Icma.az
close
up
RU
Yeni təhlükəsizlik arxitekturası: Bakı Təhlükəsizlik Forumu və Azərbaycanın rolu Şərh

Yeni təhlükəsizlik arxitekturası: Bakı Təhlükəsizlik Forumu və Azərbaycanın rolu Şərh

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

“Hazırda yeni dünya nizamı uğrunda gedən geosiyasi proseslər qlobal idarəetmə sistemini iflic etməsi nəticəsində dünya çox çətin dövrünü yaşamaqdadır. Bunun nəticəsidir ki, dünyada qeyri-müəyyənlik hökm sürməkdədir. Nəticədə, dünyada sabitliyin, təhlükəsizliyin təminatçısı rolunda çıxış edən beynəlxalq təşkilatlar da öz üzərlərinə düşən missiyanı yerinə yetirə bilmədiyindən qlobal miqyasda artan gərginliklər daha da mürəkkəb xarakter almaqdadır. Çox təəssüf ki, bir çox ölkələr imperialist siyasətlərini davam etdirmək üçün qlobal sülhə, təhlükəsizliyə məqsədyönlü şəkildə təhdid yaratmaqla qlobal böhranları daha da dərinləşdirməkdədirlər.

Bu ölkələrdən fərqli olaraq Azərbaycan yeni geosiyasi nizamın tərəfdarı kimi beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradan hallara qarşı qətiyyətli mübarizə apararaq müstəqil və konstruktiv siyasət həyata keçirməklə qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq etməkdədir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov Bakı Təhlükəsizlik Forumunun nəticələrini şərh edərkən deyib.

Deputat bildirib ki, dünyada baş verən ciddi dəyişikliklər – texnoloji, siyasi və hərbi transformasiyalar dünya tarixinin yeni bir mərhələsinin başladığından xəbər verir: “Bu yeni mərhələ isə ayrı-ayrı ölkələrə, onların həyata keçirdiyi siyasətə bu və ya digər dərəcədə təsir göstərir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətdə bəşəriyyətin üzləşdiyi təhdidlər, çağırışlar nəzərə alınıb və bununla əlaqədar olaraq lazımi tədbirlər görülüb və bundan sonra da görüləcək. Hazırda Azərbaycanın xarici siyasətinin üç əsas istiqamətini vurğulaya bilərik. Birincisi, işğal faktının aradan qaldırılmasından sonra sülh gündəliyinin xarici siyasətdə mərkəzi məsələyə çevrilməsidir. İnanıram ki, sülh müqaviləsinin imzalanması yeni bir mərhələnin əsasının qoyulması üçün ciddi vəsilə olacaq. İkinci istiqamət əməkdaşlıq və təhlükəsizlik xəttidir ki, bunun da başlıca hədəfi bütün ölkələrlə, o cümlədən bölgə dövlətləri ilə milli maraqlara uyğun hərtərəfli və etibarlı əməkdaşlığın həyata keçirilməsidir. Ölkəmizin bu istiqamətdə həyata keçirdiyi siyasətin başlıca hədəfi əməkdaşlığın etibarlı zəmin üzərində qurulmasını təmin etməkdir. Üçüncü istiqamət isə bütövlükdə bəşəriyyətin üzləşdiyi təhdidlər və çağırışlara milli immunitetin formalaşdırılması ilə əlaqədardır”, - o qeyd edib.

O əlavə edib ki, Azərbaycanın qarşısında duran əsas hədəflərdən biri də qlobal təhlükəsizlik arxitekturasının formalaşmasına öz töhfəsini verməkdir: “Cənab Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciətdə deyildiyi kimi, “Bakı Təhlükəsizlik Forumu qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarının araşdırılması baxımından unikal formata malik beynəlxalq tədbirdir. Dünyanın bütün qitələrindən müxtəlif ölkələri təmsil edən çoxsaylı xüsusi xidmət orqanı rəhbərlərinin və təhlükəsizlik məsələləri üzrə ekspertlərin ümumi təhdidlərlə mübarizə məqsədilə hər il Bakıda toplaşması Forumun qarşılıqlı etimad və əməkdaşlıq məkanı olmasının bariz nümunəsidir”.

Çünki bu sürətlə dəyişən dünya yeni çağırışlar və yeni təhdidlərlə üz-üzə qaldığından, müxtəlif bölgələrdə silahlı toqquşmaların baş verməsi humanitar böhranlara, beynəlxalq müstəvidə münaqişələrin alovlanmasına, eləcə də kibertəhdidlərin artmasına səbəb olur. Bu da dünya ölkələrini qlobal xarakter daşıyan təhdidlərlə üz-üzə qoyduğundan beynəlxalq təhlükəsizlik sistemini sarsıdır və ciddi narahatlıq doğurur. Şübhəsiz, bütün bunlar ölkələrin birgə səylərini və sıx əməkdaşlığını tələb edir. Bu baxımdan Bakı Təhlükəsizlik Forumu qlobal və regional təhlükəsizliyin ən aktual məsələləri barədə açıq və konstruktiv fikir mübadiləsinin aparılması üçün faydalı platformadır. Dövlət başçısı təsadüfən qeyd etməyib ki, Azərbaycan müstəqilliyini əldə etdiyi ilk gündən bütün sahələrdə beynəlxalq əməkdaşlığın gücləndirilməsini daim dəstəkləyib. “Biz inanırıq ki, sabitliyə və firavanlığa yalnız dialoq və tərəfdaşlıq yolu ilə nail olmaq mümkündür”, - Prezident İlham Əliyev qeyd edib.

Əminliklə qeyd edə bilərəm ki, cənab Prezident Əliyevin liderliyi altında Azərbaycan yeni orta güc kimi qlobal sülhə və təhlükəsizlik arxitekturasının formalaşmasında ciddi aktor rolunda çıxış etməklə öz töhfəsini verəcək”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Sentyabr 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see154

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see133

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see131

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see130

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri