Icma.az
close
up
RU
Ərəb baharı sonrası Yaxın Şərq və Şimali Afrika

Ərəb baharı sonrası Yaxın Şərq və Şimali Afrika

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Bu gün bir sıra ərəb ölkələrində sosial böhran, iqtisadi gerilik və kütləvi qaçqın axını hökm sürür. Onların içində elə ölkələr var ki, vaxtilə sosial rifah üzrə Şərqin Norveçi ilə müqayisə edilə bilərdi.
Liviya Müəmmar Qəddafinin dövründə Şimali Afrikada əsas iqtisadi güc mərkəzlərindən sayılırdı. Hər yeni doğulan uşağa görə ailələrə yüksək məbləğdə pul verilir, təzə ailə quranlar bir sıra imtiyazlarla təmin edilirdi.
Afrikanın əsas ekoloji problemi olan su çatışmazlığı və quraqlığa qarşı Qəddafi Liviya və digər region ölkələrini bu problemdən xilas edəcək su layihəsinin icrasına başlanmasına start verir.
Yeraltı çay mənbələri hesabına yaşayış məntəqələri və kənd təsərrüfatı sahələri su ilə təmin ediləcəkdi.
Liviya inkişaf edərdisə, Şimali Afrika daha zəif və böhran içində olan region olmayıb miqrant axını ilə öz gücünü itirməyəcək, neft və qaz yataqlarının gəlirini öz əlində saxlayacaqdı.
2011 ci ildə Liviyada başlayan üsyanlar nəticəsində Qəddafi devrilir, su layihəsi yarımçıq qalır, Ölkə bir neçə hissəyə parçalanır, ölkənin ziyalıları və savadlı təbəqəsinin böyük qismi Avropaya axın edir və bu gün Liviya iqtisadi cəhətdən çökmüş vəziyyətdədir.
2010 cu ildə Tunisdə başlayan Xalq Hərəkatı Liviya, Suriya, Misir və digər ölkələrə növbəti il çatır və böyük qlobal dəyişikliklərə səbəb olur. Suriyada da Liviya kimi hakimiyyətə qarşı başlanan etiraz aksiyaları əvvəlcə dinc xarakterli olsa da az sonra silahlı münaqişəyə çevrilir və ölkə parçalanır. Vətəndaş müharibəsi nəticəsində Suriya humanitar fəlakətlə üzləşir, şəhərlər döyüş meydanına çevrilir, kütləvi köç başlanır.
Ölkədə vəziyyəti nizamlamaq üçün Rusiya və ABŞ hərbçiləri bazalar qurmağa, hərbi qüvvələr yerləşdirməyə başlayır.
Lakin,vətəndaş müharibəsi davam edir və mərkəzi hakimiyyətə tabe olmayan qüvvələr tərəfindən müstəqil idarəetmə mərkəzləri yaradılır. ABŞ nin Suriya üzərində əsas maraqlarına ölkədə hərbi bazalar yaradıb for post dairələr yaratmaq və İranın Yaxın Şərqdə təsir gücünü azaltmaq və önləmək, Rusiyanın Suriyada əsas aparıcı müttəfiq statusu əldə etməsinin qarşısını alıb, siyasi sabitliyin əsas sabitləşdirici qüvvəsi kimi çıxış edərək bölgədə digər ölkələrə birbaşa nəzarət etmək imkanı əldə etmək daxil idi.
Rusiya isə Yaxın Şərqə daxil olmaq üçün açar rolu oynayan Suriyanı həm hərbi bazalar həm də dəstəklər vasitəsilə öz tərəfinə çəkərək gələcək iqtisadi əməliyyatlarda iştirak və təbii sərvətlərin çıxarılması zamanı öz şirkətlərini oraya cəlb etmək istəyirdi.
Ümumilikdə, ərəb baharı ilə bir sıra Şərq ölkələri iqtisadi böhranla üzləşmiş, sosial böhran, humanitar çətinliklər, dövlətlərin parçalanması baş vermişdir.
Hazırda da, Liviya və Suriyada bu inqilab dalğasının yaratdığı vəziyyət hələ də qalmaqda davam edir.
Regionda güclənmiş ölkələrin olması böyük güclərin maraqlarına ziddir çünki, bu zaman onların geopolitik planları və bölüşdürmə siyasəti həyata keçməyə bilər.
Fələstin məsələsi isə iki yüz ildir əsas beynəlxalq siyasi məsələdir.
Osmanlı imperiyasının tərkibində olan Fələstinin Avropa üçün siyasi əhəmiyyəti yüksək idi. Belə ki, Yaxın Şərqə nəzarəti təmin edəcək bölgə kimi Fələstin Qərb üçün alınması vacib olan torpaqlar sayılırdı. Bura həm də Xristian dünyası üçün dini anlam daşıyır və Osmanlıdan alınıb Qərb ölkələrinin tərkibinə qatılması ilə dini mərkəz rolunu oynayacaqdı. Sultan II Əbdülhəmidə (1876-1909) Böyük Britaniya elçisi tərəfindən “ Fələstini versəz, bütün dövlət borclarınızı ləğv edərik “ təklifinə Sultan xeyr cavabı vermişdi.
Osmanlının var olduğu dövrdə Fələstini ələ keçirmək çətin məsələ idi deyə, imperiyanın yıxılışının sürətləndirilməsinə başlandı. Balkan və Liviya müharibələri ilə Osmanlı Avropa və Afrikada son ərazilərini itirdi ardınca 1914 cü ildə başlanan I Dünya savaşına qoşularaq Antanta İttifaqı ilə müharibəyə daxil oldu.
Savaş illərində şərqdə olan torpaqlarını və fələstini də itirən Osmanlı dövləti bir müddət sonra dağılır.
1920 ci illərdə Böyük Britaniya, Fransa yaxın Şərqi mandatlıqlara bölür və onlardan biri də Fələstin olur. Hansı ki, 1946 cı ildə ərəb və yəhudi hissələrinə bölünəcək və 1948 ci ildə isə tərkibində İsrail dövləti yaradılacaqdı.
Bu gün İsrail Fələstin münaqişəsi nəticəsində bölgədə yaranan sosial böhran və humanitar fəlakət regionda sülhün təmini üçün zəruri addımların atılmasını və Fələstin dövlətinin yaradılmasını vacib edib.
İsa İsmayılzadə, siyasi şərhçi
Newscenter.az üçün
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:283
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 Noyabr 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri