Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Azərbaycan Mərkəzi Asiya üçün tranzit platforması yaradır

Azərbaycan Mərkəzi Asiya üçün tranzit platforması yaradır

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Cənab Prezident İlham Əliyevin noyabrın 13-də Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibəsində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə dair səsləndirdiyi fikirlər Azərbaycanın bölgədəki rolunu və qardaş ölkələrlə formalaşan strateji əməkdaşlığın mahiyyətini aydın ifadə edir.

Axar.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkilinin fikrincə, son illərdə Mərkəzi Asiya ölkələri ilə siyasi əlaqələrin intensivliyi təkcə diplomatik zərurətdən irəli gəlmir, həm də ümumi tarix, mədəniyyət, dini-mənəvi bağlar kimi dərin köklərə söykənir:

“Əlbəttə ki, Azərbaycan üçün bu platformada ardıcıl iştirak həm regional həmrəyliyin nümayişidir, həm də Xəzər hövzəsi boyunca yaranan yeni geosiyasi düzənə uyğunlaşmanın ifadəsidir. Xəzər dənizi bu gün təkcə coğrafi xəritədə su hövzəsi deyil, bütöv bir məkanın strateji birləşdirici damarına çevrilib. Bu dəniz üzərindən qurulan siyasi, iqtisadi və nəqliyyat əlaqələri regionun bütövlüyünü və gələcək inkişafını müəyyən edən əsas elementlərdəndir. Son üç ildə Mərkəzi Asiya dövlət rəhbərlərinin Azərbaycana təxminən 30 səfər etməsi, eyni zamanda, cənab Prezident İlham Əliyevin bu ölkələrə 13 dəfə səfərinin reallaşması diplomatik fəallığın miqyasını göstərməklə yanaşı, qarşılıqlı etimadın sabitliyini də ortaya qoyur. Dövlət başçısının Orta Dəhlizin geostrateji əhəmiyyətinə xüsusi diqqət yönəltməsi isə Azərbaycanın təkcə nəqliyyat qovşağı olmadığını, həm də Avrasiya logistik sisteminin vacib qərarverici aktoruna çevrildiyini göstərir. Daşkənddə keçiriləcək 7-ci Məşvərət görüşündən gözləntilər isə ölkəmizin Mərkəzi Asiya ilə əməkdaşlığının daha sistemli və uzunmüddətli inkişaf mərhələsinə keçdiyini təsdiqləyir”.

Fikirlərini davam etdirən K.Qafarov Azərbaycan-Özbəkistan münasibətlərinə toxunaraq bildirib ki, bu əlaqələr təkcə regional əməkdaşlığın bir hissəsi deyil, bütövlükdə Türk dünyası daxilində nümunəvi tərəfdaşlıq modelidir:

“Cənab Prezident İlham Əliyev öz müsahibəsində ikitərəfli münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini və bu dərinləşmənin həm siyasi etimada, həm də liderlər arasındakı şəxsi dostluğa söykəndiyini xüsusi vurğulayır. İqtisadi-ticari əlaqələrdəki artım, son illərdə həcmcə iki dəfəyə yaxınlaşan ticarət dövriyyəsi və investisiya layihələrinin genişlənməsi bu münasibətlərin real məzmununu daha da gücləndirir. Nəqliyyat və logistika sahəsində Azərbaycan Orta Dəhlizin əsas iştirakçılarından biri kimi Özbəkistan və digər Mərkəzi Asiya ölkələri üçün etibarlı tranzit platforması yaradır. Energetika əməkdaşlığında isə yaşıl enerji və regional inteqrasiya xətti yeni perspektivlər açır. Mədəni-humanitar sahələrdə həyata keçirilən layihələr, qardaşlaşmış şəhərlər, mədəniyyət günləri və ortaq idman təşəbbüsləri xalqlar arasında bağları daha da möhkəmləndirir. Cənab Prezidentin bu sahələrə dair açıqlamalarından aydın olur ki, Azərbaycan–Özbəkistan münasibətləri təkcə dövlətlərarası əməkdaşlıq deyil, həm də iki qardaş xalqın sarsılmaz mənəvi həmrəyliyi üzərində qurulmuş strateji gələcək modelidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 Noyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see416

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see350

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see340

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see339

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see316

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see313

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see306

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see263

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see251

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see246

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see239

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see233

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see227

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see221

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see214

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see212

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see204

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see203

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see191

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri