Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

BMT çərçivəsində Ümumdünya Dinlərarası Harmoniya Həftəsi keçirilir

BMT çərçivəsində Ümumdünya Dinlərarası Harmoniya Həftəsi keçirilir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 2 fevral, AZƏRTAC

Ümumdünya Dinlərarası Harmoniya Həftəsi hər il fevralın ilk həftəsində qeyd olunur. 2021-ci ildən etibarən bu tarixə Beynəlxalq İnsan Qardaşlığı Günü də daxildir.

AZƏRTAC xəbər verir ki, BMT Baş Assambleyası özünün 65/5 saylı qətnaməsində hər il fevralın ilk həftəsini bütün dinləri, etiqadları və inancları birləşdirən Ümumdünya Dinlərarası Harmoniya Həftəsi elan edib. O, həmçinin bütün dövlətləri dini ənənələrindən və ya inancından asılı olmayaraq, Uca Yaradana və qonşuya sevgiyə, yaxşılığa, hörmət əsasında kilsələrdə, məscidlərdə, sinaqoqlarda, məbədlərdə və digər ibadət evlərində dinlərarası harmoniyanın və xoşməramlılığın yayılmasını könüllü olaraq dəstəkləməyə çağırıb. Bu il fevralın 11-də keçirilməsi planlaşdırılan 11-ci illik Cenevrə Dinlərarası Dialoqu səfirləri, dünyanın əsas dinlərinin yüksəksəviyyəli nümayəndələrini və beynəlxalq ictimaiyyəti din, siyasət və diplomatiya arasındakı əlaqələri müzakirə etmək üçün bir araya gətirəcək. Tədbirin məqsədi sosial inkişafın və sülhün möhkəmləndirilməsində dinlərarası dialoqun rolunu vurğulamaqdır.

Həftənin başlanması ilə bağlı BMT-nin yaydığı məlumatda qeyd olunur ki, müasir dünyada ölkələr getdikcə daha çox bir-biri ilə əlaqəli olsa da, bu, insanların və cəmiyyətlərin həqiqətən birlikdə yaşadığı anlamına gəlmir. Bu parçalanma milyonlarla yoxsul insanın, qadınların, gənclərin, miqrantların və imkansız azlıqların üzləşdiyi təcriddə özünü göstərir. Bu gün bəşəriyyət əvvəlkindən daha çox məlumata, texnologiyaya və biliyə malikdir, lakin hələ də münaqişələrin qarşısını almaq, yoxsulluğu aradan qaldırmaq və təhlükəsiz bir dünyada ahəngdar yaşamağı öyrənmək üçün insanları bir araya gətirmək üzrə müdrikliyə malik deyil.

“Biz qəbul etməliyik ki, hazırda hökm sürən qeyri-sabitlik və qloballaşma şəraitində sülh məfhumu yalnız müharibənin olmaması demək deyil. Sülh həm də fərqlərə - cins, irq, dil, din və ya mədəniyyətlər müxtəlifliyinə rəğmən birlikdə yaşamaq, habelə bu birgəyaşayışın əsaslandığı universal ədaləti və insan hüquqlarına hörməti təşviq etmək deməkdir. Buna görə də, sülh adi bir məfhum kimi qəbul edilməməlidir. Bu, davamlı prosesdir, daimi təkmilləşmə, sayıqlıq və hamının fəal iştirakını tələb edən uzunmüddətli bir məqsəddir. Eyni zamanda, bu, hər bir konkret vəziyyətdə edilən bir seçimdir; nə qədər yaxın və ya uzaqda yaşamalarından asılı olmayaraq, başqaları ilə, özgə icmalarla həqiqi dialoq aparmaq üzrə gündəlik qərardır”, -deyə BMT-nin məlumatında vurğulanır.

Qlobal təşkilat hesab edir ki, UNESCO-nun Mədəni Müxtəliflik haqqında Ümumdünya Bəyannaməsinin prinsiplərinə uyğun olaraq, bu gün dialoq, zorakılığı aradan qaldırmaq və mədəniyyətlərin qorunmasını gücləndirən dəyərləri, davranışları və münasibətləri gücləndirmək, onları təşviq etmək daha çox vacibdir. Bəyannamədə deyilir: “Getdikcə müxtəlifləşən cəmiyyətimizdə plüralizmi, müxtəlif və dinamik mədəni kimliklərə malik fərdlər və icmalar arasında ahəngdar qarşılıqlı əlaqəni və birgəyaşayış arzusunu təmin etməliyik. Bütün vətəndaşların bu prosesə daxil olmasını və iştirakını təşviq edən siyasətlər sosial birlik, vətəndaş cəmiyyətinin canlılığı və sülh üçün açardır. Bu mənada plüralizm mədəni müxtəlifliyin reallıqlarına siyasi cavabı təmsil edir. Demokratiya ilə ayrılmaz şəkildə bağlı olan mədəni plüralizm, cəmiyyətin canlılığını qidalandıran mədəni mübadilələr və yaradıcılığın çiçəklənməsi üçün əlverişli mühit yaradır” (Maddə 2. “Mədəni müxtəliflikdən mədəni plüralizmə").

BMT-nin məlumatında daha sonra vurğulanır: “Müasir cəmiyyət getdikcə artan çətinlik və təhdidlərlə, o cümlədən bərabərsizlik, təcrid, zorakılıq və məzhəbçilik halları ilə üzləşir. Çoxalan qlobal problemlər sosial birliyi sarsıdan yerli gərginlik və münaqişələrlə daha da ağırlaşır. Bu kontekstdə birlikdə yaşamağı öyrənmək xüsusi əhəmiyyət kəsb edir. Təhsil və həyat təcrübəsi insanlara mürəkkəb və müxtəlif cəmiyyətlərdə uğurlu həyat üçün zəruri olan mədəniyyətlərarası bacarıqları əldə etməyə kömək edir. Bu bacarıqlar onlara yalnız müxtəlifliyi qiymətləndirməyə deyil, həm də münaqişələri plüralizm və qarşılıqlı anlaşma dəyərlərinə uyğun olaraq həll etməyə imkan verir”.

Azərbaycan dünya səviyyəsində dinlərarası dialoqun təşviqində mühüm rol oynayır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dinlərarası hörmət və etimad, etiqad azadlığının təmin edilməsi siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, ölkəmizdə tolerant dəyərlər ciddi mühafizə olunur. Azərbaycanda bütün dini inanclara hörmətlə yanaşılır, bu məsələdə heç bir ayrı-seçkiliyə yol verilmir. Ölkə əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, burada xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Eyni zamanda, ölkə ərazisində mövcud olan İslam dini abidələri ilə yanaşı, digər dinlərə aid ibadət ocaqları maddi-mənəvi irs kimi qorunub-saxlanılır. Hazırda Azərbaycanda 33 qeyri-müsəlman dini icması fəaliyyət göstərir ki, bu da çox böyük göstəricidir. Bununla yanaşı, ölkəmiz dinlər və mədəniyyətlər arasında dialoqun təmin edilməsi üzrə mötəbər beynəlxalq forumlara ev sahibliyi edir, dünyanın müxtəlif dinlərə mənsub olan xadimlərini bir araya gətirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Fevral 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri