Icma.az
close
up
RU
BMT nin Baş katibi: COP30 da İtki və Zərər Fonduna böyük maliyyə töhfəsi verilməlidir

BMT nin Baş katibi: COP30 da İtki və Zərər Fonduna böyük maliyyə töhfəsi verilməlidir

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 23 oktyabr, AZƏRTAC

Heç bir ölkə ekstremal hava şəraitinin dağıdıcı təsirləri fonunda özünü təhlükəsiz hesab edə bilməz. İnsan həyatının xilası erkən xəbərdarlıq sistemlərini hamı üçün əlçatan etmək deməkdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin rəhbəri Antonio Quterreş ifadə edib.

Cenevrədəki Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) konfransında çıxış edən Baş katib qeyd edib: “Erkən xəbərdarlıq sistemləri işləyir. Onlar fermerlərə əkinlərini və mal-qaralarını qorumaq, ailələrə təhlükəsiz şəkildə təxliyə olunmaq imkanı verir, həmçinin bütün icmaları dağıntılardan qoruyur. Biz bilirik ki, fəlakətlə bağlı ölüm halları yaxşı erkən xəbərdarlıq sistemləri olan ölkələrdə azı altı dəfə aşağıdır”. O əlavə edib ki, təhlükəli hadisədən cəmi 24 saat əvvəl xəbərdarlıq edilməsi zərəri 30 faizə qədər azalda bilər.

2022-ci ildə A.Quterreş “Hər kəs üçün, hər yerdə” adlı təşəbbüs irəli sürüb. Baş katib bildirib ki, hazırda bütün ölkələrin yarıdan çoxu çoxtərəfli erkən xəbərdarlıq sistemləri ilə təchiz olunub. BMT rəhbəri etiraf edib ki, dünyanın ən az inkişaf etmiş ölkələri rəsmi hesabatlar verilməyə başlayandan bəri öz imkanlarını demək olar ki, iki dəfə artırıblar, amma bu sahədə hələ çox iş görülməlidir.

A.Quterreş vurğulayıb ki, ölkələr üçün tələb olunan sürət və miqyasda hərəkət etmək məqsədilə maliyyələşmənin artırılması əsas olacaq. O əlavə edib: “Hər bir ölkəyə köməklik göstərmək üçün maliyyə artımı tələb olunur. Ancaq inkişaf etməkdə olan ölkələrin səyləri məhdud maliyyə sahəsi, yavaşlayan böyümə, borc yükləri və artan sistem riskləri ilə bloklanır”.

O, həmçinin iqlim böhranının mənbəyində hərəkətə keçməyə, sürətlə irəliləyən qlobal istiləşməni sənayedən əvvəlki temperaturdan 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmağa çağırıb. Baş katib qeyd edib: “Bir şey artıq aydındır: biz yaxın bir neçə il ərzində qlobal istiləşməni 1,5 dərəcədən aşağı saxlaya bilməyəcəyik. Yəni, qarşıdakı illərdə 1,5 dərəcədən yuxarı, daha böyük və ya daha kiçik, daha yüksək və ya aşağı intensivliklə müşayiət olunacaq bir dövrümüz olacaq”.

BMT-nin növbəti iqlim dəyişikliyi konfransında dövlətlərin növbəti onillikdə istixana qazı emissiyalarını azaltmağı öhdəsinə götürməsi gözlənilir. COP30 noyabrın 10-21-də Braziliyanın Belen şəhərində keçiriləcək. A.Quterreş bununla bağlı deyib: “Braziliyada liderlər 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün hər il 1,3 trilyon dollar səfərbər etmək, iqlim tədbirlərini maliyyələşdirmək üçün etibarlı plan üzərində razılığa gəlməlidirlər.

İnkişaf etmiş ölkələr bu il 40 milyard dollaradək iqlimə uyğunlaşma maliyyələşdirməsini ikiqat artırmaq öhdəliyini yerinə yetirməlidir və İtki və Zərər Fondu əhəmiyyətli töhfələr cəlb etməlidir”.

Baş katib BMT-nin dəstəklədiyi İqlim Dəyişikliyi üzrə İnformasiya Dürüstlüyü Qlobal Təşəbbüsünə istinad edərək “dezinformasiya, onlayn təqib və yaşıl yuyulma ilə mübarizənin” zəruriliyini də vurğulayıb. O iqlimşünaslara müraciətlə deyib: “Alimlər və tədqiqatçılar heç vaxt həqiqəti söyləməkdən qorxmasın”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri