edilən cinayətlərin milli qanunvericilikdə təsbit edilməsi onların hüquqi öhdəliklərinə daxil deyildir. Ancaq buna baxmayaraq, Azərbaycan Respublikasının Cinayət Məcəllləsi insanlıq əlehinə cinayətlərın geniş kodifikasıyasını həyata keçirmişdir.

Beynəlxalq cinayətlərin təqibində ciddi hüquqi boşluğun aradan qaldırılması uçun yeni konvensiyanın qəbulu və həmin hüquqi aktdan irəli gələn öhdəliklərin implementasiyası insanlıq əlehinə cinayətlərlə mübarizə üçün başlıca şərtdir.

Hazırda BMT-nin Beynəlxalq hüquq komissiyası özünün 71-ci sessiyasında insanlıq əlehinə cinayətlərə dair maddələr layihəsini ikinci oxunuşda qəbul edərək, yeni konvensiya üçün zəruri hüquqi baza yaratmışdır və belə bir sənəd beynəlxalq miqyasda bütövlükdə bəşəriyyətə qarşı törədilən bu əməllərlə mübarizə mexanizmini əsaslı şəkildə təkmilləşdirəcək. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Yanvar 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri