Icma.az
close
up
RU
Qlobal istiləşmə və kataklizmlər fonunda TƏHLÜKƏLİ GÖZLƏNTİLƏR TƏHLİL

Qlobal istiləşmə və kataklizmlər fonunda TƏHLÜKƏLİ GÖZLƏNTİLƏR TƏHLİL

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qlobal istiləşmə və onun ağır nəticələri ilə bağlı yetərincə həyəcan təbili çalınıb və dünya ictimaiyyəti bununla bağlı bəşəriyyəti nələrin gözlədiyi haqqında kifayət qədər məlumatlıdır. Məhz qlobal istiləşmə səbəbindən daimi donuşluğun əriməsi halında virusların oyanacağı ilə bağlı xəbərdarlıq da edilib. Son zamanlar qlobal istiləşmə qorxusu barədə qeyd olunanların fonunda həm də daimi donuşluğun açılması daha bir fəlakətdən xəbər verir və haqlı olaraq da dünya ictimaiyyətini düşündürür.

Əslində, elmə də məlumdur ki, əgər daimi donuşluq ərisə, havaya təxminən 500 giqaton karbon buraxılacaq. Bu isə o deməkdir ki, planetin ekosisteminə güclü zərbə olacaq və heyvanat aləmindən uyğunlaşa bilməyənlər çoxlu sayda tələf olacaqlar. Amma ən əsası odur ki, qlobal miqyasda isti özünün mənfi təsirlərini bütün istiqamətlərdə göstərəcək. İndi insanları düşündürən suallar da bəllidir. Əgər istiləşmə qlobal xarakter daşıyırsa, bu necə ola bilər?

Daimi donuşluğun əriməsi təhlükəsi nədir?

Məskunlaşdığımız planetdə, yəni, Yer kürəsində balinaların “şumladığı” dibi bəlli olmayan okeanlar, pələnglərin ov etdikləri və zooloqların məhz barəsində həyəcan təbili çaldıqları nəsli kəsilməkdə olan nəhəng qorilla növlərini xilas edən vəhşi cəngəlliklər, aslanların, zürafələrin, fil sürülərinin və vəhşi heyvanların “gəzdikləri” savannalar, palçıqlı çaylarda timsahların ov pusqusunda yatdıqları yerlər var. Eləcə də Yer kürəsində çoxlu buz qatı olan ərazilər var və biz təkcə Arktika, yaxud da Antarktidadan danışmırıq. Dünyanın bir çox yerləri hələ də “sirlər xəzinəsi” kimi qalmaqdadır…

Daimi donmuş torpaq hesab olunan daimi donuşluq təkcə soyuq qütblərdə tapılmır. Bir çox yerlərdə, məsələn, Alyaskada, Kanada adalarında, Qrenlandiyada, Sibirdə, Yakutiyada, Saxalində və Uzaq Şərqdə rast gəlinir. Həm də Qazaxıstan, Monqolustan və Çində də belə yerlərə təsadüf edilir. Orada, yəni, donmuş torpaqda tamamilə fərqli bir həyat, özü də sürətlə davam edir. Məsələn, həmin yerlərin birində, Yakutiyada torpaq rekord dərinlikdə, daha dəqiq desək, 1370 metr qalınlıqda donub. Daimi donuşluq olan bu ərazilərin torpağının dərin qatlarında isə min illik yaşı olan viruslar buzun altında “qorunaraq” saxlanılır və belə demək mümkünsə, hələ “yatır”. Buna yatmış “biloji bir ordu” desək, yəqin ki, yanılmarıq. Maraqlıdır, görəsən, həmin bu bioloji ordu “yuxudan oyananda”, yəni, yer kürəsinə “buraxılanda” və səpələnəndə nə olacağı haqqında düşünərkən bəşəriyyəti nə gözlədiyini təsəvvür edəndə insan cəmiyyəti hansı vəziyyətlə qarşılaşacağının fərqində olurmu?

"100 min ildir yerin dərin qatları altında donmuş vəziyyətdə qalan və indi “meydana çıxa bilən” yeni virusların yayılması böyük təhlükə yarada bilər. Onlar özü özlüyündə çox təhlükəli sayılmaya da bilər, lakin onlar yeni olduqlarına və onlara qarşı immunitet olmadığına görə, məhz bu baxımdan kifayət qədər təhlükəli hesab olunurlar", deyə Rusiya Elmlər Akademiyasının Puşinsk biologi tədqiqatlar elmi mərkəzinin aparıcı əməkdaşı Aleksey Karnauxov izah edib.

Beləliklə, daimi donuşluğun əriməsi halında biz yeni viruslar, epidemiyalar və xəstəliklərlə üz-üzə qalmalı ola bilərik. Alimlər artıq onlara "Mafusayla mikrobları" və ya zombi virusları adını da veriblər. Onlar təkcə bizə deyil, bütün fauna və floraya da təsir edə bilərlər. Bu isə onu deməyə əsas verir ki, qlobal istiləşmə və daimi donuşluğun əriməsi ilə ətrafımızdakı dünyamız dəyişəcək. Gözləntilərə görə bir çox növ hətta məhv olacaq, bəziləri də mutasiyaya uğrayacaqlar ki, bunun özü də təhlükəli ola bilər.

Qlobal istiləşmənin real nəticələri

Qlobal istiləşmə artıq çoxdandır ki, müşahidə edilir və artıq qorxulu olan proses baş verməkdədir. Alimlər qeyd ediblər ki, son illərdə çəyirtkələrin ölçüləri xeyli artıb və 300 min il əvvəl yoxa çıxan Eskulapiya ilanları belə gözlənilmədən Britaniyaya qayıdıblar. Amma bəşəriyyət itkisiz də olmasa belə, dəyişikliklərə hazırlaşa biləcəyini düşünür. O zaman bu qlobal istiləşmənin qorxusu nədədir?

Alimlərin tədqiqatlarının nəticələrinə görə daimi donuşluğun səth təbəqəsi 50-70% sudur və əgər hamısı ərisə, bu, bataqlığa və torpağın çökməsinə səbəb olacaq. Yəni, bu ərazilər həyat üçün tamamilə yararsız hala düşəcək. Şimal qütbü artıq göründüyü kimi olmayacaq. İnsanların əsrlər boyu burada qurduqları hər şey dağılacaq. Sözsüz ki, bu, bir anda deyil, tədricən baş verəcək. Yəni, kataklizm ardınca yenidən kataklizm, fəlakət ardınca yenidən fəlakət, qəzaların ardınca yenidən qəza gözlənilir. Sözsüz ki, insanlar isə artıq heç nə edə bilmirlər.

Ortada real təhlükə var və ən azından göz önündə olanlar da diqqətdən yayınan deyil. Məsələn, Krasnoyarsk diyarında yüzlərlə mühəndisin üzərində işlədiyi şey budur ki, əbədi və daimi donun üzərində tikilmiş evlərin “taleyi” necə olacaq. Çünki həmişə əbədi olacaq kimi görünürdü, amma məlum oldu ki, əslində heç bir şey əbədi deyil və artıq bununla da “vidalaşmaq” lazımdır. Bundan əlavə, insanlara təsir göstərə bilən faktorlar da özünü göstərməkdədir. Bu barədə bir çox alimlər xəbərdarlıqlar ediblər. Məsələn, Dövlət Dumasının Ekologiya, Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Komitəsi sədrinin birinci müavini Vladimir Burmatov xüsusilə belə bir xəbərdarlıq edib.

Qlobal istiləşmə dövründə “yeni dünya” belə olacaq…

Qlobal istiləşmənin təzahürü kimi ortaya çıxacaq bəzi məqamlar da indidən bilinir. Məsələn, qeyd olunur ki, soyuq bölgələrdə texnogen fəlakətlər, dünyada epidemiyalar, planetdə ümumi iqlim dəyişikliyi, heyvanların və bitkilərin miqrasiyası və nəslinin kəsilməsi, sahil daşqınları, dünən cəngəlliyin çiçək açdığı yerlərdə artıq quraqlıqlar, əsrlər boyu sönmüş vulkanların ərazilərində zəlzələlər olacağı gözlənilir. Hətta qeyd olunur ki, İslandiya bundan sonra heç xəritədə də olmayacaq, çünki onun torpaqları ilk olaraq “əriyəcək”, çünki orada artıq uzun zamandır ki, həddindən artıq çox istidir.

İslandiyanın oyanmış vulkanları ilə bağlı xəbərlər keçən ildən bəri bir çox mətbuat səhifələrinin manşetlərində yer alır. İndi bir çox ölkələrin Meteorologiya İdarələri İslandiyanın ən böyük buz örtüyü olan qatda bir vulkanın, Bardarbunqa vulkanının 10 ildir ki, orada “yatıb qaldığını” bildirirlər. Qeyd olunanlara görə, sonuncu dəfə “yuxudan oyandığı” zaman bir az “nadinclik” etdi, sonra yenə susdu. Amma yeni ildən bəri alimlər artıq bu yerlərdə 130-dan çox zəlzələ qeydə alıblarsa, deməli, vəziyyət heç də ürəkaçan deyil. İndiyədək yeraltı təkanlar beş baldan yuxarı gücündə olmayıblar, lakin seysmoloqların fikrincə, bu, qarşıdan gələn partlayışdan əvvəlki sakitlik hesab olunur. Düzdür, xoşbəxtlikdən bu yerlərdə demək olar ki, insan yoxdur və bu da itkilərin olmayacağı deməkdir. Ancaq çox güman ki, islandiyalılar üçün heç də xoşagəlməz nəticələr olmasa da, parlaq təbii “şou” olacaq.

Fakt budur ki, 19-cu əsrin əvvəlindən sonunadək maqnitudası 8,5-dən yuxarı olan 6 meqazəlzələ baş verib. Lakin 20-ci əsrdə 10-a yaxın belə zəlzələ olub. Eyni zamanda onu da diqqətə çatdıraq ki, 21-ci əsrin cəmi 25 ilində isə artıq 6 dəfə belə zəlzələ olub. Zəlzələlərin artım sürəti dəyişməzsə belə, o zaman insanlar daha bir rekord riski ilə üzləşə biləcəyini indidən bilməlidirlər. Bəli, quraqlıq özü də məntiqi nəticədir və bundan sonra baş verəcək meşə yanğınları və məhsuldar rayonlarda məhsul çatışmazlığı məsələlərini də proqnozlaşdırmaq və bu barədə ciddi danışmaq olar.

Niyə mühafizə tədbirləri kömək etmir

Bəs niyə qlobal istiləşmə birdən-birə indi “başlamağa” qərar verdi? Axı, hər kəs bu barədə çoxdan bilirdi və ölkələr Yerin həddindən artıq istiləşməsinin qarşısını almaq üçün hələ keçən əsrdə “saxlama”, yaxud da “ləngitmə” tədbirləri haqqında razılığa gəlmişdilər. Nə səhv oldu və hansı yanlışlığa yol verildi? Siyasətçilər vədlər verib, sonra da vədlərini yerinə yetirə bilmədilərmi? Yoxsa alimlər hesablamalarında yenə səhvə yol vermis oldular? Əslində, hər iki hal, yəni, həm vədlər yerinə yetirilmədi, həm də hesablamalarda, qənaətlərdə səhvlərə yol verildi.

İstixana qazlarının tullantılarını azaltmaq üçün planlaşdırılan tədbirlər elə plan üzərində də qaldı və planlaşdırıldığı kimi həyata keçirmək üçün tədbirlər çox mürəkkəb görünmüş oldu. Ona görə də artıq insan cəmiyyəti təbiətin dəyişməsindən, ekoloji dəyişkənlikdən, qlobal istiləşmədən bir addım geridədir. Çünki qlobal istiləşmə “tələsir” və ümumiyyətlə, insanları qətiyyən “gözləmir”, öz təbii axarı ilə davam edir. Alimlər qlobal istiləşmənin planetimizdə necə inkişaf etdiyini göstərən əyrini eksponensial artım trayektoriyası adlandırırlar. Başqa sözlə, qlobal istiləşmə, rus atalar sözündə deyildiyi kimi, yavaş-yavaş başlayır və sonra çox sürətlə hərəkət edir. Əvvəlcə çox yavaş, sonra sürətli və bundan sonra da daha sürətli şəkildə artır. Nəhayət, o, fəlakətli artım templəri əldə edir və biz bunu, məsələn, eksponent olaraq inkişaf edəndə gördük. Əvvəlcə bir neçə onlarla hadisə məhz uzaqda, haradasa, Çində və ya başqa bir yerdə baş verəndə onları müşahidə edirik. Amma bir məsələni nəzərdən qaçırmaq olmaz ki, qlobal istiləşmə təkcə bir ölkə daxilində deyil, bütün dünya üzrə təxminən eyni şəkildə, eyni trayektoriya üzrə “inkişaf edir, artır...

Qlobal istiləşmə nəticəsində nə qədər insan həyatını itirə, tələf ola bilər?

Qlobal istiləşmənin planetimizə “nə verəcəyni”, daha dəqiq desək, nə qədər insan tələfatına səbəb olacağını alimlər artıq hesablayıblar da. Həmin hesablamalara görə qlobal istiləşmə və onun yaratdığı fəsadlar səbəbindən bir milyarda yaxın insan tələf olacaq, öləcək. Əlbəttə ki, bu, olduqca dəhşətli səslənir və çox böyük bir statistik rəqəm olaraq görünür. Amma elmi baxımdan yanaşan alimlər məhz səkkiz milyardlıq əhali üçün bu rəqəmi nədənsə o qədər də böyük hesab etmirlər. Üstəlik, qarşıdan gələn əsrin əvvəlində dünya əhalisinin 10 milyarddan çox olacağı gözlənildiyi üçün planetimiz üçün bu rəqəmin həddindən artıq çox olması barədə düşünülmür. Lakin nəzərə almaq lazım idi ki, söhbət əvvəla, insan tələfatından gedir və üstəlik 10 milyardlıq belə insanın 1 milyardı düz 10 faizi deməkdir. Deməli, söhbət artımın fonunda belə 10 faiz tələfatdan gedir.

İndi alimlərə “təskinlik verən” məhz gözlənilən itgilərlə bağlı qeyd olunan rəqəmin elə məhz 10 faiz olmasıdır. Buna görə də alimlər qeyd edirlər ki, “ssenari” o qədər də pis deyil. Daha dəqiq desək, fəlakətli olmayacağı qənaəti var deyə bu qədər soyuqqanlı yanaşılır. Amma unutmaq lazım deyil ki, qlobal istiləşmə təkcə insan tələfatı və itgilərlə bitməyəcək. Nəzərə almaq lazımdır ki, dünya “dəyişəcək”, kataklizmlər bir-birini əvəz edəcək və sağ qalanlar da “isti planetdə” yaşamalı olacaqlar. Ancaq onu da diqqətə çatdıraq ki, başqa bir hipotez, başqa bir fərziyyə də mövcuddur və bu fərziyyəyə görə, Yerin “istiləşməsi” yeni buz dövrünün başlanğıcı da ola bilər. Qeyd olunur ki, bu hal planetdə əvvəllər də olub və görünür, yenidən bir daha baş verə bilər. İstənilən halda, qlobal istiləşmə dediyimiz problemin törədəcəyi məqamları bəşəriyyət indidən nəzərə almalıdır. Əks halda, nəticə daha acınacaqlı ola, tələfat və itgilər daha çox ola bilər...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Mart 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın Zəngəzur dəhlizi ilə bağlı dəyişməz mövqeyi

28 İyul 2025 06:35see583

İxtisas seçimi bu il gec başlayacaq? RƏSMİ

28 İyul 2025 14:45see144

Azərbaycanın əməkdar məşqçisi vəfat edib KONKRET

27 İyul 2025 15:40see142

Mingəçevirdə zəlzələ qeydə alındı

28 İyul 2025 06:24see124

Türkiyə ən böyük hərbi müqaviləni bu ölkə ilə imzaladı

27 İyul 2025 13:31see124

Qyökereş “Arsenal”a keçidindən nələr dedi?

27 İyul 2025 13:26see119

Tottinin oğlu futbolçu karyerasını 19 yaşında bitirib

27 İyul 2025 14:55see118

Fransanın cənubunda meşə yanğını 680 hektardan çox ərazini bürüyüb

27 İyul 2025 23:13see117

Eminin xanımının “DreamFest” “look”ları…

27 İyul 2025 15:36see116

Bakıda kişi iki manata görə arvadını döydü

28 İyul 2025 09:51see115

Gəncədə klinika meyiti qaytarmır? Mərhumun yaxınlarından ŞİKAYƏT

28 İyul 2025 02:03see115

Corab satan aktyor işlə təmin olunub: Nazir iki dəfə mənə zəng etdi, dedi ki...

28 İyul 2025 02:44see115

“Embraer 190” hava təhlükəsi yaşadı Xəzər üzərində həyəcan

28 İyul 2025 07:17see115

Novxanı çimərliyində iki nəfər boğulub öldü

28 İyul 2025 09:24see115

“Hücumçu almaq istəyirik” “Qarabağ”ın prezidenti

28 İyul 2025 19:04see114

Əfqanıstan səfirliyindən Rusiyaya cavab: “Ədəbsiz mahnını himn saymaq olmaz”

29 İyul 2025 00:35see112

Yeniyetmələr süni intellektlə romantik münasibət yaşayırlar ARAŞDIRMA

28 İyul 2025 05:14see112

Cennifer Lopezin konsertində xəcalət: Səhnədə ətəyi düşdü VİDEO

28 İyul 2025 22:47see112

Mançester Yunayted müqavilə müddətini uzatdığı qapıçısını icarəyə göndərib

28 İyul 2025 22:46see112

Peksov 2 saat təyyarəni gözləməli oldu Detallar

27 İyul 2025 14:34see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri