Xəzər dənizi haqda təhlükə xəbərdarlığı Türkiyə yaydı
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünyanın ən böyük gölü hesab edilən Xəzər dənizində suyun səviyyəsi azalmağa davam edir. İqlim dəyişiklikləri və artan buxarlanma nəticəsində dənizin sahəsi kiçilir, sahil xətti geri çəkilir, bölgənin ekosistemi və yaşayış məntəqələri isə təhlükə ilə üzləşir.
Turkustan.az xəbər verir ki, “Sözcü” nəşrinin məlumatına görə, Rusiya, Qazaxıstan, Türkmənistan, İran və Azərbaycanla həmsərhəd olan Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi xüsusilə dayaz şimal sahillərində ciddi dəyişikliklərə səbəb olur.
Məlumatda qeyd olunur ki, son illərdə Xəzər dənizinin su səthinin 20 min kvadratkilometrdən çox azaldığını göstərən göstəricilər ekoloji problemin miqyasını ortaya qoyur. Su səviyyəsinin enməsi, xüsusilə Qazaxıstan və Rusiya sahillərində geniş ərazilərin qurumasına gətirib çıxarır.
Tədqiqatlara əsasən, havanın temperaturunun yüksəlməsi buxarlanmanı artıraraq dənizin su balansına mənfi təsir göstərir. Xəzəri qidalandıran çayların, xüsusilə Volqa çayının axınında baş verən dəyişikliklər də su ehtiyatlarının azalmasında mühüm rol oynayır.
Xəzər dənizinin kiçilməsi sahilboyu ərazilərin təbii mənzərəsini dəyişməklə yanaşı, canlıların yaşayış mühitinə, yerli təsərrüfata və sahilyanı yaşayış məntəqələrinə də təsir göstərə bilər.
Mütəxəssislərin diqqət çəkdiyi əsas məsələlərdən biri su səviyyəsinin gələcəkdə necə dəyişəcəyidir. İqlim amilləri və çaylardan dənizə daxil olan suyun miqdarı Xəzərin gələcək vəziyyətini müəyyənləşdirən başlıca faktorlar sırasındadır./Globslinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:210
Bu xəbər 19 Oktyabr 2026 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















