Icma.az
close
up
RU
BMT nin xüsusi elçisi: Təqribən 2,5 milyard insan su qıtlığı olan ölkələrdə yaşayır

BMT nin xüsusi elçisi: Təqribən 2,5 milyard insan su qıtlığı olan ölkələrdə yaşayır

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 12 sentyabr, AZƏRTAC

Hazırda 2,4 milyard insan su qıtlığı olan ölkələrdə yaşayır. 2022-ci ildə azı 1,7 milyard insan çirklənmiş mənbələrdən sudan istifadə etmək məcburiyyətində qalıb.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu cür həyəcanverici rəqəmləri BMT Baş katibinin su məsələləri üzrə xüsusi elçisi Retno Marsudi Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) sentyabrın 16-da açılacaq “Su üçün atomlar” elmi forumunun başlanmasına həsr olunmuş müsahibəsində bildirib.

İndoneziyanın sabiq xarici işlər naziri (2014-2024) R.Marsudi bu gün su təhlükəsizliyi məsələsini gündəmə gətirən ən görkəmli simalardan biridir.

O, suyun onun üçün təkcə qlobal problem olmadığını, həm də şəxsi mövzu olduğunu vurğulayır: “Su mənim üçün həmişə çox şəxsi mövzu olub. Bir qadın kimi anlayıram ki, su ilə bağlı çətinliklər zərif cinsin nümayəndələrinə qeyri-mütənasib şəkildə təsir edir. Bir çox ölkələrdə su çatışmazlığı və təhlükəsiz suya çıxışın məhdudluğu onların üzərinə xüsusi yük qoyur və qadınları ailələri üçün su gətirmək üçün uzun məsafələr qət etməyə məcbur edir”.

O, əlavə edib ki, su ilə bağlı müzakirələr yalnız infrastrukturla məhdudlaşmamalıdır: “Sudan danışmaq, həm də həyatdan bəhs etmək deməkdir. Söhbət həyatın əsasını və dolanışıq vasitələrini qorumaqdan gedir”.

R.Marsudi gələcəyin əsas təhlükələri qismində iqlim dəyişikliyi, ekstremal hava hadisələri və maliyyə çatışmazlığını göstərib.

“Bu gün dünyanın su sistemləri heç vaxt olmadığı qədər gərginlik altındadır... Gələcək su və infrastruktur ehtiyaclarının ödənilməsi üçün 2030-cu ilə qədər təxminən 6,7 trilyon dollar, 2050-ci ilə qədər isə 22 trilyon dollardan çox vəsait tələb olunacaq”, - deyə xüsusi elçi bildirib.

O hesab edir ki, dünya əhalisini su ilə təmin etməyin əsas şərtləri müxtəlif aktorların səylərinin birləşdirilməsi və beynəlxalq əməkdaşlıqdır.

"Mən həmişə vurğulayıram ki, su məsələsi hamının məsuliyyətidir. Heç bir şəxs, qurum və ya ölkə qlobal su problemlərini təkbaşına həll edə bilməz”, -deyə R.Marsudi vurğulayıb.

Xüsusi elçi nüvə texnologiyalarına, xüsusən də izotopların hidrologiyasına xüsusi diqqət yetirib. Bu, suyun mənşəyini və keyfiyyətini təhlil etmək üçün suda sabit və radioaktiv izotopların təbii variasiyalarından istifadə edən elmi sahədir, eyni zamanda, dünyanın su sistemlərini daha yaxşı başa düşməyə imkan verir.

O bildirib: “İzotop hidrologiyasının suyun mənşəyini, yaşını və keyfiyyətini dəqiq izləmək qabiliyyəti onu su idarəçiliyi üçün inqilabi həll vasitəsinə çevirir. İnanıram ki, nüvə elmi və texnologiyasının tətbiqi ilə BAEA qlobal su ehtiyatlarının sabitliyinin artırılmasına töhfə verəcək”.

Birləşmiş Ərəb Əmirlikləri gələn ilin dekabrında BMT-nin Su Konfransına ev sahibliyi edəcək. Onilliklər sonra ilk dəfə keçirilən əvvəlki tədbir 2023-cü ilin martında Nyu-Yorkda baş tutub. Xüsusi elçinin sözlərinə görə, qarşıdan gələn bu tədbir suyun idarə olunması baxımından həlledici olacaq.

“2026-cı il Su Konfransı ilə bağlı gözləntilər çox yüksəkdir. Bu, qlobal su tərəqqisinin irəliləməsi üçün mühüm mərhələ olacaq və 6-cı Dayanıqlı İnkişaf Məqsədini - təmiz su və kanalizasiyanın təmin edilməsinə nail olunmasını sürətləndirmək üçün yaxşı fürsət olacaq”, -deyə BMT Baş katibinin su məsələləri üzrə xüsusi elçisi sözlərini yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Sentyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see278

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see264

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see249

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see212

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see204

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see182

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see182

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see179

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see169

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see168

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see166

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see161

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see160

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see156

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see149

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see149

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see148

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri