Icma.az
close
up
RU
BMT kürsüsündən dünyaya mühüm mesajlar verilib

BMT kürsüsündən dünyaya mühüm mesajlar verilib

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyev 25 sentyabr 2025-ci il tarixində Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək Azərbaycanın beynəlxalq mövqeyini, ölkəmizin regional və qlobal proseslərdə oynadığı rolu, həmçinin gələcək inkişaf istiqamətlərini dünya ictimaiyyətinə çatdırdı. Bu çıxış Azərbaycanın beynəlxalq platformadakı mövqeyinin daha da gücləndirilməsi, haqlı mövqeyinin müdafiəsi və regional sülhün təşviqi baxımından mühüm əhəmiyyət daşıdı. Çıxışının əvvəlində Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hüquqa, BMT Nizamnaməsinin prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə sadiqliyini vurğuladı. Uzun illər işğal altında qalmış Azərbaycan torpaqlarının azad olunması tarixi ədalətin və beynəlxalq hüququn təntənəsi kimi dəyərləndirildi. O, eyni zamanda, işğal nəticəsində yaranmış humanitar problemlərin – yüz minlərlə qaçqın və məcburi köçkünün taleyinin beynəlxalq ictimaiyyətin diqqətində saxlanılmasının vacibliyini qeyd etdi. Prezident İlham Əliyev çıxışında qlobal siyasətdə müşahidə olunan ikili standartlara da sərt münasibət bildirdi. O qeyd etdi ki, bəzi hallarda böyük dövlətlər və beynəlxalq təşkilatlar eyni hadisələrə fərqli yanaşır, ədalətli mövqe əvəzinə seçici münasibət nümayiş etdirirlər. Dövlət başçısı vurğuladı ki, beynəlxalq qərarlar yalnız hüquq, ədalət və bərabərlik prinsiplərinə əsaslanmalı, bütün dövlətlərə eyni standartlar tətbiq olunmalıdır. Bu çağırış Azərbaycan tərəfinin prinsipial mövqeyini əks etdirir və ölkəmizin beynəlxalq münasibətlərdə ədalətə üstünlük verdiyini göstərir. Regional məsələlərə toxunan Prezident İlham Əliyev bildirdi ki, Cənubi Qafqazda davamlı sülhün və əməkdaşlıq mühitinin yaradılması Azərbaycanın əsas məqsədlərindən biridir. Azərbaycan bu istiqamətdə irəli sürdüyü təşəbbüslərlə regionda sabitliyin təmin edilməsinə çalışır. Prezident İlham Əliyev qeyd etdi ki, qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmlənməsi yalnız region dövlətlərinin deyil, bütövlükdə beynəlxalq təhlükəsizliyin də maraqlarına xidmət edir. Çıxışda Azərbaycanın enerji siyasəti xüsusi yer aldı. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan həm ənənəvi enerji resurslarının hasilatı və ixracı, həm də bərpa olunan enerji layihələrinin inkişafı ilə qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi kimi layihələrin Avropa və dünya üçün strateji əhəmiyyət daşıdığı vurğulandı. Bununla yanaşı, Azərbaycanın yaşıl enerji strategiyası, xüsusilə külək və günəş enerjisi layihələri beynəlxalq əməkdaşlıq üçün yeni perspektivlər açdığı diqqətə çatdırıldı. Nəqliyyat və logistika sahəsində də ölkəmizin rolu ön plana çəkildi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsində yerləşərək mühüm tranzit mərkəzinə çevrilib. Bu layihələr həm regional iqtisadi əməkdaşlığı gücləndirir, həm də beynəlxalq ticarət dövriyyəsinə yeni imkanlar yaradır. İqtisadi inkişaf məsələsinə toxunan dövlət başçısı Azərbaycanın sürətli sosial-iqtisadi tərəqqisi, həyata keçirilən islahatlar və xarici investisiyalar üçün yaradılan əlverişli mühit barədə danışdı. Prezident İlham Əliyev vurğuladı ki, iqtisadi şaxələnmə siyasəti, qeyri-neft sektorunun inkişafı və sosial rifahın artırılması Azərbaycanın dayanıqlı inkişaf kursunu şərtləndirir. Qlobal çağırışlar kontekstində isə iqlim dəyişikliyi, qida təhlükəsizliyi, yoxsulluğun azaldılması kimi məsələlər ön plana çəkildi. Prezident İlham Əliyev Azərbaycanın bu problemlərin həllinə töhfə verməyə hazır olduğunu, həm regional, həm də beynəlxalq səviyyədə birgə səylərin vacibliyini vurğuladı. Azərbaycanın COP29-un ev sahibi ölkə kimi ekoloji təşəbbüslərə verdiyi dəstək beynəlxalq ictimaiyyətə çatdırıldı. Çıxışının sonunda Prezident İlham Əliyev Azərbaycanın müstəqil, balanslı və çoxistiqamətli xarici siyasət yürüdüyünü, həm BMT, həm də digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa açıq olduğunu bəyan etdi. Bu mövqenin ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini möhkəmləndirdiyini qeyd etdi. Beləliklə, Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın ədalətli mövqeyinin dünyaya çatdırılması, regional sabitliyin təşviqi, iqtisadi və enerji imkanlarının təqdim edilməsi, həmçinin qlobal problemlərə dair konstruktiv yanaşmanın nümayişi baxımından mühüm hadisə kimi tarixə düşdü.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri