Icma.az
close
up
RU
BMT kürsüsündən Xəzər xəbərdarlığı: Mühim mesajın arxa PLANI

BMT kürsüsündən Xəzər xəbərdarlığı: Mühim mesajın arxa PLANI

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əfsələddin Ağalarov

—

BMT-nin sabiq baş katibi Buṭros Qali bu fikri səsləndirəndə neft maqnatları gülümsəyir, dodaqları qaçırdı. O konkret belə demişdi:

"XXI əsrin müharibələri neft uğrunda deyil, su uğrunda olacaq.”

Bəli, xanımlar və cənablar! Neft dövrü bitdi. İnsan oğlu keçmişə – lap uzağa – bizim eradan əvvələ qayıdır. Artıq su kimdədirsə, güc də ondadır. Suyu olan öz Mezopotamiyasını quracaq.

Gələcəyin savaşı yaxındır. Adı da sadədir: su savaşları.

*

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında Xəzər dənizi ilə bağlı çıxışının altından iki dəfə xətt çəkmək lazımdır. 

Xəzəryanı ölkələrin liderlərindən fərqli olaraq, İlham Əliyev böyük həqiqəti böyük kürsüdə dilə gətirdi:

"Xəzər dənizi sürətlə kiçilir və əsas səbəb iqlim dəyişmələri deyil.”

Bu doğurdan da belədir: "Əsas səbəb iqlim dəyişmələri deyil"

Söhbət həm də 100-200 illik dərin geosiyasi təxribatdan gedir.

Bəli, Xəzər məhv olur – və onun məhv edilməsi bir çox məqsədlərə xidmət edir.

*

Səbəb acınacaqlıdır:

 • Xəzərin suyunun 80%-dən çoxu Volqadan gəlir.

 • Volqa boyunca Sovet dövründə 7 böyük hidroenerji kompleksi tikilib.

 • Son 10 ildə Rusiya bu kompleksləri yenidən quraraq qaydaları dəyişib. Əvvəllər Xəzərin yaşaması üçün müəyyən balans qorunurdusa, indi bu məsələ siyasi təzyiq vasitəsinə çevrilib.

Beləliklə, Rusiya Volqa üzərindəki iri su anbarları vasitəsilə Xəzərin taleyini faktiki olaraq öz əlində cəmləyib.

Hazırda Volqa boyunca, şimaldan cənuba doğru 8 iri su anbarı mövcuddur.

Onlardan ən önəmlisi – Volqanın aşağı axınında, Xəzərə ən yaxın olan Volqoqrad Su Anbarıdır. Burada Xəzərə çatacaq suyun miqdarı süni şəkildə idarə olunur.

Bu anbarlar çayın axımını saxlayır, böyük həcmdə suyu buxarlandırır və Xəzərə çatan həcmi kəskin azaldır.

Məsələn, Kuybışev və Rıbinsk anbarlarında buxarlanma son dərəcə yüksəkdir. Eyni zamanda bu su ehtiyatları kənd təsərrüfatı, sənaye və içməli su üçün istifadə edilir.

*

İlham Əliyev bunu aydın görür və dünyanın ən ali kürsüsündən – BMT Baş Assambleyasından məhz heç kimin dilə gətirmədiyi bu həqiqəti ifadə edir.

Hər bir belə addım Xəzəri bizdən bir az da uzaqlaşdırır. Bu isə dənizin gələcəyini yalnız ekoloji yox, həm də iqtisadi və geosiyasi müstəvidə ciddi risk altına salır.

Bütün bunlar yaxın 100 ilin planının tərkib hissəsidir. Xəzərsiz Rusiya, Xəzərsiz İran ümumilikdə elə də ciddi bir şey itirmir. Amma Xəzərsiz biz bir dənizi deyil, böyük bir mirası və genetik kodları itiririk. 

Məqsəd həm də budur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 26 Sentyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri