Icma.az
close
up
RU
BMT qlobal qeyri sabitlik fonunda qadın liderləri bir araya gətirib

BMT qlobal qeyri sabitlik fonunda qadın liderləri bir araya gətirib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 2 aprel, AZƏRTAC

Qlobal qeyri-müəyyənlik, iqtisadi dəyişkənlik və çətinliklə qazanılan hüquqlara artan təzyiqlər fonunda Birləşmiş Millətlər Təşkilatının Baş katib Antonio Quterreşin iştirakı ilə qadın liderlərin görüşü təşkil edilib.

AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, BMT Baş katibinin müavini Əminə Məhəmməd Manhassetdə (Lonq Aylend) beşinci ildir görüşən qadın liderləri Davamlı İnkişaf Məqsədlərinə (DİM), qadın hüquqlarına, gender bərabərliyinə və BMT Nizamnaməsinin prinsiplərinə kollektiv sadiqliyi bir daha təsdiqləmək üçün bir araya gətirib.

İştirakçılar gender bərabərliyinin fundamental insan hüquqları məsələsi, həmçinin davamlı inkişafın, sülhün, təhlükəsizliyin və inklüziv rifahın təməl daşı olduğunu vurğulayıblar. Artan bərabərsizlik fonunda tədbirdə iştirak edən BMT-nin qadın liderləri bəşəriyyətin kollektiv səyləri ilə əldə edilən irəliləyişin qorunmasının vacibliyini bəyan ediblər.

Görüşdə daha ədalətli, inklüziv, bərabərhüquqlu və dinc cəmiyyətlər qurmaq üçün vacib şərt kimi qadın liderliyinin həlledici rolu vurğulanıb.

Bugünkü kəsişən qlobal böhranları dərindən və birbaşa anlayan qadın liderləri bir araya gətirən toplantıda ən aktual problemlərə qarşı siyasətin, həll yollarına yönəlmiş yanaşmaların irəliləməsi diqqət mərkəzində olub. Siyasi, iqtisadi və sosial sahələrdə qadın liderliyinə qarşı sistemli maneələrin təcili aradan qaldırılması vacib və təcili prioritet kimi müəyyən edilib.

Kəskin qlobal reallıqlara əsaslanan müzakirələr 2030-cu il Davamlı İnkişaf Gündəliyi, süni intellekt, xeyriyyəçilik, insan ləyaqətinin qorunması və bugünkü dünyada çoxtərəfliliyin vəziyyəti ilə bağlı prioritetlərin irəli sürülməsi kimi ortaq qlobal problemlərin həlli məsələlərinə yönəldilib.

Tədbirdə, həmçinin gənclərlə daha fəal qarşılıqlı əlaqə də yer alıb. Qeyd olunub ki, onların baxışları və iştirakı dialoqu zənginləşdirib, nəsillərarası əməkdaşlığın aktuallığını gücləndirib.

Görüş çoxtərəfliliyi qorumaq, investisiyaları genişləndirmək və qadınların liderliyini mümkün qədər maksimum dərəcədə təşviq etmək üzrə güclü və vahid fəaliyyətə çağırışla başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Aprel 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri