Icma.az
close
up
RU
UNICEF: Ən varlı ölkələrdə təqribən 8 milyon yeniyetmə funksional savadsızdır

UNICEF: Ən varlı ölkələrdə təqribən 8 milyon yeniyetmə funksional savadsızdır

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 15 may, AZƏRTAC

BMT-nin Uşaq Fondunun (UNICEF) çərşənbə günü dərc etdiyi yeni hesabata görə, dünyanın ən varlı ölkələrinin bir çoxunda uşaqlarda COVID-19 pandemiyası nəticəsində akademik performans, əqli rifah və fiziki sağlamlıq məsələlərində nəzərəçarpacaq dərəcədə azalma müşahidə edilib.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, 2018-2022-ci illərin məlumatlarını müqayisə edən UNICEF əməkdaşları müəyyən ediblər ki, pandemiya mövcud tendensiyaları pisləşdirib: uşaqlar məktəbdə zəif nəticə göstərir, artıq çəki və ya piylənmə ehtimalı yüksəkdir, onlarda bədbinlik yaranıb.

UNICEF-in “İnnocenti” tədqiqat ofisinin direktoru Bo Viktur Nylund bildirib ki, bu məlumatlar uşaqların rifahı baxımından narahatedici meyarı müəyyən edir. Ofisin əməkdaşları bu mənfi halların daha çox üç ölkədə - Niderland, Danimarka və Fransada müşahidə olunduğunu qeyd ediblər.

Fond xəbərdarlıq edib ki, dünyanın ən varlı ölkələrinin bir çoxunda pandemiyadan sonra uşaqların akademik performansında, xüsusən də oxu və riyazi bacarıqlarında kəskin azalmalar müşahidə olunub. Məktəblərin bağlanması və məsafədən təhsil uşaqları təhsil proqramlarından təxminən 12 ay geri salıb.

Hesabatda vurğulanır ki, bu fəsadlar imkansız ailələrdən olan uşaqlar üçün daha ağır olub. Belə ki, 43 ölkədə təqribən 8 milyon 15 yaşlı uşaq funksional savadsız kimi qiymətləndirilib. Bu o deməkdir ki, sorğu edilən yaş qrupunun təxminən yarısı əsas mətni başa düşə bilmir. Bu fakt uzunmüddətli inkişafla bağlı həyəcan təbili çalır.

Psixi sağlamlıqla bağlı narahatlıqları da diqqətə çatdıran UNICEF qeyd edib ki, mövcud məlumatlara malik 32 ölkədən 14-də COVID pandemiyası zamanı uşaqların həyat məmnunluğu pisləşib, yeniyetmələr arasında intihar halları isə artıb.

Normadan artıq çəkisi olan 5-19 yaş arası uşaqların sayı da artıb, aşağı sosial-iqtisadi mənsubiyyətdən olanlar isə psixi və fiziki sağlamlıq baxımından daha pis nəticələrlə üzləşib.

Qeyd edilib ki, UNICEF varlı ölkələrdə uşaqların rifahı sahəsində çətin qazanılan nailiyyətlərin getdikcə daha həssas hala gəldiyi barədə xəbərdarlıq edir və hökumətləri daha ədalətli təhsil nəticələrini təmin etmək üçün əlverişsiz qruplara müdaxilələrə diqqət yetirməyə çağırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri