Icma.az
close
up
RU
Bakı Təhlükəsizlik Forumu: Qlobal sabitliyə töhfəmiz

Bakı Təhlükəsizlik Forumu: Qlobal sabitliyə töhfəmiz

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müasir dövrdə beynəlxalq təhlükəsizlik mühitində yaranan təhdidlər və çağırışlar getdikcə daha mürəkkəb xarakter alır. Dünyanın müxtəlif bölgələrində baş verən silahlı münaqişələr, terror hücumları, eləcə də texnogen fəlakətlər təkcə bir ölkəni deyil, bütövlükdə regionları təhdid edir, hətta qlobal miqyasda sabitliyin pozulmasına səbəb olur. Belə şəraitdə dövlətlərin və beynəlxalq təşkilatların qarşılıqlı əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq həm humanitar böhranların dərinləşməsinin qarşısının alınması, həm də insanların təhlükəsiz həyat şəraitinin təmin olunması baxımından zərurətə çevrilib.

Qlobal miqyasda baş verən hadisələr göstərir ki, ayrı-ayrı ölkələrin təkbaşına atdığı addımlar çox vaxt yetərli olmur, ona görə də birgə koordinasiya, təcrübə mübadiləsi və qurumlararası əməkdaşlıq mütləqdir. Bu baxımdan Bakıda keçirilən “Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal xarakterli texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti” mövzusunda beynəlxalq konfrans da aktual mövzuların müzakirəsinə, yeni yanaşmaların formalaşdırılmasına və gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinə xidmət edir.

Prezident İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciətində bildirib ki, Bakı Təhlükəsizlik Forumu qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarının araşdırılması baxımından unikal formata malik beynəlxalq tədbirdir. Dövlətimizin başçısı qeyd edib ki, dünyanın bütün qitələrindən müxtəlif ölkələri təmsil edən çoxsaylı xüsusi xidmət orqanı rəhbərlərinin və təhlükəsizlik məsələləri üzrə ekspertlərin ümumi təhdidlərlə mübarizə məqsədilə hər il Bakıda toplaşması forumun qarşılıqlı etimad və əməkdaşlıq məkanı olmasının bariz nümunəsidir. Foruma olan marağın ildən-ilə artması müzakirəyə çıxarılan mövzuların vacibliyini əyani şəkildə əks etdirir.

Əlbəttə, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər müasir dövrdə təhlükəsizlik sahəsində əməkdaşlığın nə qədər zəruri olduğunu bir daha ortaya qoyur. Bakı Təhlükəsizlik Forumu artıq regional sərhədləri aşaraq, qlobal miqyasda müzakirələrin aparıldığı mühüm platformaya çevrilib. Dövlətimizin başçısının vurğuladığı kimi, dünyanın bütün qitələrindən xüsusi xidmət orqanlarının rəhbərlərinin və ekspertlərin hər il Bakıda bir araya gəlməsi təsadüfi deyil. Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunun və paytaxt Bakının mühüm təhlükəsizlik dialoqunun mərkəzinə çevrilməsinin təzahürüdür.

Forumun unikal formatı ilk növbədə onun praktiki yönümlü olması ilə bağlıdır. Burada mücərrəd nəzəri müzakirələrdən daha çox konkret təhdidlərin mahiyyəti, onların aradan qaldırılması yolları və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılır. Məsələn, terrorçuluq, transmilli cinayətkarlıq, kiberhücumlar, silahlı münaqişələrin yaratdığı humanitar böhranlar kimi mövzular dünyanın istənilən ölkəsinə təsir göstərə biləcək çağırışlardır. Belə mürəkkəb problemlərin həlli isə təkcə milli səviyyədə deyil, həm də beynəlxalq miqyasda koordinasiya tələb edir. Bakı Təhlükəsizlik Forumu məhz bu məqsədin reallaşmasına xidmət edir.

Prezident İlham Əliyevin müraciətində diqqət çəkən əsas məqam etimad və əməkdaşlıq mühitinin formalaşdırılmasıdır. Müxtəlif maraqlara malik ölkələrin xüsusi xidmət orqanlarının eyni masa arxasında toplaşaraq ortaq hədəfləri müzakirə etməsi, şübhəsiz ki, çox çətin prosesdir. Lakin Azərbaycanın təşəbbüsü ilə keçirilən bu Forum həmin çətinliyi aradan qaldıran, müxtəlif mövqeləri birləşdirən mühüm platforma rolunu oynayır. Təsadüfi deyil ki, tədbirə maraq ildən-ilə artır. Bu artım təkcə forumun təşkilati uğurları ilə deyil, həm də gündəmə gətirilən məsələlərin aktuallığı ilə izah olunur.

Qeyd etmək lazımdır ki, bu gün təhlükəsizlik anlayışı yalnız sərhədlərin qorunması ilə məhdudlaşmır. İnformasiya müharibəsi, enerji təhlükəsizliyi, iqlim dəyişikliyinin yaratdığı fəsadlar, kütləvi miqrasiya dalğaları kimi faktorlar da qlobal sabitliyi ciddi şəkildə təhdid edir. Bakı Təhlükəsizlik Forumunun digər oxşar beynəlxalq platformalardan fərqi ondan ibarətdir ki, burada məsələlər yalnız bir regionun çərçivəsində deyil, ümumbəşəri kontekstdə müzakirə olunur. Prezidentin müraciətində əksini tapan “unikal format” ifadəsi də məhz bu yanaşmanı ifadə edir.

Azərbaycanın bu prosesdə rolu ayrıca diqqətə layiqdir. Ölkəmizin yerləşdiyi geosiyasi məkan həm Şərq–Qərb, həm də Şimal–Cənub istiqamətlərində mühüm strateji mövqeyə malikdir. Bu mövqedə yerləşən dövlətin təhlükəsizliklə bağlı təşəbbüslər irəli sürməsi və onları beynəlxalq əməkdaşlıq platformasına çevirməsi təbii qarşılanır. Lakin məsələ yalnız coğrafi mövqe ilə məhdudlaşmır. Azərbaycanın son illər həyata keçirdiyi müstəqil siyasət, müharibədən sonrakı reallıqların formalaşdırılmasında oynadığı rol, həmçinin beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş imici Bakının belə bir forumun ev sahibi olmasını əsaslandırır. Forum həm də bir mesaj daşıyır. Bu da ondan ibarətdir ki, qlobal çağırışların öhdəsindən gəlmək üçün müttəfiqlik və əməkdaşlıqdan başqa yol yoxdur. Hər bir dövlət özünəməxsus təcrübəsini, mövqeyini və imkanlarını ortaya qoyur, lakin yalnız birgə səylər nəticəsində real nəticə əldə etmək mümkündür. Forumun davamlı xarakter alması və artıq beynəlxalq ictimaiyyətin gündəmində möhkəm yer tutması da bu həqiqəti sübut edir.

Mövzu ilə bağlı XQ-yə şərh verən politoloq İlyas Hüseynov bildirdi ki, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra daha çox sayda beynəlxalq miqyaslı müxtəlif konfranslara, forum və görüşlərə, həmçinin zirvə toplantılarına evsahibliyi edir. Sanki bu istiqamətdə yeni bir mərhələ başlayıb. Onun sözlərinə görə, ayrı-ayrı mövzuları əhatə edən platformalar təşkil olunur: “O cümlədən təhlükəsizlik sahəsində haqqında danışılan Bakı Təhlükəsizlik Forumuna çoxsaylı qonaqlar qatılır. Şübhəsiz ki, bizim yerləşdiyimiz coğrafiyanın həssas olması, geostrateji bölgədə yerləşməyimiz bu sahədə bir sıra mühüm müzakirələri formalaşdırır. Məlumdur ki, regional və qlobal təhdidlər bizim ölkəmizə qarşı da yönəlib. Azərbaycan 30 ilə yaxın davam edən işğal dövründə, postmüharibə reallıqlarında, Zəfər tariximizin 5 ilində bir sıra ciddi maneələri, böyük əngəlləri aşmış və bu təhdidlər həm siyasi-diplomatik sahədə, həm də informativ-hibrid sahədə özünü göstərib”.

Politoloq qeyd etdi ki, bu gün xüsusi xidmət orqanları qarşısında dayanan əsas vəzifə dövlətin və xalqın təhlükəsizliyinin etibarlı təmin olunması ilə yanaşı, yeni yaranan müxtəlif çağırışlara, təhdidlərə tutarlı cavab verməkdən ibarətdir: “Məlumdur ki, müxtəlif təhlükələr mövcuddur. Texnologiyanın, süni intellektin inkişafı ilə bu təhlükələr yeni formada təzahür edir. Məhz Bakıda bu sahədə tanınmış ekspertlərin və təhlilçilərin, eyni zamanda, dövlət və hökumət nümayəndələrinin iştirakı ilə müzakirələrin keçirilməsi çox mühüm nəticələrlə yadda qalacaq. Çünki bu gün dünyada ən çox defisit olan müzakirə və dialoqdur. Dialoqun çatışmazlığı hər zaman gərginliyə, qarşıdurmaya, son nəticədə isə eskalasiya və müharibəyə gətirib çıxarır. Hesab edirəm ki, Azərbaycanın uzun illərdən bəri “yumşaq güc” sahəsində əldə etdiyi uğurlardan biri də məhz beynəlxalq forum və konfransların keçirilməsi sahəsində qazandığı nailiyyətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə “yumşaq güc” sahəsi inamla inkişaf etdirilir. Çox yaxşı haldır ki, artıq xüsusi xidmət orqanları və güc strukturları, eləcə də məhz dövlətin təhlükəsizliyinin keşiyində dayanan orqanların bilavasitə iştirakı ilə ölkəmiz bu cür mühüm toplantılara ev sahibliyi edir. Düşünürəm ki, bunun yaxşı nəticələri olacaq. Azərbaycan müxtəlif sahələr üzrə dialoq və müzakirə platforması kimi təhlükəsizlik sahəsi üzrə də qabaqcıl, prioritet məkan formalaşdıracaq”.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri