XİN dən Fransaya səfərlə bağlı Xəbərdarlıq
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransada iğtişaşları, zorakılığı və vətəndaş itaətsizliyi faktlarının son günlər ərzində geniş vüsət aldığını nəzərə alaraq, Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə Fransa Respublikasına səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.
Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin xəbərdarlığında qeyd olunur.
Bildirilib ki, hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarından təhlükəsizlik tədbirlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur.
Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:
Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi
ÜNVAN: 78, avenue d'Iéna Paris 75116
E-poçt ünvanı
Əlaqə nömrəsi
+33 (0) 1 44 18 60 20
+33 (0) 1 44 18 60 23
Qaynar xətt: +33 (6) 74740398 (WhatsApp)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 20 Oktyabr 2026 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















