BMT də Bakı Təhlükəsizlik Forumu yüksək qiymətləndirilib
Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyasında terrorizm və insan hüquqları mövzusunda çıxış edib.
Newscenter.az-ın məlumatına görə, "Report"un ABŞ bürosu xəbər verir ki, Azərbaycan nümayəndəsi vurğulayıb ki, terrorizm beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir.
Onun sözlərinə görə, bütün antiterror tədbirləri beynəlxalq hüquq, o cümlədən insan hüquqları və humanitar hüquq normalarına uyğun həyata keçirilməlidir.
Nümayəndə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi və bacarıqların inkişafının vacibliyini qeyd edib, həmçinin terrorla mübarizə strategiyalarının effektiv və beynəlxalq humanitar hüquqa uyğun olmasının əhəmiyyətini vurğulayıb.
Diplomat qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə keçirilən üçüncü Bakı Təhlükəsizlik Forumunda 80-dən çox ölkənin, o cümlədən Ermənistanın kəşfiyyat və təhlükəsizlik qurumları iştirak edib. Forumda terrorizm, kibertəhlükələr və humanitar böhranların qarşısının alınması kimi qlobal çağırışlar müzakirə olunub. Forum regional əməkdaşlıq və təhlükəsizlik dialoqunun gücləndirilməsində önəmli platforma kimi dəyərləndirilib.
Çıxışçı qeyd edib ki, davamlı dialoq, şəffaflıq və dövlətlərarası əməkdaşlıq qlobal çağırışların effektiv həllində əsasdır. Bakı Təhlükəsizlik Forumu kimi təşəbbüslər vasitəsilə Azərbaycan beynəlxalq əməkdaşlığı gücləndirməyə və təhlükəsiz dünya üçün ortaq məqsədlərə xidmətə davam edəcək.
Bu mövzuda digər xəbərlər:IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24 Sentyabr 2026 09:43
III Bakı Təhlükəsizlik Forumu keçirilib VİDEO
22 Sentyabr 2025 18:16
Bakı Təhlükəsizlik Forumu: Qlobal sabitliyə töhfəmiz
23 Sentyabr 2025 09:43
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb
22 Sentyabr 2026 14:02
Yeni təhlükəsizlik arxitekturası: Bakı Təhlükəsizlik Forumu və Azərbaycanın rolu Şərh
22 Sentyabr 2025 19:51
Baxış sayı:113
Bu xəbər 11 Mart 2026 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















