Icma.az
close
up
RU
BMT nin yeni hesabatı: Yaxın Şərq və Şimalı Afrika regionunda əhalinin 64 faizi bank xidmətlərindən istifadə etmir

BMT nin yeni hesabatı: Yaxın Şərq və Şimalı Afrika regionunda əhalinin 64 faizi bank xidmətlərindən istifadə etmir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 may, AZƏRTAC

BMT-nin Qərbi Asiyada İqtisadi və Sosial Komissiyasının (UNESCWA) mayın 16-da dərc olunmuş yeni hesabatında qeyd olunub ki, ərəb regionunun 22 ölkəsində əhalinin təxminən 64 faizinin hələ də bank hesabı yoxdur və ya bu maliyyə qurumlarının xidmətlərindən istifadə etmir. Bu, dünyanın bütün digər regionlarından daha böyük rəqəmdir və 24 faizlik qlobal orta göstəricidən əhəmiyyətli dərəcədə yüksəkdir.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, hesabatda xəbərdarlıq edilir: maliyyə istisnasının bu səviyyəsi iqtisadi imkanlara və regionun 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinə (SDGs) nail olmaq qabiliyyətinə mənfi təsir göstərəcək. ESCWA-nın aparıcı eksperti Mario Jales bununla bağlı deyib: “Ərəb regionu maliyyə xidmətlərinə lüks kimi baxa bilməz. İnklüziv maliyyə olmadan biz insanları yoxsulluqdan qurtarmağa, kiçik biznesi dəstəkləməyə və ya ədalətli inkişafa nail olmağa ümid edə bilmərik”.

Hesabatda göstərilir ki, qadınların və əlillərin maliyyə xidmətlərinə çıxış imkanları daha da azdır. Belə ki, regionda qadınların yalnız 29 faizinin və əlillərin 21 faizinin bank hesabı var. Eynilə, kənd icmaları, gənc və yaşlı insanlar da bank sisteminə daha az daxil olurlar. Həmçinin vurğulanıb ki, kiçik və orta biznes üçün kreditlərə çıxış imkanları narahatlıq doğuracaq dərəcədə aşağıdır ki, bu da sahibkarlıq və digər gəlir gətirən fəaliyyətləri azaldır. Bununla yanaşı, gender bərabərsizliyinə əlavə olaraq, ərəb regionunda müvafiq fərqlər var – aşağı gəlirli ölkələrdə insanların 81 faizinin hesaba çıxışı yoxdur, orta gəlirli ölkələrdə bu göstərici 67 faiz və yüksək gəlirli ölkələrdə 23 faizdir.

ESCWA belə nəticəyə gəlir ki, bütün bu fəaliyyətlərin genişləndirilməsi – kifayət qədər bank xidməti göstərilməyən icmaları hədəfləyən milli siyasətin qurulması maliyyə inklüzivliyinin yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 May 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri