Icma.az
close
up
RU
BMT nümayəndəsi: Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu Azərbaycan üçün əhəmiyyətli olacaq

BMT nümayəndəsi: Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu Azərbaycan üçün əhəmiyyətli olacaq

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) nümayəndələri 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) uğurla keçirilməsinə hazırlıq çərçivəsində Azərbaycan hökuməti ilə fəal əməkdaşlıq edirlər.
Bunu “Report”a UN-HABITAT-ın icraçı direktoru Anaklaudiya Rossbax bildirib.
"Mən WUF13-ə hazırlıqlarda birbaşa iştirak edirəm. Bakıya səfərim zamanı Azərbaycan hökuməti ilə söhbət aparmaq imkanım oldu. Mənim komandam isə artıq tədbirə hazırlıq çərçivəsində ölkəyə iki-üç missiya həyata keçirib. Buna görə də biz maraqlı tərəflər üçün mükəmməl platformanın hazırlanması üzərində daim işləyirik. Hesab edirik ki, bu urbanistik forum təkcə dünya şəhər birliyi üçün deyil, həm də Azərbaycan üçün əhəmiyyətli olacaq", - A.Rossbah vurğulayıb.
O xatırladıb ki, 12-ci Ümumdünya Şəhərsalma Forumu (WUF12) 2024-cü il noyabrın 4-8-də Qahirədə (Misir) keçirilib:
"Əvvəlki forum ötən il Qahirədə keçirilib. Orada bizim yerli maraqlı tərəflərlə bir həftəlik qarşılıqlı əlaqəmiz oldu. Buna görə də biz forumdan əvvəl və forum zamanı Azərbaycandakı şəhər problemlərini müzakirə etmək imkanımızın olacağına ümid edirik. Həmçinin inanırıq ki, forum ölkə üçün müəyyən bir irs qoyacaq".
WUF13-ün Azərbaycanın azad edilmiş ərazilərində tikinti-bərpa işlərinin sürətləndirilməsinə təsiri ilə bağlı suala cavabında A.Rossbah bildirib ki, forum bütün ölkə üzrə yaşayış məntəqələrinin, şəhərlərin və urbanizasiya olunmuş ərazilərin inkişafı üçün stimul olacaq.
Xatırladaq ki, 2023-cü ilin dekabrında Azərbaycan hökuməti ilə BMT arasında 2026-cı ildə Bakıda Ümumdünya Şəhərsalma Forumunun (WUF13) keçirilməsi haqqında saziş imzalanıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 07 Aprel 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri