BMT sülhməramlıları üçün təhlükəsizlik zəmanəti tələb edirlər
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Rəsmi Cakarta Livanda İndoneziya əsgərlərinin öldürülməsindən sonra bütün BMT sülhməramlılarının təhlükəsizliyini tələb edib.
"Ölkə.az" xəbər verir ki, bu barədə İndoneziya xarici işlər naziri Sugiono danışıb.
Nazir vurğulayıb ki, Livanda Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Qüvvələrində (UNIFIL) xidmət edən İndoneziya qoşunları döyüş üçün təchiz olunmayıb:
"Onların təlimi və avadanlıqları sülhü təmin etmək üçün deyil, onu qorumaq üçün nəzərdə tutulub. Sülhməramlılar üçün təhlükəsizlik zəmanətləri olmalıdır, çünki onlar sülhü qoruyurlar".
Diplomat həmçinin BMT-ni bütün missiya yerləşmə ərazilərində, xüsusən də Livanda təhlükəsizlik prosedurlarının hərtərəfli yenidən qiymətləndirilməsini aparmağa çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 05 Aprel 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















