Livanda BMT sülhməramlıları öldü
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Livanın cənubunda baş verən partlayış nəticəsində BMT-nin sülhməramlı missiyasının iki əməkdaşı həlak olub. Partlayışın başvermə səbəbi açıqlanmır.
"Unikal" xəbər verir ki, bu barədə sülhməramlı missiyanın bu gün yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, hadisə Bəni Həyyan yaşayış məntəqəsi yaxınlığında baş verib. Partlayış nəticəsində sülhməramlı missiyaya məxsus nəqliyyat vasitəsi məhv olub.
Məlumata görə, bu, son 24 saat ərzində qeydə alınan ikinci belə hadisədir. Bir gün əvvəl İsraillə sərhəd yaxınlığında mərminin partlaması nəticəsində 1 sülhməramlı həyatını itirib.
BMT-nin Sülhməramlı Əməliyyatlar Departamentinin rəhbəri Jan Pyer Lakrua jurnalistlərə açıqlamasında bildirib ki, son partlayışda həlak olan sülhməramlılar İndoneziya vətəndaşlarıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 30 Mart 2026 23:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















