Icma.az
close
up
RU
BMT nümayəndəsi: WUF13 Mərkəzi Asiya üçün də mühüm və əhəmiyyətli imkanlar yaradır

BMT nümayəndəsi: WUF13 Mərkəzi Asiya üçün də mühüm və əhəmiyyətli imkanlar yaradır

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Bakı və Azərbaycan davamlı şəhər inkişafı və adekvat mənzil sahəsində çox güclü bir vizyon nümayiş etdirir.

APA xəbər verir ki, bunu BMT Məskunlaşma Proqramının Strateji Bilik və İnnivasiyalar Diviziyasının direktoru Edlam Yemeru BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar olaraq diplomatik korpus nümayəndələri üçün təşkil olunan məlumatlandırma sessiyasında jurnalistlərə açıqlamasında deyib.

“Maraqlı ev sahibi ölkələr və şəhərlər öz müraciətlərini və təkliflərini UN-Habitat-a təqdim edirlər və UN-Habitat bu müraciətləri ciddi və əhatəli şəkildə qiymətləndirir.

Baxdığımız meyarlardan biri ev sahibi şəhərin və ölkənin davamlı şəhər inkişafı, dayanıqlı şəhərlərin irəlilədilməsi, adekvat mənzil şəraiti və bu kimi məsələlərə sadiqliyidir. Biz həmçinin ev sahibi şəhərin və hökumətin logistika və infrastruktur baxımından Dünya Şəhərsalma Forumunun iştirakçılarını qəbul edib yerləşdirmə imkanlarını qiymətləndiririk. Bu meyarlara əsasən müəyyən olundu ki, Bakı şəhəri və Azərbaycan bütün tələbləri çox yaxşı şəkildə yerinə yetirib. Biz inanırıq ki, Bakı və Azərbaycan davamlı şəhər inkişafı və adekvat mənzil sahəsində çox güclü bir vizyon nümayiş etdirir. Biz həmçinin hesab edirik ki, Bakı Dünya Şəhərsalma Forumuna ev sahibliyi etmək üçün unikal bir şəhər və unikal bir məkandır. Çünki Bakı mədəniyyəti müasirliklə, ənənəni innovasiya ilə birləşdirir və davamlı şəhər inkişafı üçün çoxsaylı baxışlar və həllər təklif edir. Məhz buna görə Bakı şəhəri və Azərbaycan Dünya Şəhərsalma Forumunun ev sahibi kimi seçilib. Forum təkcə Azərbaycan üçün deyil, bütün Mərkəzi Asiya regionu üçün də mühüm və əhəmiyyətli imkanlar yaradır. Bu, dünya ilə əlaqə qurmaq, Azərbaycanın və bu regionun təcrübələrini, praktikalarını və həllərini dünyaya nümayiş etdirmək üçün əla bir fürsətdir. Bu həmçinin Azərbaycan və region ölkələri üçün digər dövlətlərlə və maraqlı tərəflərlə əməkdaşlıq etmək, birlikdə davamlı şəhər inkişafı və adekvat mənzil məsələlərinin irəlilədilməsini təmin etmək baxımından strateji bir məqamdır. Biz inanırıq ki, Dünya Şəhərsalma Forumu ölkədə və regionda, istər siyasət baxımından, istərsə də adekvat mənzil və davamlı şəhər inkişafının təşviqi sahəsində böyük təsir göstərəcək” - Edlam Yemeru bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 Noyabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri